Goytepe Kilsesi - Wikipedia
Göytəpə kilsəsi — Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Rus Pravoslav Kilsəsi.
Göytəpə kilsəsi | |
---|---|
39°06′48″ şm. e. 48°35′45″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Cəlilabad rayonu |
Yerləşir | Göytəpə |
Tikilmə tarixi | 1878[1] |
İstinad nöm. | 4569 |
Kateqoriya | Kilsə |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Haqqında
redaktəCəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Rus Pravoslav Kilsəsi 1878-ci ildə tikilmişdir.[1] Türkmənçay müqaviləsindən sonra Şimali Azərbaycan torpaqlarına, o cümlədən Cəlilabad rayonuna köçürülmüş xristian inanclı ruslar ibadət etməkdən ötrü burada əvvəlcə kiçik bir bina tikiblər. Amma həmin tikili rusların kütləvi ibadətləri üçün darısqal olduğundan cənub bölgəsində bu kilsənin inşa edilməsi qərara alınıb.[2]
Altı günbəzdən ibarət olan bu qədim memarlıq abidəsinin tikinti işləri əsasən yerli memarlar tərəfindən aparılıb. Məhz elə buna görə kilsənin pəncərə və divarlarında Azərbaycanın milli memarlıq üslubunun çalarları açıq-aşkar nəzərə çarpır.[2]
Kilsə Turizm və Mədəniyyət Nazirliyinin sərəncamındadır. Yerli əhəmiyyətli abidə kimi 4177 saylı inventarla rəsmi qeydiyyata alınan kilsənin birinci mərtəbəsində hazırda Göytəpə şəhər kitabxanası yerləşdirilib.[2]
İstinadlar
redaktə- ↑ 1 2 "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı (Memarlıq abidələri)" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-29.
- ↑ 1 2 3 "Türkmənçay yadigarı: Göytəpə pravoslav kilsəsi - REPORTAJ". APA TV. 2018-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.
Həmçinin bax
redaktə