Futbol Oyununun Qaydalari - Wikipedia
Futbol qaydaları (ing. Laws of the Game; hərfi tərcümə "oyunun qaydaları") — futbol oyunun qaydalarını müəyyən edən reqlament, həm də buna əsasən futbol yarışları keçirilir. Bu qaydalara riayət edilən ilk oyun Kembric Universitetinin üzvləri keçiriblər (Parkers Pis, Kembric şəhəri, 1848-ci il). 26 oktyabr, 1863-cü ildə İngiltərə Futbol Assosiasiyası bu qaydaları rəsmən təsdiqləmişdi. Qaydaların müasir formasının isə futbol assosiasiyalarının beynəlxalq şurası düzəldib və FİFA tərəfindən dərc olunub, bu hadisə 1970 ildə baş vermişdi. Bu qaydalar futbolda bu məsələləri qaydaya salır: oyunçuların sayı, matçın davamlılığı, meydançanın ölçüsünü, futbol topuna aid tələblər, pozuntuların növləri və s.
Oyun Qaydaları
redaktəQaydaların (1 iyun 2016-2017-ci il tarixindən) sonuncu redaksiyası 17 bənddən ibarətdir.
- Birinci qayda: Oyun meydanı
- İkinci qayda: Top
- Üçüncü qayda: Oyunçular
- Dördüncü qayda: Futbol geyimi
- Beşinci qayda: Baş hakim
- Altıncı qayda: Hakimin köməkçiləri
- Yeddinci qayda: Oyunun müddəti və davamiyyəti
- Səkkizinci qayda: Futbol oyunun başlaması və bərpa edilməsi
- Doqquzuncu qayda: Top oyunda olduqda və olmadıqda
- Onuncu qayda: Qol
- On birinci qayda: Ofsayd (oyundankənar vəziyyət)
- On ikinci qayda: Qayda pozuntuları və intizamsız davranışlar
- On üçüncü qayda: Cərimə və sərbəst zərbələri
- On dördüncü qayda: Penalti (11 metrlik zərbə)
- On beşinci qayda: Aut (topun yan xəttdən oyuna daxil edilməsi)
- On altıncı qayda: Qapıdan zərbə
- On yeddinci qayda: Korner (küncdən zərbə)
Maraqlı faktlar
redaktə- 1992-ci ildə, 1990 ilin dünya çempionatında baxımlı futbol olmadığı üçün, qapıçının öz oyunçunun ayağla ötürməsindən sonra topu götürməsi qadağan olmuşdu.
- Topu qapı xəttinin keçməsinin dəqiq müəyyən etmək üçün 2012-ci ildə "Qol xətti texnologiyası" yeridilmişdi