Fironlar Kanali - Wikipedia
Fironlar kanalı (dörd çarın kanalı[2], sonralar Trayan çayı) — Qırmızı dənizin Süveyş körfəzini Nil çayı ilə birləşdirən qədim hidrotexniki qurğunun şərti adı. Kanal e.ə. VIII əsrə qədər mövcud olmuş və Süveyş kanalı onun müasiri hesab olunur.
Fironlar kanalı | |
---|---|
Axdığı yerlər | Misir |
Giriş | Nil |
Mənsəb | Süveyş körfəzi |
Uzunluğu | təxminən 51 km[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Fars işğalına qədər və Əhəmənilər dövlətinin tərkibindəki dövr
redaktəQırmızı dənizlə Aralıq dənizini birləşdirmək ideyyası hələ qədim dövrlərdən mövcud olmuşdur. Aristotel məlumat verir ki, kanalın ilk qurucusu Sesostris olmuşdur[3]. Sesostris - əslində Qədim Misir fironlarının ümumiləşdirilmiş obrazıdır. Daha çox bu obrazda II Ramzes və III Senusert göstərilirdi. Aristotelə görə kanalın tikintisi yarımçıq qalmış, səbəb isə dəniz səviyyəsinin çay səviyyəsindən yüksəkdə olması idi. Strabon qeyd edir ki, məhs misirlilər çay suyuna dəniz suyunu qarışdırıb xarab etməkdən çəkinmişlər[4].
Firon I Setinin dövründən bizlərə Nil çayı ilə Böyük və Kiçik Acılı gölləri birləşdirən kanalların rəsmi gəlib çatmışdır. Kanalardan biri Nilin delta başlanğıcından bir qədər aşağıdan, digəri isə Bubastisdən şərqdən başlayırdı. Ehtimal olunur ki, sonraki dövrlərdə kanal istifadə olunmamış və tədricən qumla dolaraq yararsız vəzyyətə düşmüşdür[5].
Mən – Dara, böyük çar, çarlar çarı, çox tayfalı ölkənin çarı, bu dünyanın böyük çarı, Viştaspının oğlu, Əhəməni.
Çar Dara söyləyir: «Mən fars. Mən Misiri işğal etdim. Mən əmr verdim kanalı Pirava çayından çəksinlər, hansıki Misir torpaqlarında axır, dənizə qədər, hansıki Persiyaya qədər genişlənir. Sonra bu kanal çəkildi, hansıki mən istədim, və gəmilər Misirdən bu kanal ilə üzərək Persiyaya çatdılar, bu mənim iradəmlə oldu».
I Daranın Süveyş yaxınlığındakı daş kitabədə olan yazısı[6]
Herodota görə firon Nexonun zamanında yenidən Nil və Qırmızı dənizi birləşdirən kanalın çəkilişinə cəhd göstərilmişdir[7] Kanal "dörd günlük yol" uzunluğunda, eni isə iki triyeranın yanaşı asanlıqla üzə biləcəyi ölçüdə idi. Kanal çəkilişində 120 000 misirli tələf olmuş, ancaq kanalın çəkilişi orakulun öncəgörməsinə əsasən dayandırlmışdır: "kanalın tikintisi ancaq barbarların xeyirinə idi". Ehtimal olunur ki, kanalın çəkilişində daha çox yunanlar maraqlı idi[5].
E.ə. 525-ci il də Misir Əhəmənilər dövlətinin tərkibinə daxil edildi. Əhəməni çarı I Daranın zamanında Misirlə yanaşı Kiçik Asiyanın böyük bir hissəsi və Hindistana gedən ticari yol əhəmənilərin nəzarəti altında idi. I Dara ticarəti genişləndirmək məqsədi ilə kanalın çəkilişinə qərar verdi. Herodota görə Daranın göstərişi ilə yunan dənizçisi Skilak Hind çayı və Fars körfəzi sahilləri boyu üzərək sübüt etdi ki, Hindistanla Misir arasında bir-başa dəniz əlaqəsi mövcuddur.[8]. Aristotel, Strabon, Böyük Pliniy və Siciliyalı Diodora görə[1][9] farslar tikintidə uğursuzluğa düçar oldular (Herodot göstərir ki, I Dara ancaq II Nexonun lahiyyəsini həyata keçirmək istəyirdi)[7]. Arxeoloji tapıntılar isə bunun əksini sübüt edir: kanal yatağı boyunca çarın əmri ilə bir-neçə qranit daş kitabələr ucaldılmışdır. Kitabədə misir, qədim fars, elam və akkad dillərində məlumat yazılmışdır. Yaxşı saxlanılmış bu kitabələr müasir Süveyş kanalının tikintisi zamanı aşkar olunmuşdur. Ehtimal olunur ki, I Dara kanalın tikintisi zamanı II Nexonun çəkdiyi kanal yatağından istifadə etmişdir[5].
