Gulumgulum Dagi - Wikipedia
Gülümgülüm dağı – Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ (hünd. 2187,3 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qazangöldağ yüksəkliyindən (3829,2 m) şimal-qərbə ayrılan Ağdağ qolunun cənub-qərbə istiqamətlənmiş Ələngəzdağ şaxəsinin qurtaracağında, Gilançayla Nəsirvazçayın suayırıcısında zirvə. Nəsirvaz kəndindən 0,8 km qərbdədir. Alt Eosen yaşlı bazalt-andezit-dasit-riolit formasiyasına aid andezit-dasitlərdən təşkil ölünmüş və sönmüş vulkan boğazına cavab verən, cənub yamacı sıldırımlı, günbəzvari yüksəklikdir. Yamaclarında Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurları açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında müşahidə edilən Ələhi antiklinalının maqmatik kütlə ilə yarılmış tağ hissəsində yerləşir. Zirvə hissəsindən və yamaclarından şimal-şərq və şimal-qərb istiqamətli fay qırılması keçir.[1]
Gülümgülüm dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2187,3 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
İstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.