Futbol Uzre Dunya Cempionati 2022 - Wikipedia
Bu məqalə yarımçıqdır. Onu genişləndirməyə kömək edə bilərsiniz. (dekabr 2022) |
2022 FIFA Dünya Kuboku 20 noyabr - 18 dekabr 2022-ci il tarixləri arasında Qətərdə keçirilən 22-ci FİFA Dünya Kuboku turniridir. 2 dekabr 2010-cu ildə keçirilən səsvermə nəticəsində FİFA bu turnirin Qətərdə təşkil edilmə qərarı aldı. Turnirdəki qarşılaşmalar 5 müxtəlif şəhər və 8 fərqli stadionda oynanılıb.
2022 FİFA Dünya Kuboku | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi | Qətər |
Tarix | 20 noyabr – 18 dekabr |
Başlama tarixi | 20 noyabr 2022 |
Bitmə tarixi | 18 dekabr 2022 |
Komanda sayı | 32 |
Stadion sayı | 8 (5 ev sahibi şəhərdə) |
Yekun nəticəsi | |
Çempion | Argentina milli futbol komandası |
Çempion | Argentina (3-cü dəfə) |
Gümüş medalçı | Fransa |
Bürünc medalçı | Xorvatiya |
Dördüncü yer | Mərakeş |
Yarış statistikası | |
Oyun sayı | 64 |
Qol sayı | 172 (matç başına: 2.69) |
Tamaşaçı sayı | 3404252 (matç başına: 53191) |
Mükafat sahibləri | |
Bombardir(lər) |
Kilian Mbappe (8 qol) [1] |
Ən yaxşı oyunçu | Lionel Messi |
Ən yaxşı gənc oyunçu | Enzo Fernandes |
Ən yaxşı qapıçı | Emiliano Martinez |
Fair Play mükafatı | İngiltərə |
← 2018 2026 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Qətər Futbol Federasiyası tərəfindən təşkil olunan bu turnir müxtəlif ilklər və sonları əhatə edir. Bu, əsasən ərəb və müsəlman dünyasında keçirilən ilk dünya çempionatıdır. Bu, həmçinin 2002-ci ildə Cənubi Koreya və Yaponiyanın ev sahibliyi etdiyi FIFA Dünya Kubokundan sonra Yaxın Şərqdə ilk, Asiyada isə ikinci dünya çempionatıdır. Bu turnirin digər bir fərqi odur ki, 32 milli komandanın iştirak etdiyi sonuncu dünya çempionatıdır; çünki 2026-cı ildə etibarən komandaların sayının 48-ə çatdırılması qərara alınıb.[2]
Qətərdə yay aylarında kəskin istilər səbəbindən bu mundial noyabrın sonundan dekabrın ortalarına kimi keçirilib. Beləcə bu turnir may, iyun və ya iyul aylarında deyil, Şimal yarımkürəsində payız və qış aylarında keçirilən ilk turnirdir. Tədbir təxminən 29 gün müddətində, yəni digərlərindən bir qədər qısa müddətdə oynanıldı. Turnirlə əlaqədar olaraq dünyada, xüsusən də Avropada futbol liqaları təxminən 1 aya yaxın dayandırılıb.[3][4]
Turnir 20 noyabr 2022-ci il tarixində, Azərbaycan vaxtı ilə saat 20:00-da, Havr şəhərində ev sahibi Qətərin Ekvadora 2:0 hesabı ilə uduzmsı ilə başladı.[5] Qətər öz qrupunda hər üç oyunda məğlub olan ilk ev sahibi ölkə oldu. Turnirin finalı 18 dekabr 2022-ci il tarixində, Azərbaycan saatı 19:00-da, Lüseyl stadionunda Argentina və Fransa arasında oynanıldı. Normal vaxtda 2-2, əlavə vaxtda 3-3 hesabı ilə başa çatan matçda Argentina penaltilər seriyasında Fransanı 4-2 hesabı ilə məğlub edərək turnirin çempionu olub.[6]1986-cı ildə son çempion olan Argentina bu turnirdə üçüncü dəfə kuboka sahib çıxıb. Fransız oyunçu Kilian Mbappe, 1966-cı ilin finalında İngiltərə yığmasının oyunçusu Geoff Hurstdən sonra Dünya Kubokunun finalında het-trik edən ilk oyunçu oldu.[7]
