Govheri Qadinefendi - Wikipedia
Gövhəri Qadınəfəndi (8 iyul 1856, Qudauta, Abxaziya Muxtar Respublikası – 6 sentyabr 1884, İstanbul) — 32-ci Osmanlı sultanı Əbdüləzizin beşinci xanımı.
Gövhəri Qadınəfəndi | |
---|---|
امرأة جميلة | |
Şəxsi məlumatlar | |
Doğum adı | امينه صوانبا |
Doğum tarixi | 8 iyul 1856 |
Doğum yeri | |
Vəfat tarixi | 6 sentyabr 1884 (28 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | Saleh bəy Svatnba |
Anası | Şaziyə Tsanba |
Həyat yoldaşı | Əbdüləziz |
Uşaqları |
Əsma Sultan Mehmed Seyfəddin Əfəndi |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Həyatı
redaktəGövhəri xanım 1856-cı ildə Anapada dünyaya gəldi. Atası abxaz bəylərindən Saleh bəy Svatnba, anası isə Şaziyə Tsanba xanım idi. Əsl adı Əminə olan bu qızcığaz kiçik yaşlarından bacısı Fatma xanımla birlikdə Osmanlı sarayına təhvil verilmişdir. Sarayda Validə Pərtəvniyal Sultanın himayəsində mükəmməl təhsil almışdır. Uzun qıvrım saçları və mavi gözləri ilə tezliklə Sultan Əbdüləzizin diqqətini cəlb etdi və 1872-ci ildə cütlük Dolmabağça sarayında evləndi. Nikah mərasimində olduqca sadə görünən Gövhəri xanım sultandan üzük hədiyyəsi aldı. Evlilikdən bir il sonra qızı Əsma Sultanı, daha sonra isə oğlu Mehmed Seyfəddin Əfəndini dünyaya gətirdi.
Ərinin devrilməsinin ardından xeyriyyə işləriylə məşğul olan Gövhəri xanım 6 sentyabr 1884-cü ildə Ortaköy sarayında vəfat etdi və Yeni məsciddə dəfn olundu.
Övladları
redaktə- Əsma Sultan (d. 21 mart 1873 — ö. 7 may 1899)
- Mehmed Seyfəddin Əfəndi (d. 21 sentyabr 1874 — ö. 19 oktyabr 1927)