Fransali Aqnessa Burqundiya Hersoqinasi - Wikipedia
Fransalı Aqnessa (fr. Agnès de France; 1260[1][2] – 19 dekabr 1327) — Burqundiya hersoqu II Robertin xanımı, Burqundiya hersoqinası.[4]
Fransalı Aqnessa | |
---|---|
fr. Agnès de France | |
1279 – 21 mart 1306 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1260[1][2] |
Vəfat tarixi | 19 dekabr 1327 |
Fəaliyyəti | siyasətçi |
Atası | IX Lüdovik[3] |
Anası | Provanslı Marqarita (Fransa kraliçası)[3] |
Həyat yoldaşı | II Robert |
Uşaqları |
V Hüqo Burqundiyalı Marqarita Burqundiyalı Janna IV Edo |
Dini | xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAqnessa 1260-cı ildə Fransa kralı IX Lüdovik və xanımı Provanslı Marqaritanın ən kiçik qızı olaraq dünyaya gəldi. Uşaqlıq illəriylə bağlı yetərli məlumat yoxdur. 1279-cu ildə Burqundiya hersoqu II Robertlə evləndirildi və bu Burqundiya hersoqinası oldu.
Bu evlilikdən 8 övladı dünyaya gələn Aqnessa, ərinin 1306-cı ildə vəfatının ardından böyük oğlu Hüqonun azyaşlı olması səbəbilə taxt naibəsi elan edildi. 5 il boyunca bu vəzifədə xidmət edən Aqnessa, oğlunun yetkinliyə çatmasıyla dövlət işlərindən uzaqlaşdı. Daha sonra isə digər oğlu Edo hersoq elan edildi. Bu dönəmdə isə saraydan tamamilə uzaqlaşan Aqnessa 1327-ci ilin dekabrında Kot-d'Orda vəfat etdi.
Mənbə
redaktə- Topping, Peter (1974). "The Morea, 1364-1460". In Hazard, Harry W. (ed.). A History of the Crusades. The University of Wisconsin Press
- Manion, Margaret M.; Muir, Bernard James, eds. (1998). The Art of the Book: Its Place in Medieval Worship. University of Exeter Press
- Bouchard, Constance B. (1995). "Burgundy". In Kibler, William W.; Zinn, Grover A. (eds.). Medieval France: An Encyclopedia. Garland Publishing
İstinadlar
redaktə- ↑ 1 2 Pas L. v. Agnès de France // Genealogics (ing.). 2003.
- ↑ 1 2 Lundy D. R. Agnes de France // The Peerage (ing.).
- ↑ 1 2 Kindred Britain.
- ↑ Evergates, Theodore (2010). Aristocratic Women in Medieval France. University of Pennsylvania Press