Turnirin qalibi olan Argentina, 2010 FIFA Dünya Kuboku çempionu İspaniyadan sonra ilk qrup matçında məğlub olmasına baxmayaraq, FIFA Dünya Kuboku tarixində kuboku qazanan ikinci ölkə oldu. Bundan əlavə, iki turnir (2010 və 2022) Dünya Kubokları tarixində ev sahibi ölkələrin qrup mərhələsində mübarizədən kənarlaşdırıldığı turnirlərdir. 2010-cu ildə İspaniya ilk qrup matçında İsveçrəyə uduzsa da, kuboku qazandı. Həmin turnirin ev sahibi Cənubi Afrika qruplarda mübarizədən kənarlaşdırılan ilk ev sahibi ölkə kimi qeydə alınıb. 2022-ci ildə ev sahibi Qətər öz qrupunda hər üç matçda məğlub olaraq mübarizədən kənarlaşdırılan ilk ev sahibi oldu. Kuboku qrupdakı ilk oyunda Səudiyyə Ərəbistanına uduzan Argentina qazanıb.
Fransalı futbolçu Kilian Mbappe turnir boyu 8 qol vuraraq bombardir olub və “Qızıl buts”u qazanıb. Argentinalı futbolçu Lionel Messi turnirin ən yaxşı oyunçusu seçilib və “Qızıl top”u qazanıb. Turnirin ən yaxşı qapıçısına verilən “Qızıl Əlcəy”i də Argentinadan olan Emiliano Martines qazanıb. Argentinalı Enzo Fernandes turnirin ən yaxşı gənc oyunçusu seçilib. İngiltərə turnirin fair-play mükafatını qazandı.
Mükafat
redaktəFİFA tərəfindən veriləcək mükafatlar 2022-ci ilin aprelində açıqlanıb. Turnirdə iştirak etmək hüququ qazanan hər bir komanda ilkin mərhələdə ən azı 1,5 milyon dollar pul mükafatı qazanacaq. Turnir başa çatdıqda qazanacaqları mükafatın ən azı 9 milyon dollar olacağı müəyyənləşib. Bu tənzimləmə ilə bölüşdürüləcək ümumi mükafat pulu ümumilikdə 440 milyon dollar təşkil edəcək ki, bu da 2018 FIFA Dünya Kubokunda paylanandan 40 milyon dollar çoxdur.
Şikayətlər
redaktəQətərin ev sahibi ölkə seçilməsi bir qədər mübahisəli oldu. Bir sıra qruplar və media qurumları Qətərin ev sahibliyi etmək üçün uyğun olması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Xüsusilə Qətərdə homoseksuallığın qanunsuzluğu, işçilərin iş şəraiti və LGBT icmasının pərəstişkarlarının hüquqları ilə bağlı narahatlıqlar qaldırılıb. Bundan əlavə, FİFA rəsmiləri korrupsiyada və Qətərə Dünya Çempionatını almağa icazə verməkdə ittiham olunurdu. Ölkədəki iqlim şəraiti də tənqid hədəfinə çevrilib.
İşçilərin hüquqları
redaktəİngiltərənin gündəlik qəzeti The Guardian 2013-cü ildə bir araşdırmada bir çox işçiyə yemək və su verilmədiyini iddia edərkən, miqrant işçilərin hüquqları məsələsi də diqqət çəkmişdi. İddia olunurdu ki, onların şəxsiyyətini təsdiq edən sənədlər əllərindən alınıb, ödənişləri vaxtında və ya ümumiyyətlə verilməyib, beləliklə də işçilər faktiki olaraq qullara çevrilib. The Guardian hesab edir ki, turnir zamanı 2 milyon güclü miqrant işçidən 4000-ə yaxın işçi təhlükəsizlik zəifliyi və digər səbəblərdən ölə bilərdi. Bu iddialar 2010-cu ildən bəri 522 nepallı işçi və 700-dən çox hindistanlı işçinin öldüyü faktına əsaslanırdı.
