Fiqurniy Adasi - Wikipedia
Fiqurnıy adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir.
Fiqurnıy adası | |
---|---|
rus. Фигурный | |
Ümumi məlumatlar | |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
79°24′57″ şm. e. 92°12′28″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
Yerləşməsi
redaktəArxipelaqın şərqində yerləşir. Fiqurnıy adasından qərbdə Sredniy adası və Strela adası yerləşir. Şərqdə Vostoçnıy adası yerləşir. Əslində isə bu bir adadır. Onlar uzunluğu 9 km, eni isə 250 m olan bərzəxlə birləşir. Bununla belə bir çox xəritələrdə adalar ayrı göstərilir.
Təsviri
redaktəAypara formasına malikdir. Şərqdən qərbə uzunluğu 12 km, şimaldan cənuba isə 8 km təşkil edir. Eni ortalama 3 km təşkil edir. Adanın sahil xəttinin uzunluğu 45 km-dir. Adanın daxilinə doğru Slavnaya buxtası uzanır. Buxtada dərinlik 19 metrdir. Sahillərinin böyük hissəsi sıldırımdır. Burada hündürlük 3–5 m, buxta sahillərində isə 6–13 m təşkil edir. Adada dörd yüksəklik vardır: 16 metr (şimal-şərqdə), 21 metr (şimalda), 42 metr (qərbdə) və 49 (cənub-şərqdə). Buradan bir necə çay başlayır. Ərazi boyunca göllər səpələnmişdir. Onların çoxu şirinsuludur. Bitki örtüyü mamır və şibyələrdən ibarətdir.
Digər faktlar
redaktəAdanın qərb qutacağı — Makedonski burnu. Burun SSRİ qütb hidroqrafı A. P. Makedonskinin şərəfinə (1916–1973)[1] adlandırılmışdır.