Gunesli Semkir - Wikipedia
Günəşli (keçmiş adları: Novotroitskoye, Qolistıno, Martuni (1990-dək)) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
GÜNƏŞLİ | |
---|---|
40°40′08″ şm. e. 45°55′10″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şəmkir rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 479 nəfər |
Tarixi
redaktəŞəmkir rayonunun Saler inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir.
Yaşayış məntəqəsini XIX əsrin ortalarında Rusiyadan köçürülmüş kəndlilər Novotroitskoye adı ilə salmışlar. Kənd salındığı ərazinin adı ilə bir müddət Günəşli kimi tanınmışdır. Sonralar knyaz Qolitsının adı ilə Qolitsıno adlandırılmışdır. Siyasi hadisələrlə əlaqədar 1918-ci ildə kəndin sakinləri şimali Qafqaza köçmüşlər.
Sonralar Ermənistanın Noyemberyan rayonundan Gədəbəyin mis mədənlərinə işləməyə gəlmiş erməni ailələri burada məskunlaşmışdı. 1929-cu ildə Qolitsınoda Martuni adına kolxoz yaradılmış və kəndə də Martuni (Aleksandr Myasnikyanın təxəllüsü) adı verilmişdır. 1990-cı ildə yaşayış məntəqəsinin adı dəyişdirilərək yenidən Günəşli adlandırılmışdır. Hal hazırda əhalinin 35% Bakı və digər rayon əhalisi yerləşir.
Oykonim oğuz türkmənlərinin tərkib hissələrindən biri olan günəşli (gündəşli) oymağının adı ilə bağlıdır[1].
Əhalisi
redaktəKənd əhalisi 479 nəfərdir ki, onunda 253 nəfəri kişi, 226 nəfəri isə qadınlar təşkil edir.
İqtisadiyyatı
redaktəƏsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
İstinadlar
redaktə Şəmkir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |