Guncen - Wikipedia
Günçen şanyü (e. ə. III əsr – e.ə. 126) — eramızdan əvvəl 161 və 126-cı illər arası hökmdarlıq etmiş Hun şanyüsüdür. Onun dövrü Hun imperiyasının ən güclü dövrü hesab edilir. Hun imperatorları içində ən uzun ömürlü olan Günçenin dövründə 4 imperator dəyişmişdir.
Günçen Şanyü | |
---|---|
單于, 軍臣 | |
E.ə. 161 – E.ə. 126 | |
Əvvəlki | Laoşan |
Sonrakı | İçiz |
Şəxsi məlumatlar | |
Doğum tarixi | e. ə. III əsr |
Vəfat tarixi | E.ə. 126 |
Milliyyəti | Hun |
Atası | Laoşan |
Uşağı | Yuybi |
Dini | Tenqriçilik |
Hakimiyyəti
redaktəE.ə. 158-ci ildə Şansi və Ordosu işğal edən şanyü, hərəsinə 30.000 əsgər göndərmişdi. Hunlar çox qalmadı, qarət edib geri döndülər. Hun ordusu paytaxt Siana yaxınlaşarkən imperatorun tələ qurduğunu öyrəndi və geriyə döndü. 2 il sonra Çin əyanlarından olan bir qrup insan Çu vilayətinin Hun dövləti tərkibinə keçməsi istədiyini bildirdi və şanyünün himayəsini istədi. Lakin imperator xəbər tutaraq əyanları edam etdirdi. Hun ordusu sərhədi keçərkən imperatorun bir daha tələ qurduğunu öyrənərək geriyə döndü. Tələni quran general isə intihar etdi.
Günçen şanyü eramızdan əvvəl 126-cı ildə vəfat etdi.