Gulludag - Wikipedia
Güllüdağ — Azərbaycanın Şahbuz rayonu ərazisində dağ. Naxçıvançayla Şahbuzçayın suayrıcında yerləşir. Cənub yamacı sıldırımdır.
Güllüdağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1415 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vilayət |
Şahbuz rayonu ərazisində dağ (hünd. 1414,4 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal zirvəsindən (3204,3 m) qərbə ayrılan Toğluqaya qolunun cənub-qərbə istiqamətlənmiş Ağqaya şaxəsinin qurtaracağında, Naxçıvançayla Şahbuzçayın suayırıcısında, Sahbuzkənddən 500 m şimaldadır. Orta Eosenin Barton mərtəbəsinə aid Orta Paradaş yarımlay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş cənub yamacları sıldırımlı kəsik konus formalı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentində, onun Nursu mərkəzi əyilməsinin strukturuna aid Külüs sinklinalının şimal-qərb sentriklinal hissəsində yerləşir. Şimal və cənub yamaclarından şimal-qərbə istiqamətlənmiş fay-yerdəyişmələri keçir.[1]
KÜLLÜDAĞ – Şahbuz rayonu ərazisində Güllüdağın əhali arasında işlədilən başqa adı
Həmçinin bax:
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.