Fobiya - Wikipedia
Fobiya (yunanca φόβος — fobos (qorxu)) — təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşayiət olunan haldır. Tez-tez müşahidə edilirsə təşviş pozuntuları adlanan müxtəlif növ nevrozlar təzahürü kimi təyin edilir. Fobiya dayanıqlı şəkildə qorxunun yaranmasıdır. Onun çox sayda mənbələri vardır. Çox qəribə fobiyalar vardır: pelidofobiya — keçəllərdən qorxmaq, alektrofobiya — toyuqlardan qorxmaq, triskaidekafobiya — 13 rəqəmindən qorxmaq, fobofobiya — qorxmaq qorxusu və s.
Fobiya | |
---|---|
XBT-10-KM | F40, F40.9 |
XBT-9-KM | 300.20[1] |
OMIM | 608251 |
MedlinePlus | 000956 |
MeSH | D010698 |
Vikianbarda əlaqəli mediafayllar |
Göstəriciləri - ürək döyünməsi, baş gicəllənməsi, tərləmə, titrəmə, tənginəfəslik, ürək bulanması, əzələlərdə gərginlik, əllərin və ayaqların keyiməsi.
Üç yerə bölünür:
- 1.Aqorafobiya — küçə, meydan, bazar, teatr, kino, tünel və sair bu kimi yerlərdən qorxurlar. Çox vacib olduqda belə yerlərə ailə və dostları ilə gedirlər.
- 2.Spesifik fobiya — heyvanlardan (özü də təkcə yırtıcı yox, həm də ev heyvanlarından), yüksəklikdən, qapalı və açıq mühitlərdən, təyyarəyə və liftə minməkdən qorxurlar.
- 3.Sosial fobiya — daha çox ictimai yerlərdə yeməkdən, danışmaqdan və ya yazmaqdan, həmçinin ictimai nəqliyyatdan istifadə etməkdən, qonaq qəbul etməkdən, əl-ələ görüşməkdən qorxurlar.
Fobiyalar müxtəlif yaşlarda başlaya bilər. Geniş yayılmış əsəb pozuntularıdır: fobiyalardan əhalinin 15-18%-i əziyyət çəkir[2]. Fobiyaların aşkar edilməsində Zanqın özünüqiymətləndirmə təşviş cədvəli istifadə edilir.
Müalicəsi psixoterapiya yolu ilə mümkündür. Bəzən dərman preparatlarının köməyi ilə də müalicə oluna bilirlər.
Fobiyaların siyahısı
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Disease Ontology (ing.). 2016.
- ↑ "Təşviş pozuntuları: fobiyalar, panik hücumlar: əsas simptomlar, təşviş və fobiyalar testi, müalicə, psixoterapiya". 2010-08-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-31.