Fridrix Karl - Wikipedia
Fridrix Karl Lüdviq Konstantin von Hesse (alm. Friedrich Karl Ludwig Konstantin Prinz und Landgraf von Hessen-Kassel) — Finlandiyanın son kralı, Hesse landqrafı.
Fridrix Karl Hesse | |
---|---|
I Frederik Kaarle | |
9 oktyabr 1918 – 14 dekabr 1918 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Plön, Prussiya krallığı |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Kassel, Üçüncü Reyx |
Milliyyəti | alman |
Partiya | |
Fəaliyyəti | rəsm kolleksioneri[d] |
Atası | II Fridrix Vilhelm |
Anası | Anna Hohenzollern |
Həyat yoldaşı | Marqaret Hohenzollern |
Dini | Lüteranlıq |
Hərbi xidmət | |
Mənsubiyyəti | general |
Döyüşlər | |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1868-ci ildə Hesse landqrafı II Fridrix Vilhelmin və Prussiya şahzadəsi Anna Hohenzollernin 3-cü oğlu olaraq dünyaya gəlmişdi. Atası 1875-ci ildə Danimarkadan Almaniyaya köçmüşdü. 1884-cü ildə atası vəfat etdikdən sonra, ailənin başına böyük qardaşı III Fridrix Vilhelm keçmişdi.
Finlandiya taxtı
redaktə9 oktyabr 1918-ci ildə Finlandiya parlamenti tərəfindən Finlandiya və Kareliya kralı taxtına seçilmiş və Fredrik Kaarle adı ilə kral elan olunmuşdu. Lakin Birinci Dünya Müharibəsində II Vilhelmin taxtdan əl çəkməsindən sonra 14 dekabr 1918-ci ildə taxtdan əl çəkmişdir.[1]
Sonrakı həyatı
redaktə16 mart 1925-ci ildə Hesse sülaləsinin ailə başçısı olmuşdur.
İstinadlar
redaktə- ↑ Nash, Michael L (2012) The last King of Finland. Royalty Digest Quarterly, 2012 : 1