Filosoflar Bagi - Wikipedia
Filosoflar bağı – Macarıstanın Budapeşt şəhərindəki heykəltəraşlıq kompozisiyasıdır.
Fəlsəfi bağ və ya Filosoflar bağı heykəltəraşlıq kompozisiyası Budapeştdə, Gellert dağında yerləşir. Bu heykəllər macar heykəltəraş və rəssam Nandor Vaqner tərəfindən yaradılmışdır. Kompozisiya dünyanın səkkiz ən böyük filosof və müdrikini təsvir edir. Onlardan beşi — İbrahim, Budda, İsa Məsih, Lao-tszı və Exnaton — mərkəzdə yerləşən və Yer kürəsini simvolizə edən metal sfera üzərində düşünürlər. Daha üçü — Mahatma Qandi, Bodhidharma və Assizli Fransisk — bir az uzaqda dayanırlar.[1][2][3]
1956-cı ildə fəal iştirak etdiyi antisovet Macarıstan qiyamının yatırılmasından sonra Vaqner İsveçə, oradan isə Yaponiyaya mühacirət edir və 1997-ci ildə orada vəfat edir. Heykəllər onun ölümündən dörd il sonra parkda quraşdırılıb.[4]
-
Filosoflar bağı ümumi görünüş
-
Assizli Fransisk tərəfdən görünüş
-
Filosoflar bağı qış vaxtında
Tanınmış mütəfəkkirlərin heykəlləri, üstəlik Dunay və şəhərin panoramik mənzərələri ilə sakit təpənin zirvəsi.[5]
İstinadlar
redaktə- ↑ "Garden of Philosophers: A Stroll along the Greatest Secrets". budapest.yourcityvisit.com (ingilis). 5-Avgust-2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5-Avgust-2024.
- ↑ Blázsovics, Lívia. "The Garden of Philosophy was inaugurated on Gellért Hill 20 years ago". PestBuda. 18-Oktyabr-2021. 4-Mary-2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5-Avgust-2024.
- ↑ "Philosophers' Garden". welovebudapest.com (ingilis). 1-Mart-2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5-Avgust-2024.
- ↑ "Filozófiai kert". kozterkep.hu (macar). 27-Oktyabr-2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5-Avgust-2024.
- ↑ "Haviszobor: a helyreállított Filozófiai Kert". fovarosi.blog.hu (macar). 5-Avgust-2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5-Avgust-2024.