Fillips Eyrisi - Wikipedia
Fillips əyrisi — inflyasiya və işsizlik arasında asılılığın mövcudluğu göstərən əyridir. Əyrinin ilkin variantını ilk dəfə Uilyam Fillips irəli sürmüşüdür. Fillips əyrisi iqtisad ədəbiyyatında qısamüddətli və uzunmüddətli olmaqla iki variantı mövcuddur. İlk dəfə Milton Fridmen tərəfindən irəli sürülən fikrə görə, inflasiya gözləntilərinin mövcudluğu səbəbi ilə işsizlik ilə inflasiya arasında əlaqə yalnız qısa müddətdə mümkündür. İnflasiya gözləntiləri uzun müddətdə faktiki inflasiya gözləntiləri ilə uyğunlaşacağı üçün uzun müddətdə işsizlik ilə inflasiya arasına əlaqə mövcud deyil və beləcə pul siyasətinin uzun müddətdə inflasiyanı yüksəldərək işsizliyi azaltmaq cəhdi alınmayacaqdır.[1]:
Fillips əyrisinin qısa tarixçəsi
redaktə1958-ci ildə Yeni Zellandiyalı iqtisadçı A.U.Fillips "Economica" adlı ingilis jurnalında "1861-1957-ci illər arasında Böyük Britaniyada nominal əməkhaqqının dəyişmə sürəti ilə işsizlik arasındakı asılılıq" adlı məqaləsini dərc etdirdi. Fillips bu məqalədə işsizlik səviyyəsi və əmək haqqı artım tempi arasında əks asılılığın mövcudluğunu sübut etdi. Ancaq, bizim anladığımız müasir mənada inflasiya və işsizlik arasında münasibəti göstərən Fillips əyrisini iqtisadçılar Pol Samuelson və Robert Solou "American Economic Review" jurnalında "Antiinflyasiya siyasətinin təhlili" adlı məqalə aşkar şəkildə ortaya qoydular. Bu məqalədə onlar ABŞ iqtisadiyyatı üçün də inflyasiya və işsizlik arasında analoji əks asılılığın mövcudluğu haqda xəbər verdilər. Onlar göstərdi ki, işsizliyin səviyyəsinin aşağı olduğu dövrlərdə iqtisadiyyat üçün yüksək inflyasiya və onun əksi xarakterik haldır.
Fillips əyrisinin ilkin variantı
redaktəFillipsin irəli sürdüyü münasibət işsizlik ilə inflasiya arasında deyil, nominal əmək haqqının artım tempi ilə işsizlik arasında olmuşdur. Digər bir nüans isə Fillipsin itəqdim etdiyi münasibət iqtisadi nəzəriyyə əsaslanmırdı. Əksinə, əlaqənin ilkin riyazi formasi tamamilə emirik mahiyyət daşımışdır. Daha sonralar iqtisadçılar bu əlaqənin statistik məlumatlara adekvatlığını artırmaq üçün nəzəri çərçivəsini işləyib hazırladılar. 1920-ci ildə iqtisadçı Irvinq Fişer Fillips tipli əlaqənin mpvcudluğunu qeyd etmişdi. Ancaq, Fliipsin original əyrisi əmək haqlarnın davranışlarını təsvir edirdi.[2]
Ənənəvi Fillips əyrisi nominal əmək haqqının artım tempi işsizlik arasında əlaqənin ilkin forması aşağıdakı kimi olmuşdur[3]:
Tənlik əməkhaqqı inflasiya artımı bildirmişdir. Aşağıda dəyişənin "artım tempi" ilə eyni mənalıdır. Əmək haqqı səviyyəsi bonus və digər mükafatları nəzərə almaqla bir işçi üçün düşən ümumi əmək xərcləridir. Burada istehsalatda çalışan əməyin əmək haqqısı nəzərdə tutulur çünki, bu xərclər şirkətlərin qiymət qərarlarında çox önəmli yer tututr.
