Fotoelektrik Effekt - Wikipedia
Fotoelektrik_effekt - Haqqında Məlumat
Fotoeffekt — işığın təsiri nəticəsində cismlərin özündən elektron verməsi. Bu hadisəni ilk dəfə dahi alman alimi Albert Eynşteyn kəşf etmiş və bu kəşfinə görə Nobel mükafatına layiq görülmüşdür.
Fotoeffekt qanunları fotoeffekt haqqında daha tam təsəvvür əldə etmək üçün qanunauyğunluqlardır.
Fotoeffekt işığın təsiri ilə metalın səthindən elektronların buraxilması hadisəsidir. Bu hadisə xarici fotoeffekt də adlandırılır. Daxili fotoeffekt — işığın təsiri ilə maddədə bağlı elektronların atomdan ayrılaraq sərbəst yükdaşıyıcıya çevrilməsidir.
-
İşıq kvantlarının təsirilə metal lövhədən elektronların qopması
Stoletov təcrübələri əsasında (xarici fotoeffekt üçün) müəyyənləşdirdiyi qanunauyğunluqlar bunlardır:
- Vahid zamanda katodun səthindən çıxan fotoelektronların sayı onun üzərinə düşən işıq seli ilə düz mütənasibdir.
- Katoddan qopan elektronların kinetik enerjisi düşən işığın tezliyi ilə düz mütənasib olub, işığın selindən asılı deyil.
- Hər bir maddəyə uyğun fotoeffektin qırmızı sərhədi mövcuddur.Fotoeffektin qırmızı sərhədi fotoeffekt yarada bilən minimal tezlikdir,kimi işarə olunur və şərtindən təyin olunur. Burada olub, Plank sabiti, isə elektronun metaldan çxması üçün lazım olan enerjiyə bərabər olan çıxış işidir. Bu üç nəticə bəzən fotoeffektin 1-ci, 2-ci, 3-cü qanunu da adlandırılır.
- İşığın təsiri nəticəsində elektronlar yalnız mənfi yüklə yüklənmiş katoddan buraxılır, lövhə mənbəyin müsbət qütbünə birləşdirilmişsə, fotoeffekt baş vermir.
- Katodun işıqlanması və elektronların buraxılması prosesi ani olaraq baş verir. Fotoeffekt hadisəsini işığın dalğa nəzəriyyəsinə əsasən keyfiyyətcə izah etmək olmadı. Eynşteyn 1905-ci ildə Plank-ın işıq kvantlarinın buraxilması haqqında olan ideyası əsasında fotoeffekt hadisəinin nəzəriyyəsini yaratdı və bu işə görə o, Nobel mükafatına layiq görüldü. Xarici fotoeffekt üçün Eynşteyn düsturu:
.
Yəni, udulan fotonun enerjisi elektronun metaldan qopmasına və onun kinetik enerjisinə çevrilir.
Vikianbarda Fotoelektrik effekt ilə əlaqəli mediafayllar var.
Mənbə
redaktə- A. Mehrabov və b., Fizika kursu Mmf 1982