Fuad Memmedov Texnik - Wikipedia
Fuad Faiq oğlu Məmmədov (14 sentyabr 1981, Bakı) — Texnika elmləri doktoru, dosent.
Fuad Məmmədov | |
---|---|
Fuad Faiq oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Təhsili |
Həyatı
redaktəFuad Məmmədov 14 sentyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Azərbaycan Texniki Universitetini "istilik çeviricisi, qeyri–ənənəvi və bərpa olunan enerji mənbələri və qurğuları" ixtisası üzrə bakalavr, 2003-cü ildə isə oranın "enerjinin çevrilməsində gedən proseslərin istilik fizikası" ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
Elmi fəaliyyəti
redaktə2003–2006-cı illərdə aspiranturada təhsil almışdır. 2007-ci ildə "Günəş enerjisindən istifadə etməklə xam neftin emala hazırlanması üçün energetik qurğunun işlənməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2012-ci ildə Dosent elmi adını almışdır. 2016-cı ildə "Alternativ enerji mənbələri əsasında neftçıxarma proseslərində enerji resurslarına qənaət və ekoloji təmiz texnologiyaların işlənməsi" mövzusunda elmlər doktoru dissertasiya işi ilkin müzakirədən keçərək AAK-na müdafiəyə icazə üçün təqdim edilmiş və 2020-ci ildə isə müdafiə etmişdir.
170-ə yaxın elmi əsərin (ABŞ, Böyük Britaniya, Kanada, Cənubi Afrika Respublikası, Rumıniya, Avstriya, Tayvan, Rusiya, Türkiyə, İran), o cümlədən 13 ixtiranın, eləcə də günəş və külək energetikası sahəsində tətbiq olunan bir neçə energetik qurğunun müəllifidir. 2008-ci ildən hal–hazıra kimi Dünya Bərpa Olunan Enerji Şəbəkəsinin (WREN) keçirdiyi Dünya bərpa olunan enerji konqresində (WREC) Beynəlxalq Redaksiya Heyətinin Azərbaycandan üzvüdür. Azərbaycanda ilk dəfə olaraq, 2009-cu ildə nəşr olunan yeddi dilli (Azərbaycan, rus, ingilis, alman, fransız, ispan və italyan) "Günəş energetikası terminləri lüğəti"nin müəllifidir. 2011-ci ildə "Azərbaycanda günəş enerjisindən istifadə və müasir günəş energetik qurğuları" adlı dərs vəsaiti Təhsil Nazirliyinin müvafiq əmri ilə çap edilmişdir.
Fuad Məmmədov ilk dəfə olaraq yüksək temperaturlu və günəş izləyici sistemlərə malik parabolosilindirik və paraboilk konsentratorlu energetik qurğular, müxtəlif formalara malik və fərqli materiallardan hazırlanmış, günəş izləyici sistemlərlə təchiz olunmuş qurğular işləyib hazırlamış və tətbiq etmişdir [mənbə göstərin]. Bunlar yastı günəş kollektorları, günəş hava qızdırıcısı, günəş istilik akkumulyatoru, günəş fotoelement gücləndiricisi, kombinə olunmuş yastı günəş kollektor-akkumulyatoru, günəş mətbəxi, ikikonturlu istilikdəyişdirici, Stirlinq mühərriki, buxar turbini, şaquli və üfüqi oxlu külək mühərrikləridir.
İşləyib hazırladığı günəş və külək energetik qurğuları
redaktə- Parabolosilindirik konsentratorlu günəş energetik qurğular;
- Paraboilk konsentratorlu günəş energetik qurğusu;
- Yastı günəş kollektorları;
- Günəş hava qızdırıcısı;
- Günəş istilik akkumulyatoru;
- Günəş fotoelement gücləndiricisi;
- Kombinə olunmuş yastı günəş kollektor-akkumulyatoru;
- Günəş mətbəxi;
- Bir və ikikonturlu istilikdəyişdiricilər;
- Stirlinq mühərriyi;
- Buxar turbini;
- Şaquli və üfüqi oxlu külək mühərrikləri.