Guney Dagi - Wikipedia
Güney_dağı - Haqqında Məlumat
Güney dağı — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyindən (3204,3 m) qərbə ayrılan Toğluqaya qolununa aid Məzrəsuyal silsiləsinin cənub yamacında 1663 metr hündürlüyü olan dağ.
Güney dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1663,0 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
Dağ Nursuçayın sol sahilində, Nursu kəndindən 600 m şimal-qərbdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qırılma zonasının Şahbuz seqmentinin Nursu mərkəzi əyilməsinin şimal-şərq cinahında müşahidə edilən maili Nursu-Qabaqtəpə sinklinalının nüvə hissəsində yerləşir.[1]
İstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.