Ellinizm epoxası və roma Misiri
redaktəSonrakı əsrlərdə kanal yenidən yararsız hala düşmüş və II Ptolemey tərəfindən yenidən qurulmuşdur. Tel El-Masxutda, misir dilində yazılmış Pifom kitabəsində məlumat verilir ki, bu hadisə çarın altıncı hakimiyyət ilində baş vermiş. Yəni e. ə. 277-ci ildə.[10] Siciliyalı Diodora görə II Ptolemeyin mühəndisləri «dahiyanə şlüz» qurmuşlar.[9] Məhs bu şlüz hündürlüyün düşməsi problemini və çay suyunun şorlaşmasının qarşısını almışdır. Kanalın Qırmızı dənizə çıxışında Arsinoya limanı inşa olunmuşdur. Limanın adı II Ptolemeyin ikinci arvadı II Arsinoyanın şərəfinə adlandırılmışdır. Nil deltasının Peluziya yaxınlığındakı qolunun tədricən quruması nəticəsində kanal artıq VII Kleopatranın zamanında gəmiçilik üçün yararsız vəziyyətə düşmüşdür. Kanal yenidən roma imperatoru Trayanın zamanında bərpa olunmuş və artıq «Trayan çayı» adını almışdır»[11] (lat. fossa Traiana)[12].
Ərəb istilası dövrü
redaktəMisirin ərəblər tərəfindən işğalından sonra, 642-ci ildə Əmr ibn As tərəfindən kanal yenidən bərpa olunmuşdur və «Sadiqlərin Rəbbi kanalı» adını almışdır (ərəb. خليج أمير المؤمنين)[13]. Kanaldan daha çox Ərəbistan yarımadasını buğda ilə təmin etmək məqsədi ilə istifadə edirdilər. Ancaq 767-ci ildə kanal Abu Cəfər əl-Mansurun əmri ilə doldurulmuşdur. Məqsəd isə ticarət yollarını Ərəb xilafətinin mərkəzi hissələrinə yönəltmək idi. Məhs bu dövrdə xilafətin paytaxtı Ərəbistandan İraqa köçürülmüşdür.[13]
Osmanlı dövrü
redaktəKanalın əhəmiyyəti bir də təqribən 1000 il sonra üzə çıxdı. 1569-cu ildə Osmanlı İmperiyasının böyük vəziri Sokollu Mehmed Paşanın əmri ilə kanalın bərpası planı hazırlandı. Ancaq bu plan həyata keçirilmədi.[14]
Maraqlıdır
redaktə- Napoleon Bonapart Misir səfəri zamanı Süveyş yaxınlığında fironlar kanalını ziyarət etmişdir. Napoleon kanalı eni 25 tuaz və dərinliyi bir atlının asanca gizlənə biləcək yarğan formasında təsvir etmişdir.[15].
İstinadlar
redaktə- ↑ 1 2 Плиний Старший. Естественная история, VI, XXXIII, 165—166.
- ↑ Советская историческая энциклопедия. Суэцкий канал. том. 13
- ↑ Аристотель. Метеорологика, I, 14, 58.
- ↑ Страбон. «География» , II, 31.
- ↑ 1 2 3 "Комментарий к труду Плиния Старшего «Естественная история» на сайте «Библиотека Annales»". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-19.
- ↑ Книга I. Древний мир.Хрестоматия по истории международных отношений Arxivləşdirilib 2016-09-10 at the Wayback Machine Составитель Д. В. Кузнецов. Благовещенск. Благовещенский государственный педагогический университет. 2013. 122. s.476}}
- ↑ 1 2 Геродот. История (Геродот), II, 158—159 и IV, 42.
- ↑ Геродот. История, IV, 44.
- ↑ 1 2 Диодор Сицилийский. Историческая библиотека, I, 33.
- ↑ II Ptolemey e.ə. 285-ci ilə qədər atasının əlaqələndiricisi olmuş, e.ə. 283 və ya 282 ildən isə tək başına idarəçi olmuşdur.
- ↑ БСЭ3. Суэцкий канал.
- ↑ Кравчук, Александр (историк). Галерея римских императоров. Принципат. М. У-Фактория, Астрель, ОГИЗ. 2010. 512. Историческая библиотека. ISBN 978-5-271-26532-7, ISBN 978-5-9757-0496-2
- ↑ 1 2 "Корягин В., Мухаматулин Т. «Пушек гром и мусикия». 155 лет назад началось строительство Суэцкого канала. Публикация «Газеты. Ru»". 2017-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-25.
- ↑ Hindistana ən qısa yol-Süveyş kanalı Arxivləşdirilib 2016-09-14 at the Wayback Machine «Daşınmaz əmlak» jurnalı. 2014. № 50. səh:56-57.
- ↑ Наполеон. Воспоминания и военно-исторические произведения. М. СБА. 1994. 438. 704. Всемирная история. ISBN 5-87164-012-2