Bu tənlik onu deyir ki, əmək haqqı artım tempi əmək haqqı trend artım tempi ilə yüksəldiyi halda, işsizlik səviyyəsi ilə aşağı düşür. funksiyası işsizlik ilə monoton artan funksiyadır. Çünki, əlaqənin mənfi olması səbəbi ilə, əmək haqqının azaldılması işsizliyin səviyyəsini artıracaqdır.
Bu tənlik haqda bir neçə mümkün izah mövcuddur. Əsas izahlardan biri budur ki, əmək haqqı qismən inhisar mühitində ikitərəfli danışıqlar yolu ilə müəyyən edilir: işsizlik səviyyəsi yüksəldiyi təqdirdə işçilərin bazar gücü zəifləyir və nəticədə işəgötürənin müqaviməti qarşısında işçilər əmək haqlarının artırılmasına az təzyiq göstərə bilirlər. Ona görə də işsizlik artığı zaman əmək haqlarının artım tempi aşağı düşür.
Ancaq hazırda anlaşılıan və istifadə edilən işsizlik ilə inflyasiya arasında Fillip əyrisi Samuleson və Solou tərəfindən aşkar formada irəli sürülmüşdür. Ona görə məqalənin davamında biz bu iki tədqiqatçının aşkar etdiyi Fillips tipli əyridən söz açacağıq.
Ənənəvi Fillips əyrisi
redaktəİnkişaf etmiş ölkələrdə bir çox iqtisadçılar inanırdılar ki, Fillipsin nəticələri inflasiya ilə işsizlik arasında daimi istiqrarlı asılllıq olduğunu bildirir. Ancaq bu iddia heç bir zaman empririk cəhətdən təstiqini tapa bilməmişdir. İqtisadi siyasət baxımından tətbiqi budur ki, monetar siyasətçilər aşağı işsizliyi təmin etmək üçün yüksək inflasiyaya imkan verə bilərlər, yəni inflasiya ilə işsizlik arasında seçim mövcuddur. Məsələn, monetar siyasət və/və ya fiskal siyasət iqtisadiyyatı yumuşaq siyasət vasitəsi ilə stimullaşdıraraq ümumi daxili məhsulu artıracaqdır. Fillips əyrisi üzrə hərəkət edərsək, bu inflasiyanın yüksəlməsinə və nəticədə aşağı işsizlik səviyyəsinə nail olmaq mümkün olacaqdır.
1970-ci illərdə bir çox inkişaf etmiş ölkələr staqflasiya kimi adlanan yüksək inflasiya və yüksək işsizlik ilə müşahidə edilən dövrü yaşaması və Fillips əyrisinə əsaslanan nəzəriyyələrin bu hadisənin baş verə bilməyəcəyini deməsi Fillips əyrisinə kəskin tənqidlərin olmasına səbəb oldu. Milton Fridman bu təndiqçilərin öncülərindən biri idi. 1968-ci ildə iqtisadçı Milton Fridmen "American Economy Review" jurnalında "Pul kredit siyasətinin rolu" adlı məqaləsində iddia edirdi ki, Fillips əyrisi yalnız qısa müddətli fenomendir, çünki, uzun müddətdə dövrdə işçilər və işəgötürənlər inflasiyanı nəzərə alaraq gözlənilən inflasiya qədər əmək müqavilələrində ödənişlərdə artım yaradacaqlar. Bu halda işsizlik yenidən öz səviyyəsinə qayıtmaq üçün yüksələcəkdir, ancaq indi daha yüksək inflasiya ilə. Bu onu göstərir ki, uzun müddətli dövrdə inflasiya ilə işsizlik arasında seçim yoxdur. Deyilənlərin praktiki əhəmiyyəti isə bundan ibarətdir ki, mərkəzi bank təbii səviyyədən aşağı işsizlik səviyyəsini hədəfləməməlidir.
