Frans Fon Stuk - Wikipedia
Frans fon Ştuk (doğum 23 fevral 1863, Tettenvays — ölüm 30 avqust 1928) — alman simvolist və art-nevü rəssamı, heykəltaraş, qravüraçı və memarı.
Frans fon Ştuk | |
---|---|
Franz Stuck | |
| |
Doğum adı | Franz Ritter von Stuck |
Doğum tarixi | |
Doğum yeri | Tettenvays, Almaniya |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Münhen, Almaniya |
Milliyyəti | alman |
Fəaliyyəti | heykəltaraş, rəssam, universitet müəllimi[d], memar, müəllim, qrafika ustası[d] |
Təhsili | Münhen Rəssamlıq Akademiyası |
Janr | portret |
Stillər | simvolizm, modern |
Tanınmış işləri | rəsmləri, Ştukun villası |
Tələbələri | Jozef Albers[d] |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və karyerası
redaktəŞtuk Bavariya Krallığında Tettenvays bölgəsində anadan olmuşdur. Erkən yaşlarından qrafika və karikaturaya maraq göstərmişdir. O, rəssamlıq təhsilinə başlamaq üçün 1878-ci ildə Münhenə köçür. 1881-ci ildən 1885-ci ilə kimi Münhen Rəssamlıq Akademiyasında təhsil alır.
O, əvvəlcə "Fliegende Blatter" jurnalı üçün işlədiyi karikaturalar, kitab bəzəkləri və proqramlar üçün dizaynlarla tanınır. 1889-cu ildə o özünün ilk rəsmlərini Münhen Şüşə Sarayında sərgilədi. Burada o, Cənnətin gözətçisi (The Guardian of Paradise) əsəri ilə qızıl medal qazanır. 1892-ci ildə Ştuk Münhen Sessiyasının həmtəsisçilərindən biri olmuşdur və həmçinin özünün ilk heykəltaraşlıq nümunəsi olan Atleti tamamlamışdır. Növbəti il o, indi onun ən məşhur əsəri sayılan Günah (The Sin) ilə önəmli və ictimai uğur qazandı. Həmçinin 1893-cü il ərzində Ştuk rəssamlığına görə Çikaqoda Dünya Kolumb Sərgisində qızıl medala layiq görüldü və kral professorluğuna təyin olundu. 1895-ci ildən o, Münih Rəssamlıq Akademiyasında dərs deməyə başlayır.
1897-ci ildə Ştuk amerikalı dul qadın Mari Lindpainterlə ailə həyatı qurduqdan sonra, iqamətgahı və Ştukun villası adlanan emalatxanasının layihəsini hazırlamağa başlayır. Villa üçün onun layihəsinə tərtibatdan interyer dekorasiyasına kimi hər şey daxil idi. Öz avadanlığına görə Ştuk 1900 Paris Dünya Sərgisində daha bir qızıl medala layiq görüldü.
Şöhrəti artdıqdan sonra 9 dekabr 1905-ci ildə nəcibləşdi və ömrünün qalan hissəsində Avropa ətrafında daha böyük ictimai uğurlar qazanacaqdı. O hətta onun bədii üslubunun dəbdən düşdüyü vaxtdan sonra da professor kimi Münhen Rəssamlıq Akademiyasında gənc rəssamlar arasında hörmətlə qarşılanırdı. Onun tələbələri arasında Paul Klee, Hans Purrmann, Vasil Kandinski, Alf Bayrl, Albert Yozef məşhurdur.
O, həmçinin Qravüraçıların, Rəssamların və Heykəltəraşların Beynəlxalq Birliyinin üzvü idi.[1]
Tərz
redaktəŞtukun predmeti ilk növbədə Arnold Böklinin işlərindən ruhlanaraq mifologiya olmuşdur. Böyük fiqurlar onun yaradıcılığında üstünlük təşkil edir və bu onun heykəltaraşlığa meylini göstərirdi. Onun cazibədar çılpaq qadın fiquru məşhur Simbolist məzmunun bariz nümunəsidir. Ştuk öz rəsmləri üçün çərçivələrə xüsusi diqqət yetirirdi və adətən çərçivələr kitabələrdən, zər oymalardan və panellərdən istifadə edərək özü layihələşdirirdi. Çərçivələr ümumi əsərin ayrılmaz hissəsi hesab olunurdu.
Miras
redaktəŞtukun böyük müvəqqəqiyyət əldə edən şagirdlərinin sayı onun şöhrətinin artmasını təmin edirdi. Hələ ölümündən qabaq heçkimdən asılı olmayaraq fəaliyyət göstərən Ştukun əhəmiyyəti unudulmuşdu: onun əsərləri I Dünya Müharibəsini görmüş nəslə dəbdən düşmüş və yersiz görünürdü. Modern İncəsənətə yenilənən maraq bir daha onun üzərinə diqqəti cəlb edəndə 1960-cı illərin sonlarınadək onun nüfuzu azalırdı. 1968-ci ildə Villa Ştuk muzey kimi ictimaiyyətə açıldı.
Robert Vaytenin Psixopat Allah: Adolf Hitler kitabında və bir çox başqa kitablarda Ştukun Hitlerin ən çox bəyəndiyi rəssamlardan biri olduğu qeyd olunur.
Bununla əlaqədar qeyd etmək lazımdır ki, Ştuk bir ilan, qeyri-adi təsvir ilə bükülən qadın obrazından tez-tez istifadə edib; Hitler də həbsxanaya salmada qadın təsvirlərinə cəlb olunması ilə məşhur idi.
Ştukun əsərləri Böyük Alman İncəsənət Sərgisinə heç vaxt buraxılmadı
Ştukun ən yaxşı rəsm əsərlərindən biri ölü alayında at belində Wotan (Odin) təsvir olunan Vəhşi Təqib əsəridir. Bu təxminən 1889-cu ildə, Hitlerin anadan olduğu ildə tamamlanmışdı və bu rəssamlıq Wotanın üzü Hitlerin üzünə oxşadığı üçün yarı-əfsanəvi status almışdır.
Qalereya
redaktə-
Rəqqasələr
-
Cənnətin gözətçisi
-
Yaralı amazonka
-
Qadın üstündə dava
-
Adəm və Həvva
-
Salome
-
Sfinksin öpüşü
İstinadlar
redaktə- ↑ "The International Society of Sculptors, Painters and Gravers". Mapping the Practice and Profession of Sculpture in Britain and Ireland 1851-1951. Qlazqo Universiteti. 2013-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2014.
Mənbələr
redaktə- Adam Peter. "Art Of The Third Reich". Nyu-York: Harry N. Abrams. 1992. ISBN 0-8109-2615-6.
- Gibson, Michael. "Symbolism". Köln: Benedikit Taschen Verlag. 1995. ISBN 3-8228-9324-2.
- Mendgen, Eva. "Von Stuck". Köln: Benedikt Taschen Verlag. 1995. ISBN 3-8228-8888-5.