Forma Yaddasli Xeliteler - Wikipedia
Forma yaddaşlı xəlitələr uyğun əməliyyatdan sonra temperaturun təsiri altında struktur çevrilmələri sayəsində öz əvvəlki formasını alır. Bu xəlitələr 8%-ə qədər uzanma deformasiyasını dəf edərək geri qayıda bilir. Temperatur aktivliyini nəzərə alaraq prosesin tezliyi 2Hs-dən böyük olmur.
Tərkibi
redaktəForma yaddaşlı materiallarda deformasiya mexanizminin əsasında geriyə dönə bilən termosərtlikli martensit çevrilməsi durur. Austenit tərkibli materialın deformasiyası zamanı o bir haldan digərinə - martensitə çevrilir. Bu materiallarda martensit yüksək termosərtliyə malikdir. Çevrilmə temperaturundan yuxarıda qızdırma zamanı əks proses baş verir, yəni martensitdə yaranan daxili gərginliklər, materialın strukturunu əvvəlki vəziyyətinə qaytarmağa çalışır. Keçid, deformasiyaya uğrayan kristal qəfəsin yenidən düzlənməsi ilə müşayiət olunur. Material öz əvvəlki formasını alır və soyuduqda yenidən martensitə çevrilməsinə baxmayaraq bu formanı saxlayır. Qəfəslərdə bu və ya digər istiqamətdə deformasiya zamanı ayrı-ayrı fazaların dənəciklərinin sərhəd səthləri boyunca yaranan sürtünmə nəticəsində histerezis effekti meydana gəlir. Histereze intervalı təxminən 10K-20 K arasında yerləşir və hər növbəti tsikldən sonra sürüşür.
Forma yaddaşına malik olan xəlitələr kimi Ti-Ni, Cu-Al-Ni, Cu-Zn-Al, Au-Cd və s. göstərmək olar. Martensitin austenitə çevrilməsi temperaturu bir başa xəlitənin kimyəvi tərkibindən, onun termiki və mexaniki emalından asılıdır. Bu temperatur həm otaq temperaturu, həm azot mayesində, həmçinin 150 °C-dən yuxarıda yerləşə bilər. Forma yaddaşlı xəlitələr martensit çevrilməsi ilə bağlı digər xassələrə (yüksək sərtlilik, yüksək plastiklik, enerjini cəmləmək) malik olurlar. Forma yaddaşlı xəlitələrin praktikada tətbiq üçün onlar əvvəlcədən lazımı formaya uyğun məşq olunurlar ki, temperaturun təsirindən xəlitədən hazırlanmış hissə bu formanı ala bilsin.
Mənbə
redaktə- Əliyev, R.R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, I hissə, 2012.427 s.