Milton Fridmanın öz məşhur məqaləsində Fillips tənliyinə iki mühüm faktoru əlavə edə bildi. Birinci mühüm töhfə ondan ibrarət oldu ki, 1970-ci il staqflasiyasının izahında əhəmiyyətli rol oynayan işçilərin inflasiyanı izləməsi hipotezi (və ya gözlənilən inflasiya səviyyəsi, ) modelə daxil edildi. Buna gözləntilər-genişləndirilmiş əmək haqqı yeni Fillips əyrisi adlandırıldı
İnflasiya gözləntilərinin tənliyə daxil edilməsi onu bildirir ki, faktiki inflasiya səviyyəsi inflasiya gözləntilərini formalaşdıraraq inflasiyanın gələcək səviyyəsini daha yüksəldə bilər. Sonralar iqtisadçı Ceyms Tobin bu hadisəni "inflasiya inersiyası" adlandırdı, çünki cari inflasiya keçmiş zamandan qalan inflasiya impulslarını bildirir. Ədəbiyyatlarda Fillips tənliyində inersiyanın mövcudluğu həmçinin "adaptiv gözləntilər" hipotezi kimi izah edilir. Yəni, insanlar qiymətlər barədə gözləntilərini formalaşdırarkən keçmiş inflasiya təcrübələrini nəzərə alırlar.
İnflasiya gözləntilərinin tənlikdə nəzərə alınmasının digər bir səbəbi odur ki, bu həmçinin qiymət-əmək haqqı əlaqəsini də nəzərə alır. Daha dəqiq desək, işəgötürənlər mənfəəti qorumaq üçün qiymətləri qaldırırlar, işçilər isə real əmək haqlarını qorumaq üçün inflasiyanı izləyirlər. Tənlikdə λ parametri (istənilən zaman kəsiyində sabit oluğu fərz edilir) işçilərin real əmək haqlarında azalmanı qoruyaraq gözlənilən inflasiya ilə əmək haqlarında yüksəlmənin dərəcəsini göstərir. Fərz edilir ki, uzun müddətli dövrdə bu paramatr vahidə bərabərdir. Yəni ki, uzun müddətli dövrdə işçilər birə-bir inflasiya ilə əmək haqlarının yüksəldilməsi üçün təzyiq edəcəklər.
Fridmanın Fillips əyrisinə ikinci mühüm töhfəsi "təbii səviyyə" hipotezini irəli sürəməsidir. BU hipotezi müdafiə edən Fridman və digər iqtisadçılar iddia edirdilər ki, inflasiyanın yüksəlməsi və düşməsi faktiki işsizlik səviyyəsinin potensial və ya digər bir ifadə ilə iqtisadiyyatın uzunmüddətli dövrdə "can" atdığı işsizlik səviyyəsinindən harada yerləşməsindən asılı olaraq baş verəcəkdir. Yəni, bu uzun müddətli dövrdə inflasiyanı sürətləndirməyən təbii işsizlik səviyyəsidir (İSTİS, ing.:NAİRU).
- [1]
Burada inflasiya səviyyəsini, faktiki işsizlik səviyyəsini, - İSTİS potensial işsizlik səviyyəsini, gözlənilən inflasiya səviyyəsini və isə inflasiya şoklarını bildirir. Əgər olarsa, inflasiya sürətlənəcəkdir. Həmçinin, əgər , inflasiya zəifləyəcəkdir. Fərz edilir ki, , yəni, , olduqda ifadəsi tənlikdən düşür.
Bəzi ədəbiyyatlarda işsizlik ilə ÜDM arasında yüksək korrelasiya səbəbi ilə tənlik aşağıdakı formada yazılır və məcmu təklif əyrisi adlanır.
Burada real faktiki ÜDM-i, isə real ÜDM-nin potensial səviyyəsini bildirir. Yuxarıdakı tənlikdən fərqli olaraq artıq burada işsizlik ilə ÜDM əvəzlənərək, məcbur buraxılış kəsrinin inflasiyaya təsirini üzrə çıxarmağa çalışır. Həmçinin, əvəzlnmə baş verərəkən artıq əlaqə də müsbət yöndə dəyişmişdir. Yəni ki, əgər faktiki real ÜDM potensialdan yüksəkdirsə o zaman istehsal vasitələri yükələcək və inflasiya prosesi yaradacaqdır.
