Francesko Bartolomeo Rastrelli - Wikipedia
Françesko Bartolomeo Rastrelli (it. Francesco Bartolomeo Rastrelli; rus. Растрелли, Бартоломео Франческо; 1700[1][2][…], Paris[5] – 29 aprel (10 may) 1771[3][4], Sankt-Peterburq) — Rusiya vətəndaşlığını qəbul etmiş italyan memarı. Françesko Sankt-Peterburq şəhərinə gələndən sonra burada erkən Barokko stilində məşhur incəsənət nümunələri yaratmışdır. Sankt-Peterburq şəhərində yerləşən Qış sarayı və Çarskoe selo (rus. Ца́рское Село) kompleksində yerləşən Böyük Yekaterina sarayı memarın ən məşhur işlərindən hesab olunur.[6]
Françesko Bartolomeo Rastrelli | |
---|---|
it. Bartolomeo Francesco Rastrelli | |
Doğum tarixi | 1700[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 29 aprel (10 may) 1771[3][4] |
Vəfat yeri | |
Fəaliyyəti | memar |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFrançesko Bartolomeo Rastrelli 1700-cü ildə Fransanın paytaxtı Paris şəhərində memar ailəsində anadan olmuşdur. 1715-ci ildə atası və digər bir İtaliyalı memar olan Karlo Bartolomeo Rastrelli ilə birlikdə Rusiyaya gəlir. Gənc yaşlarında memarlığa böyük həvəs göstərən Françeskonun ən böyük arzusu İtaliya memarlıq incəsənəti ilə Moskva Barokko üslubunu birləşdirmək və bu iki memarlıq məktəbinin vəhdətindən yeni bir üslub formalaşdırmaq olur. Memarlıq fəaliyyətinin ilk illərində Sankt-Peterburq və ətraf ərazilərdə müxtəlif təyinatları binaların tikintisnə rəhbərlik etməyə başlayır, lakin Françeskoya özünü memar kimi təsdiq etməsi üçün ilk şansı 1721-ci ildə Boqdanın keçmiş qubernatoru Dmitri Kantemir üçün saray tikintisi üçün sifariş almaqla əldə edir.
Memar 1730-cu ildə ustad memarlıq ünvanını alır. Memarın ən son və önəmli işlərindən biri Sankt-Peterburq şəhərində inşa edilən Smolniy Monastırı olmuşdur. Ancaq 1762-ci ildə Çar I Yelizavetanın vəfat etməsi səbəbindən tikinti işləri yarımcıq dayandırılır. Vəfat edən çariçanın yerinə gələn II Yekaterina Barokko memarlığını sevməməsi səbəbindən Françesko Rastrelli memarlıq sənətin bıraxmalı olur. Memar həyatının qalan bölümünü inşaatı başladılmış saray və malikanələrin tamamlanması və dizayn işlərində çalışır. Eyni zamanda Françesko təqaüdə çıxdıqdan sonra İtaliyalı sənətkarlıq tacirləri ilədə əlaqələr yaratmışdır.
<
Məşhur sənət nümunələri
redaktəNo | Şəkil | Bina adı | Yerləşdiyi yer | İnşaat tarixi |
---|---|---|---|---|
1 | Rundāle Sarayı | Pilsrundāle, Bauska yaxınlığında Latviya |
1736–1740 1764–1767 | |
2 | Jalqva Sarayı | Jalqva Latviya |
1738–1740 1763–1772 | |
3 | Peterhof saray-park kompleksi | Peterhof, Sankt-Peterburq yaxınlığında Rusiya |
1747–1755 | |
4 | Peterhof Kilsə kompleksi | Peterhof, Sankt-Peterburq yaxınlığında Rusiya |
1747–1751 | |
5 | Müqəddəs Andrey kilsəsi | Kiev Ukrayna |
1748–1767 | |
6 | Smolnı kafedralı | Sankt-Peterburq Rusiya |
1748–1764 | |
7 | Vorontsov Sarayı | Sankt-Peterburq Rusiya |
1749–1757 | |
8 | Böyük Yekaterina sarayı | Çarın kəndi (Puşkin) Rusiya |
1752–1756 | |
9 | Ermitaj Pavilyonu | Çarın kəndi (Puşkin) Rusiya |
1749 | |
10 | Mariniski Sarayı | Kiev Ukrayna |
1752 1870 | |
11 | Stroqanov Sarayı | Sankt-Peterburq Rusiya |
1753–1754 | |
12 | Qış sarayı | Sankt-Peterburq Rusiya |
1754–1762 |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Arkitekter verksamma i Sverige. 2014.
- ↑ 1 2 Bartolomeo Francesco Rastrelli // Union List of Artist Names (ing.).
- ↑ 1 2 http://www.saint-petersburg.com/famous-people/francesco-rastrelli/.
- ↑ 1 2 Bibliothèque nationale de France Bartolomeo Francesco Rastrelli // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Sarabianov A. D. Bartolomeo Francesco Rastrelli // Encyclopædia Britannica (ing.).
- ↑ "Bartolomeo Francesco Rastrelli. Encyclopædia Britannica". 2015-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-01.