Francesko Solimena - Wikipedia
Françesko Solimena (it. Francesco Solimena; doğum Kanal di Serino, Avellino, 4 oktyabr 1657 – ölüm Neapol, 3 aprel 1747) Barokko dövrü italyan rəssamlardan biri, neopolitan rəssamlıq məktəbinin qabaqcıl nümayəndələrindən biri.
Françesko Solimena | |
---|---|
Francesco Solimena | |
| |
Doğum tarixi | |
Doğum yeri | Kanal di Serino, Avellino |
Vəfat tarixi | (89 yaşında) |
Vəfat yeri | Neapol |
Milliyyəti | İtalyan |
Fəaliyyəti | rəssam, memar |
Stil | barokko |
Hamisi | XIII Papa Benedikt |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktəFrançesko Solimena Avellino yaxınlığında, Kanal di Serinoda rəssam ailəsində anadan olmuşdu. Onun ilk müəllimi atası idi. 1674-cü ildə Françesko ömrünün böyük hissəsini keçirdiyi Neapola gəldi. 1702-ci ildə Monte Kazzinoda bir il keçirdi, və 1700 və 1707-ci illərdə Romada yaşadı. Neapolda o, Franseska di Mariya ilə birgə çalışırdı. 1723 və 1728-ci illərdə Solimena Vyanada yaşadı. Burada o, Şahzadə və Komandan Yevgeni Savayskoqonun sifarişlərini hazırlayırdı. O, görkəmli, hörmətli adam və uğurlu rəssam idi, rəssamlıq onu zəngin etmişdi.
Bəzən Solimena arxitektual layihələr həyata keçirirdi, məsələn, o, özü Neapol Palazzo Via San Potitoda saray tikdirmişdi və o, San Nikola della Karitanın Neapolitan kilsəsinin fasadının müəllifi idi.
Onun 1674-cü ildən sonra Neapoldan nadir hallarda çıxmağına baxmayaraq dövrünün ən təsirli rəssamlarından biri idi. Onun rəssamları arasında Neapolitan janrı rəssamı Qaspare Travesti və Sebastyan Konça, Françesko de Mura və Avstriya Barokko rəssamları Daniyel Qran, Paul Troqer var idi.
F. Solimenanın əsərləri Sankt Peterburqun Ermitaj, Londonun Milli Qalereyası, Nyu Yorkda yerləşən Metropoliten, Parisdəki Luvr, Los-Ancelesin Paul Qetti, Vyananın İncəsənət Muzeylərində və Neapol, Minneapolis, Zalsburq, Ştutqart, Hyuston və başqa şəhərlərdəki muzeylərdə saxlanılır.
İşləri
redaktə- Məryəmin doğuşu (Nyu York, Metropoliten İncəsənət Muzeyo), 1690, kətan üzərində yağlı boya, 204.5 x 170.8 sm
- Qayda alleqoriyası (Sankt Peterburq, Ermitaj), 1690, kətan üzərində yağlı boya, 104 x 76 sm
- İsanın arzusu (Paris, Musée du Louvre) 1696-97, 75 x 65 sm
- Rebekka quyuda (Sankt Peterburq, Ermitaj), təxminən 1700, kətan üzərində yağlı boya, 72 x 63 sm
- XIV Lüdovikin alleqoriyası (London, Milli Qalereya), around 1700, kətan üzərində yağlı boya, 47 x 58.5 sm
- İmperator IV Karl (Neapol, Muzeo Nazionale di Kapodimonte), 1706-11, kətan üzərində yağlı boya, 180 x 130 sm
- Messalinanın ölümü (Los-Anceles, Paul Qetti Muzeyi), about 1708, kətan üzərində yağlı boya
- Yaqubun arzusu The dream of Jacob (Neapol, Kollezione Sanseverino), 1710, kətan üzərində yağlı boya, 112 x 140 sm
- Məsihin dirilməsi (Vyana, Belvedere), in 1720, 145.5 x 77 sm
- Avtoportret (Neapol, Muzeo Nazionale di Kapodimonte), around 1720, kətan üzərində yağlı boya, 129 x 114 sm
- Xeyirli hökumətin alleqoriyası (Rorau, Harrax Ailə Kolleksiyası), 1728-30, kətan üzərində yağlı boya, 95 x 63 sm
- Yudif Olofernesin başını insanlara göstərir (Vyana, İncəsənət Muzeyi, ), təxminən 1730, kətan üzərində yağlı boya, 105 x 130 sm
- Bakirə və uşaq (Rorau, Harrax Ailə Kolleksiyası), 1730, kətan üzərində yağlı boya, 99 x 76 sm
- Rebekka atasının evini tərk edir (Rorau, Harrax Ailə Kolleksiyası) to 1731, kətan üzərində yağlı boya, 156 x 126 sm
Xarici keçidlər
redaktə- Françesko Solimena onlayn
- Paul Qetti muzeyi: Françesko Solimena
- Scuola Media F. Solimena, Kanal di Serino.