Gulaga Tenha - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Gülaga Məmi oğlu Qəmbərov (d. 20 may, 1959, Ərkivan) — Gülağa Tənha adı ilə tanınan azərbaycanlı şair və iş adamı.
Gülağa Tənha | |
---|---|
Gülaga Məmi oğlu Qəmbərov | |
Doğum tarixi | |
Doğum yeri | Ərkivan, Masallı rayonu, Azərbaycan SSR, SSRİ |
Fəaliyyəti |
şairlik xeyriyyəçi |
Həyatı
redaktəGülağa Tənha 1959-cu il mayın 20-də Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub.
Təhsil
redaktəƏmək fəaliyyətinə Moskva şəhərinin tikinti obyektlərində fəhlə kimi başlayıb, istehsalatdan ayrılmadan Moskva İnşaat Mühəndisləri institutunu bitirib. SSRİ Ticarət Nazirliyinin Əsaslı Tikinti və Layihələşdirmə Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
Tikintiyə aid iki monoqrafiya və 5 metodik vəsaitin müəllifidir. Beynəlxalq EKO Energetika Akademiyasının tikinti və memarlıq rektorudur. Əfqanıstan müharibəsi iştirakçısıdır.
Fond
redaktə"Gülaga Qəmbərov Fondu"nun prezidentidir. Rəhbərlik etdiyi fond Azərbaycanda təhsilin, səhiyyənin, idmanın və mədəniyyətin inkişafı sahəsində çoxsaylı layihələr həyata keçirir, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur.
Respublikamızda idmanın inkişafına qayğı göstərən Gülaga Qəmbərovun ən böyük arzularından biri dünya şahmat tacının Azərbaycana gətirilməsidir. Bunun üçün o, Türkan və Zeynəb Məmmədyarova bacılarına öz köməyini əsirgəmir.
Gimnastikanın, badmintonun da inkişafına maraq göstərən Gülaga Qəmbərov özü qayıq idmanını xoşlayır. Əgər Respublikamızda idmanın bu sahəsinə maraq artarsa, təmənnasız olaraq daha bir neçə yelkənli qayıq göndərməyə hazırdır.
Gülaga Qəmbərov Moskvadakı "Nadejda i pomoş" Xeyriyyə Fondunun da təsisçilərindən biridir. Fondun digər təsisçiləri şimal-şərq dairəsi prefekti, Moskva şəhər dumasının sədri Vladimir Mixayloviç Plotoniv və dumanın maliyyə büdcə komissiyasının sədrı İqor Yevgenyeviç Antonovdur.