Qətərdə keçirilən Dünya Kuboku ilə əlaqədar ölkədə tikinti sənayesi xeyli canlanıb. Məlumdur ki, ölkəyə işləmək üçün gətirilən əməkçi miqrantların əksəriyyətinin əmək müqavilələri kafala sistemi ilə bağlanır . Bu sistemə görə hansısa şirkətlə işləmək üçün müqavilə bağlayan fəhlə onu ölkəyə gətirən şirkətdən başqa şirkətdə işləyə bilməz. Üstəlik, əməkçi miqrantın pasportu əlindən alındığı üçün ölkəni tərk etməyə məhz şirkətin təşəbbüsü ilə gətirilir.
İqlim şəraiti / kondisionerlər
redaktəÖlkədəki iqlim şəraiti də tənqid hədəfinə çevrilib. Bu səbəbdən, kondisionerli stadionların tikintisi nəzərdə tutulmuşdu və turnirin keçiriləcəyi tarix üçün qeyri- yay imkanları gündəmə gətirilmişdir. Bu da təşkilatın noyabr-dekabr aylarında keçirilməsinə səbəb olub.
2014-cü ilin mayında FİFA-nın o vaxtkı prezidenti Zepp Blatter bəyan etmişdi ki, Dünya Kubokunun Qətərə verilməsi, oradakı həddindən artıq istilər səbəbindən “səhv” idi. Digər tərəfdən, Blatter Afrika və Asiya konfederasiyalarının nümayəndələrinə müraciət edərək, korrupsiya iddialarının və sponsorlar da daxil olmaqla bəzi tənqidlərin “ irqçilik və ayrı-seçkiliklə əlaqəli olduğunu” deyib.
Ərazi və stadionlar
redaktəQətər bu günə qədər futbol üzrə dünya çempionatına ev sahibliyi edən ən kiçik ölkədir. Sahəsinə görə növbəti ən kiçik ölkə 1954-cü il Dünya Kubokuna ev sahibliyi edən İsveçrədir ki, bu da Qətərdən üç dəfə böyükdür və bunun əvəzinə cəmi 16 komanda iştirak edirdi. Qətər, ilk iki dünya çempionatına ev sahibliyi edən Uruqvay və İtaliya istisna olmaqla, daha əvvəl heç bir turnirdə iştirak etməməsinə baxmayaraq, FIFA Dünya Kubokuna ev sahibliyi edən ikinci ölkə oldu. Turnirdə istifadə edilən səkkiz stadiondan altısı paytaxt Doha bölgəsində yerləşir və bu, 1930-cu ildən bəri stadionların əksəriyyətinin bir şəhərdə toplandığı ilk Dünya Kuboku olur. Bu, azarkeşlərin və oyunçuların gedib-gəlmələri üçün lazım olan məsafəni xeyli azaltsa da, yerin azalması səbəbindən Qətərə gələn azarkeşləri qəbul etməyi çətinləşdirdi.
Spirtli içkilər
redaktəQətərdə açıq yerlərdə spirt istehlakı normal olaraq hər kəs üçün qadağan edilsə də, ölkənin 2022-ci il Dünya Çempionatına namizədliyinin baş meneceri Hassan Abdullah Al Thawadi tərəfindən bildirildi ki, Qətərə gələn bütün azarkeşlər üçün azarkeş zonalarında spirtli içkilərə icazə veriləcək.Bununla belə, normalda ölkədə ictimai yerlərdə spirtli içki içmək qadağandır.
Ev sahibinin seçimi
redaktəBeynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) 2009-cu il martın 18-də 2018 və 2022-ci illərdə baş tutacaq Futbol üzrə FIFA Dünya Çempionatlarına ev sahibliyi üçün elan etdiyi bəyanata əsasən, Avstraliya, İngiltərə, İndoneziya, Rusiya, ABŞ, Yaponiya, Portuqaliya & İspaniya və Belçika & Niderland tərəfindən təqdim edilən doqquz ərizə qəbul edilib. Cənubi Koreya və Qətər isə yalnız 2022-ci il FIFA Dünya Çempionatına ev sahibliyi üçün ərizə təqdim edib.
