Gorus Babayev - Wikipedia
Görüş Nurəddin oğlu Babayev (17 fevral 1943, Bakı) — Azərbaycan heykəltaraşı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2002).
Görüş Babayev | |
---|---|
Doğum tarixi | 17 fevral 1943 (81 yaş) |
Doğum yeri | |
Atası | Nurəddin Babayev |
Fəaliyyəti | rəssam, heykəltaraş |
Tanınmış işi | Nizami Gəncəvinin heykəli |
Mükafatları |
Həyat və yaradıcığı
redaktəGörüş Babayev 17 fevral 1943-cü ildə Bakıda, Nurəddin Babayevin ailəsində anadan olmuşdur. O, 12 nömrəli musiqi məktəbinin fortepiano sinfində oxumuş və 1959-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin heykəltaraşlıq şöbəsinə daxil olmuşdur. Məktəbi bitirdikdən sonra təhsilini Leninqradda Rəssamlıq Akademiyasının monumental heykəltaraşlıq fakültəsində davam etdirmişdir. Bakıya qayıtdıqdan sonra Ömər Eldarovun rəhbərliyi altında yaradıcılıq emalatxanasında heykəltaraşlıq sənətini öyrənməyə davam etmişdir.[1]
Görüş Babayev həm Azərbaycanda, həm də digər ölkələrdə təşkil olunan müxtəlif sərgilərdə iştirak etmiş, beynəlxalq müsabiqələrin qalibi olmuşdur. Onun əsərləri sırasına 1981-ci ildə Mirzə Şəfi Vazehə Gəncədə ucaldılmış abidə, Türkiyənin Ərzurum şəhərində "Arfa çalan qız", Sumqayıtda "Nizami Gəncəvi", "20 Yanvar şəhidlərinə abidə" və başqaları daxildir. Heykəltaraşın əsas işləri Rusiyanın Sankt-Peterburq şəhərində Nizami Gəncəvinin heykəli və Bakıdakı "Dədə Qorqud" abidəsinin hesab olunur.[2]
Heykəltaraş həm də pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, on il Türkiyədə müəllim kimi fəaliyyət göstərərək heykəltaraşlıqdan dərs demiş və "Türkiyə yuxuları" silsiləsindən əsərlərini işləmişdir.[1]
Mükafatları
redaktə- "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 30 may 2002[3]
İstinadlar
redaktə- ↑ 1 2 Azəri, L. "Səmaya boylanan rənglər". "Mədəniyyət" qəzeti. 28 fevral 2014. 19 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2020.
- ↑ Cəbrayıloğlu, E. "Heykəltəraşın real görünən arzusu". "Ədalət" qəzeti. 12 aprel 2011. 19 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2020.
- ↑ "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikası fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 30 may 2002. 19 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2020.