Gunebaxanlar - Wikipedia
Günəbaxanlar (fr. Tournesols) — Holland rəssamı Vinsent van Qoq tərəfindən 1888-ci ildə çəkilmiş rəsm əsəri.
Günəbaxanlar | ||
---|---|---|
fr. Tournesols | ||
| ||
Rəssam | Vinsent van Qoq | |
Tarixi | 1888 | |
Texnikası | Kətan, yağlı boya 92x73 sm | |
Ölçüləri | 95 sm × 73 sm | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | London milli qalereyası, London, Böyük Britaniya | |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəGünəbaxanlar Holland rəssamı Vinsent van Qoqun iki silsilə rəsmlərinin adıdır. Birinci seriya 1887-ci ildə Parisdə yerinə yetirilmişdir. O, yerə sərilmiş güllərə həsr olunmuşdur. İkinci seriya bir il sonra Arlda yerinə yetirilmişdir. O, vazdakı günəbaxanların təsvirini verir. Həmin şəkil ikinci seriyaya daxildir və 15 günəbaxanı təsvir edir. Çiçəklər tez solurdu və Van Qoq onları ilk görünüşdən çəkirdi, boyaları çox qatı vururdu( buna impasto texnikası deyilir), onları birbaşa tübikdən kətan üzərinə sıxıb yaxırdı. Şəklin fakturası çox qabarıq və kələ-kötür idi, bunun da nəticəsində elə təsəvvür yaranır ki, boyalar kətanın səthindən çıxır.
Vandalizm aktı
redaktə14 oktyabr 2022-ci ildə iki nəfər ekofəal London Milli Qalereyasında əsərin üzərinə Heinz konservləşdirilmiş tomat şorbası tökərək vandalizm aktı törədib. Rəsm əsəri vandalizmə qarşı xüsusi şüşə örtüklə qapadıldığından zərər görməyib[1].
Paris seriyası
redaktəArl seriyası
redaktə-
Birinci variant: Firuzəyi fon, 73.5 × 60 sm, şəxsi kolleksiya
-
İkinci variant: Kral-göy fon, 98 × 69 sm, İkinci Dünya müharibəsi zamanı məhv edilmişdir
-
Üçüncü variant: göy-mavi fon, 91 × 72 sm, Yeni Pinoteka, Münhen
-
Dördüncü variant: Sarı fon, 92.1 x 73 sm London milli qalereyası,
-
Birinci variant, 92 × 72.5 sm, Filadelfiya İncəsənət Muzeyi, ABŞ
-
İkinci variant, 95 × 73 sm, Van Qoq muzeyi, Amsterdam, Hollandiya
-
Üçüncü variant, 100 × 76 sm, Sompo Japan Museum of Art, 42-ci mərtəbə, Tokio, Yaponiya
İstinadlar
redaktə- ↑ Just Stop Oil activists throw tomato soup at iconic Vincent van Gogh Sunflowers painting Arxivləşdirilib 2022-10-17 at the Wayback Machine // Evening Standard, 14 oktyabr 2022