2010-cu il noyabrın 2-də Sürix şəhərində (İsveçrə) 2022-ci ildə baş tutacaq Futbol üzrə FIFA Dünya Çempionatının ev sahibinin seçilməsi üçün səsvermə baş tutub. Səsvermədə ABŞ, Avstraliya, Cənubi Koreya, Qətər və Yaponiya mübarizə aparıb.
Səsvermə dörd tur aparılıb. Avstraliya birinci turda çempionat uğrunda mübarizədən, Yaponiya növbəti turda, Cənubi Koreya isə üçüncü turda ən az səs toplayıb. Həlledici turda ABŞ və Qətər arasında gedən mübarizə Qətər qalib gəldi və 2022-ci ildə baş tutacaq Futbol üzrə FIFA Dünya Çempionatının ev sahibi seçildi.
Qətər | ||||
ABŞ | ||||
Cənubi Koreya | ||||
Yaponiya | ||||
Avstraliya |
İştirakçı komandalar
redaktəSeçmə mərhələ
redaktəFİFA-ya üzv olan futbol 211 assosiasiyanın daxil olduğu altı qitə konfederasiyasının hamısı öz seçmə yarışlarını təşkil edirdi. Qətər millisi ev sahibi kimi avtomatik olaraq turnirə vəsiqə qazandı, Ancaq "Asiya Futbol Konfederasiyası" (AFC) Qətəri Asiya seçmə mərhələsində iştirak etməyə məcbur etdi, çünki AFC-nin qaydalarına görə Asiyada seçmə mərhələdi ilk iki tur həm də "2023-cü il AFC Asiya Kuboku"na vəsiqə rolunu oynayır.[8] Asiyadan seçmə mərhələ oyularının ilk mərhələsində Qətər öz qrupunda qalib kimi final mərhələsinə çıxdığından, onun əvəzinə beşinci ən yaxşı ikinci yer olan Livan komandası seçmə mərhələ oyunlarında iştiraka davam edir.[9]
AFC (6)
- Avstraliya (38)
- İran (20)
- Yaponiya (24)
- Qətər (50) (ev sahibi)
- Səudiyyə Ərəbistanı (51)
- Cənubi Koreya (28)
CAF (5)
CONCACAF (4)
- Kanada (41)
- Kosta-Rika (31)
- Meksika (13)
- ABŞ (16)
CONMEBOL (4)
OFC (0)
- Yoxdur
UEFA (13)
Hakimlər
redaktə19 may 2022-ci ildə FİFA turnirdə iştirak edəcək 36 hakimin, 69 köməkçi hakimin və 24 video köməkçi hakimin siyahısını açıqlayıb. FİFA-ya 36 hakimdən ikisi Argentina, Braziliya, İngiltərə və Fransadan daxil idi.[10][11] İlk dəfə olaraq qadın hakimlər böyük kişi turnirində oyunları idarə edəcəklər.
Fransadan olan Stefani Frappart, Ruandalı Salima Mukansanqa və yaponiyalı Yoshimi Yamaşita kişilər arasında dünya çempionatına təyin olunmuş ilk qadın hakimlər oldular. Onlara ilk olaraq üç qadın köməkçi hakim də qoşulacaq. Frappart 2019 FIFA Qadınlararası Dünya Kubokunun finalına nəzarət etdi.[12]
Ev sahibi şəhərlər
redaktə2022-ci il DÇ ev sahibi Qətərdir.
Qrup mərhələsi
redaktəTəsnifat qaydaları
redaktəKomandaların qruplardakı yerləri aşağıdakı qaydalarla müəyyən edilir:
- Bütün qrup matçlarında toplanmış xalların ümumi sayı;
- Bütün qrup matçlarında vurulan və buraxılan qollar arasındakı fərq;
- Bütün qrup matçlarında vurulan qolların sayı;
Əgər iki və ya daha çox komanda yuxarıda sadalanan meyarlar üzrə bərabər olarsa, onların yerləşdirilməsi aşağıda sadalanan əlavə meyarlar əsasında müəyyən ediləcək:
- Sözügedən komandalar arasında qrup mərhələsinin oyunlarında toplanan xallar;
- Sözügedən komandalar arasında qrup mərhələsinin oyunlarında vurulan və buraxılan qollar arasındakı fərq;
- Sözügedən komandalar arasında qrup mərhələsinin oyunlarında vurulan qolların sayı;
- Ədalətli oyun xalları;
- İlk sarı vərəqə: mənfi 1 xal;
- Dolayı qırmızı vərəqə (ikinci sarı vərəqə): mənfi 3 xal;
- Birbaşa qırmızı vərəqə: mənfi 4 xal;
- Sarı və birbaşa qırmızı vərəqə: mənfi 5 xal;
- FİFA Təşkilat Komitəsi tərəfindən püşkatma.
A qrupu
redaktəEkvador | ||||||||||||||
Niderland | ||||||||||||||
Seneqal | ||||||||||||||
Qatar |
21 noyabr 2022 | Seneqal | 0 – 2 | Niderland | Al Tumama Stadionu |
---|---|---|---|---|
25 noyabr 2022 | Qətər | 1 – 3 | Seneqal | Al Tumama Stadionu |
---|---|---|---|---|
B qrupu
redaktəİngiltərə | ||||||||||||||
ABŞ | ||||||||||||||
Uels | ||||||||||||||
Iran |
C qrupu
redaktəD qrupu
redaktəE qrupu
redaktəF qrupu
redaktəG qrupu
redaktəH qrupu
redaktəPley-off mərhələsi
redaktə1/8 final mərhələsi
redaktə1/4 final mərhələsi
redaktəYarım-final mərhələsi
redaktəFinal
redaktəTənqidlər
redaktəRüşvət qalmaqalı
redaktəDekabrın 13-də Belçikanın "Le Soir" nəşri yazıb ki, Avropa Parlamentində dünya çempionatının təşkili zamanı korrupsiya ilə bağlı aparılan axtarışlar çərçivəsində 1,5 milyon avro müsadirə edilib. Müstəntiqlərin fikrincə, siyasətçilərin Qətərdə dünya çempionatının təşkili üçün aldıqları pullar iki siyasətçinin, keçmiş deputat Pier Antonio Panzeri və Avropa Parlamentinin vitse-prezidenti Eva Kaylinin evlərində tapılıb.[13][14]
İstinadlar
redaktə- ↑ https://qol.az/news/181750-dc-2022-nin-en-yaxsi-bombardiri-odur
- ↑ "Arxivlənmiş surət". 2022-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-06.
- ↑ "Arxivlənmiş surət". 2022-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-06.
- ↑ https://web.archive.org/web/20200716192812/https://skor.sozcu.com.tr/2020/07/15/katar-2022de-mac-saatleri-belli-oldu-11-saat-boyunca-kesintisiz-futbol-1509020/
- ↑ "Arxivlənmiş surət". 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-06.
- ↑ "Arxivlənmiş surət". 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-06.
- ↑ "Arxivlənmiş surət". 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-06.
- ↑ Palmer, Dan. "Hosts Qatar to compete in qualifying for 2022 World Cup". insidethegames.biz. Dunsar Media Company. 31 July 2017. 6 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 August 2017.
- ↑ "Groups finalised for Qatar 2022 & China 2023 race". The-AFC.com. Asian Football Confederation. 17 July 2019. 20 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2019.
- ↑ "36 referees, 69 assistant referees and 24 video match officials appointed for FIFA World Cup Qatar 2022". FIFA. 2022-05-19. 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-19.
- ↑ "FIFA World Cup Qatar 2022 – List of appointed FIFA Match Officials" (PDF). FIFA. 2022-05-19. 2022-05-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-19.
- ↑ "Frappart: Final role a huge source of pride". FIFA.com.[ölü keçid]
- ↑ Le-Soir. "Scandale de corruption européen: plus d'1,5 million d'euros cash saisi chez Panzeri et Kaili (photo)". www.lesoir.be (fransız). 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 dekabr 2022.
- ↑ Kommersant. "СМИ: полиция изъяла €1,5 млн по делу о коррупции в Европарламенте". www.kommersant.ru.