Fiziologiya Institutu Azerbaycan - Wikipedia
Fiziologiya_İnstitutu_(Azərbaycan) - Haqqında Məlumat
Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu. Abbas Mirzə Şərifzadə küçəsində yerləşir.
Fiziologiya İnstitutu | |
---|---|
Ölkə | |
Sayt | elm.az/az/physiology/ind… |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəAMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutu 1968-ci ildə keçmiş SSRİ EA Azərbaycan filialının Fiziologiya sektoru əsasında yaradılmışdır (Azərbaycan SSR Nazirlər Kabinetinin 21 fevral 1968-ci il tarixli 80 saylı qərarı). İnstitutun ilk direktoru akademik Abdulla İsmayıl oğlu Qarayev olmuşdur. Hazırda institut onun adını daşıyır.
Fəaliyyət istiqamətləri
redaktə- Orqanizmin inkişafının ekoloqo-fizioloji və biokimyəvi əsasları, şərti reflektor fəaliyyəti, analizator funksiyaların neyrofizioloji və neyrokimyəvi mexanizmləri, insan orqanizminin inkişafının və qocalmasının psixofizioloji və neyroendokrin qanunauyğunluqları.
- Azərbaycanın yüksək uzunömürlülük indeksinə malik olan regionlarında uzunömürlülərin tibbi-bioloji tədqiqi;
- Təbii mənşəli heroprotektorların fizioloji və biokimyəvi proseslərə təsiri;
- Prenatal ontogenezin müxtəlif dövrlərində stres faktorların təsirinə məruz qalmış baş beynin strukturlarında energetik mübadiləni tənzimləyən fermentlərin postnatal ontogenezdə fəallığının öyrənilməsi;
- Ağır metalların balıqların və siçovulların fizioloji göstəricilərinə təsiri;
- Sensor mərkəzlərin inkişafına hipoksiya və hipokineziyanın təsiri;
- Кütləvi istifadə edilən qeyri-ionlaşdırıcı elektromaqnit şüalanmalarının inkişafda olan orqanizmin redoks-homeostazına təsirinin öyrənilməsi;
- Sinir proseslərinin plastiki təminatinda monoaminergik sistemin iştirakının neyrofizioloji aspektləri;
- Qidanin zülal tərkibinin dəyişməsi fonunda toxumaların morfofunksional plastikliyi;
- Baş beyində strukturlararası qarşılıqlı əlaqələrin, sosial və şərti-reflektor davranışların və hüceyrələrin differensiasıyanın neyrofizioloji və neyrokimyəvi tədqiqi;
- Normada və müxtəlif funksional vəziyyətlərdə olan baş beynin inteqrativ sistemlərinin yaş xüsusiyyətləri;
- Tamamlanmış elmi-tədqiqat işlərinin araşdırılması, innovativ əhəmiyyətli nəticələrin üzə çıxarılması və təqdim edilməsi.
Tabeliyindəki qurumlar
redaktə- "Uzunömürlülüyün fiziologiyası" laboratoriyası
- "Təbii mənşəli heroprotektorların farmakologiyası" laboratoriyası
- "Ontogenezin biokimyası" laboratoriyası
- "Ekotoksikologiya" laboratoriyası
- "Mühit amilləri və analizatorların formalaşması" laboratoriyası
- "Hüceyrə metabolizminin fiziologiyası" laboratoriyası
- "Neyrofiziologiya" laboratoriyası
- "Hüceyrənin morfofunksional plastikliyi" laboratoriyası
- "İnteqrativ fəaliyyətin molekulyar əsasları" laboratoriyası
- "Görmənin fiziologiyası" yaradıcı qrupu
- "Kliniki neyrofiziologiya" laboratoriyası
- "Vivari" qrupu
- "İmmunofiziologiya və eksperimental transplantologiya" laboratoriyası