Firudin Bey Melik Aslanov - Wikipedia
Firudin_bəy_Məlik-Aslanov - Haqqında Məlumat
Firudin bəy Məlik Aslan bəy oğlu Məlik-Aslanov(az. Firudin bəy Məlik Aslan bəy oğlu Məlik-Aslanov; 15 iyun 1811, Tuğ, Dizaq mahalı, Qarabağ xanlığı – 8 iyun 1857, Tuğ, Şuşa qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası) — Qarabağ atlı alayının zabiti, mülkədar.
Firudin bəy Məlik-Aslanov | |
---|---|
Firudin bəy Məlik Aslan bəy oğlu Məlik-Aslanov | |
Doğum tarixi | |
Doğum yeri | Tuğ, Dizaq mahalı, Qarabağ xanlığı |
Vəfat tarixi | (45 yaşında) |
Vəfat yeri | |
Həyat yoldaşı | Mənsurə xanım |
Uşağı | Nəriman bəy |
Atası | Məlik Aslan bəy |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | hərbi qulluqçu |
Mükafatları |
Həyatı
redaktəFirudin bəy 15 iyun 1811-ci ildə Dizaq mahalının Tuğ kəndində anadan olub. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsinəndir.
Mədrəsə təhsili almışdı. Rus və şərq dillərini bilirdi.[1]
Çar ordusunda qulluq edirdi.[1]Kapitan rütbəsi vardı.[1]
Hərbi karyerası
redaktə- Firudin bəy Rusiya–Osmanlı müharibəsi (1828–1829) zamanı Qarabağ əyalətinin sakinlərindən yaradılmış 1-ci müsəlman (azərbaycanlı) süvari alayında xidmət etməyə başladı. Tərkibində azərbaycanlı əsgərləri olan briqadada Firudin bəy mühüm döyüş tapşırıqlarını uğurla yerinə yetirib və 1828-ci ildə Soğanlıq döyüşü zamanı Xertvis qalasının alınmasında birbaşa iştirak edib.
- 1834-ci ildə Polşada çar ordusunun tərkibində olarkən Firudin bəy atasının dostu feldmarşal Paskeviçlə rastlaşır. Paskeviç ona xeyli kömək edir.[1] Tarixçi Mir Mehdi Xəzani bu barədə yazır: "Bir növ ilə sərdar feldmarşal Varşavada olanda dəxi onu razılıqla yad etmiş və xatırlamış, oğlu kapitan Firudin bəyə o mükafata görə çox iltifat və mərhəmətlər eləmişdi".[1][2]
- 22 oktyabr 1835-ci ildə praporşik hərbi rütbəsini alıb.
- 28 oktyabr 1840-cı ildən poruçik.
- Döyüşlərdə igidliyinə və şücaət göstərdiyinə görə 1842-ci ildə Firudin bəy 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir.
- 2 fevral 1844-ci ildə ştabs-kapitan.
- 5 sentyabr 1855-ci ildə isə kapitan dərəcəsinə qədər yüksəlib.[1]
Ailəsi
redaktə- Həyat yoldaşı: Mənsurə xanım
- Övladı: Nəriman bəy (1855,Tuğ – ?)
- Atası Məlik Aslan bəy Dizaq mahalının son məliyi və naibi olmuşdu, həmçinin rus üsul-idarəsi dönəmində Zəngəzur mahalının da naibi kimi xidmət edirdi.[3]
Həmçinin bax
redaktəMükafatları
redaktə3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni (12.06.1842)[1][4]
Mənbələr
redaktə- Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. f.24. op.1. d.142. 4.l.42
- Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. f.69. оp.1. d.31. l.18
- Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. f.10. оp.1. d.135
- E.E. İsmaylov. Məlik-Aslanovların şəcərəsinə aydınlıq gətirilməsi, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, Üçüncü Buraxılış. Bakı, "Adiloğlu" nəşriyyatı, 2001, səh. 164–165 ISBN 9952-25-001-0
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 "Qarabağlı Hərbçilər" (PDF). www.millikimlik.az – Qasım Hacıyev, Ənvər Çingizoğlu, Bakı-Təknur-2011, səh. 188 ( (az.)). 2011. 2021-08-01 tarixində arxivləşdirilib (PDF).
- ↑ Qarabağnamələr. II kitab. Bakı: Yazıçı, 1981.
- ↑ "Дизакские мелики Карабаха - непростая история и судьба". — Историк Ризван Гусейнов, CBC TV Азербайджан.
- ↑ "Arxivlənmiş surət". 2024-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-14.