Gulustan Sarayi Tehran - Wikipedia
Gülüstan_sarayı_(Tehran) - Haqqında Məlumat
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Gülüstan sarayı (fa.کاخ گلستان) - İranın paytaxtı Tehran şəhərində, Ərq meydanının yaxınlığında Tehran sədlərinin içində yerləşən və Qacarlar sülaləsi dövrünə aid saray.
Gülüstan sarayı | |
---|---|
کاخ گلستان | |
35°40′47″ şm. e. 51°25′13″ ş. u.HGYO | |
Ölkə | İran |
Şəhər | Tehran |
Yerləşir | Tehran[1][2] |
Tikilmə tarixi | XVI əsr |
Üslubu | Fars memarlığı |
Sahəsi |
|
Vəziyyəti | muzey |
Rəsmi sayt | golestanpalace.ir |
Tipi | Mədəni |
Kriteriya | i, ii, iii, iv |
Təyin edilib | 2013 |
İstinad nöm. | 1422 |
Dövlət | İran |
Region | Asiya və Sakit okean |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Saray XVI əsrdə Səfəvi şahı I Təhmasib tərəfindən tikdirilmiş və Qacarlar sülaləsi tərəfindən iqamətgah kimi istifadə olunmuşdur.
Pəhləvilər sülaləsi zamanında mərasimlərdə istifadə olunan saray hazırda muzey kimi fəaliyyət göstərir.
Saraydakı məkanlar
redaktəŞəms-ül Minarə - Tərcümədə "Günəş binası" deməkdir. Nasirəddin şah Qacar tərəfindən Tehranı yüksəkdən görmək üçün tikdirilmişdir.
- Salam salonu - Muzey kimi istifadə olunan bu salon Nasirəddin şah Qacar tərəfindən Avropa ölkələrini gəzdikdən sonra Avropa muzeylərinindən ilham alıb belə muzeyin saraydada olması üçün tikdirilmişdi. Pəhləvilər dövründə salonda rəsmi tədbirlər keçirilib. Avşarlar sülaləsinin qurucusu Nadir şahın Hindistandan gətirdiyi məşhur "Taxt-i Tavus" adlı taxt uzun zaman burada idi.
- Güzgü salonu - Bu salonda Nasirəddin şah Qacarın rəsmləri sərgilənir.
- Taxtı-Mərmər binası -Bu bina adını 65 mərmər hissəsindən ibarət mərmər taxtdan almışdır.
- Əbyəz sarayı -Nasirəddin şah Qacar tərəfindən tikdirilib. Nasirəddin şah Qacar hakimiyyətinin son illərində Osmanlı sultanı II Əbdülhəmidin göndərdiyi hədiyyələr burada sərgiləmək üçün inşa etdirmişdir.
- Badgir binası
- Fil Dişi binası
- Berelyan binası
Qalereya
redaktə- ↑ ArchINFORM (alm.). 1994.
- ↑ Wiki Loves Monuments monuments database. 2017.