Fuad Bulca - Wikipedia
Əhməd Fuad Bulca (türk. Ahmet Fuat Bulca) (1881, Saloniki – 14 sentyabr 1962, İstanbul) — Türk əsgər və siyasətçi.
Fuad Bulca | |
---|---|
türk. Fuat Bulca | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1881 |
Doğum yeri | |
Vəfat tarixi | 14 sentyabr 1962 |
Vəfat yeri | |
Vəfat səbəbi | yol-nəqliyyat hadisəsi |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1902-ci ildən |
Rütbəsi | polkovnik |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Hərbi fəaliyyəti
redaktəHərbi məktəbi bitirmişdir. 3-cü tabor, 1-ci bölük komandiri, 3-cü ordu kiçik zabit məktəbində müəllim, Selanik kiçik zabit məktəbinin 1-ci bölük komandiri, Dərnə Şərq Şöbəsi komandiri, Trabzon Rədif tabor komandiri, Bəylərbəyi sarayı mühafizə bölük komandiri, 15-ci alayın 3-cü tabor komandiri, 24-cü alayın 3-cü tabor komandiri, 24-cü və 11-cü taborun tümən komandiri və Ankara hərbi hissəsinin komandiri olmuşdur.[1]
4 iyul 1927-ci ildə ordudan təqaüdə çıxdı.
Siyasi fəaliyyəti
redaktəHərbi xidmətdən sonra Türkiyə Hava Qüvvələri Cəmiyyətinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin II, III və IV dövrlərində Rizə, V dövrlərində Çoruhun millər vəkili olmuş və II dövründə Divân-ı Riyâset İdarə əmirliyində fəaliyyət göstərmişdir. Qırmızı lentli "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) ilə təltif edilmişdir.
14 sentyabr 1962-ci ildə yol qəzasında vəfat etmişdir. Onun cəsədi 1988-ci ildə Türkiyə Dövlət məzarlığına gətirilərək orada dəfn edildi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Ahmet Fuat Bulca". 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-05.
Mənbə
redaktə- T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 159.