Yuxarıda qeyd edilən bütün fikirlər və tədqiqatılar qısa müddətli və uzun müddətli Fillips əyrisini ayırmağa imkan verdi.
Qısamüddətli Fillips əyrisi
redaktəBir çox iqtisadçılar artıq Fillips əyrisini sadə olması səbəbilə original formasında istifadə etmir. Ancaq Fillips əyrisinin inflasiya gözləntiləri nəzərə alınan forması hal hazırda da təsirli alət kimi istifadə edilir. 1970-ci illərdə staqflasiya təcrübəsi Milton Fridman tərəfindən "təbii səviyyə" və rasional gözləntilər hipotezlərini ortaya qoyuldu və bu yeniliklər nəzəriyyədə işsizlik səviyyəsinin inflasiyaya qısamüddətli və uzunmüddətli dövrdə təsirini ayrılmasına səbəb oldu. Fridmanın Fillip əyrisinə gətirdiyi dəyişikliklər qısa müddətli Fillips əyrisini "gözləntilər-genişləndirilmiş Fillips əyrisi" adlanmağa başlandı.
Gözləntilər-genişləndirilmiş Fillips əyrisinin standart tənliyini aşağıdakı kimi yaza bilərik:
Qısa müddətdə agentlərin inflasiya gözləntiləri qeyri mükəmməl olduğundan və qiymətlər müqavimətli olduğundan qısa müddətdə işsizlik ilə inflasiya arasında seçim mövcuddur. Məsələn, əgər olarsa, yəni faktiki işsizlik “təbii” işsizlikdən aşağı olarsa tələbin yüksək olması səbəbi ilə inflasiya sürətlənəcəkdir. Həmçinin, əgər , əks proseslə inflasiya zəifləyəcəkdir.
İnflyasiya gözləmələri iqtisadi agentləri qiymətlər, əmək haqqının səviyyəsi, nisbi qiymətlər barədə təsəvvürlərinə təsir göstərir. Beləliklə, inflyasiya gözləmələri qısamüddətli məcmu təklif əyrisinin vəziyyətini müəyyən edən amillərdən biridir. Qısamüddətli dövrdə inflyasiya gözləmələrinə əvvəldən verilmiş kimi münasibət bəsləyirlər. Əgər təklif dəyişmirsə, məcmu tələb əyrisi yerini dəyişir və iqtisadiyyat verilmiş qısamüddətli məcmu təklif əyrisi boyunca yerdəyişmə edir. Deməli, pul-kredit siyasətində dəyişikliklər qısamüddətli dövrdə məhsul buraxılışı, qiymətlər, işsizliyin səviyyəsi və inflyasiyanın sürətinin qəfil dəyişiklərinə gətirib çıxarır. Lakin pul təklifinin artırılması yolu ilə qəfil inflyasiyanı əmələ gətirməsi qabiliyyəti yalnız qısamüddətli dövrdə mövcuddur.
Bəziləri fərz edir ki, vahid əmək xərci (artımı) gULC təklif şoklarını tutmaq üçün tənliyə əlavə edilməlidir. Bu standard qısa müddtıi Fillips əyrisini verir bizə:
İqtisadçı Robert J. Gordon bu tənliyi "Üçbucaq model" adlandırıb çünki, bu tənlik 3 faktorlara qısa müddətli inflasiya davranışı izah etməyə çalışır: tələb inflasiyası (aşağı işsizlik səviyyəsi ilə), təklif şokları inflasiyası , və inflasiya gözləntiləri və ya inersia inflasiyası.
Uzunmüddətli Fillips əyrisi
redaktəUzunmüddətli dövrdə, belə fərz edilir ki, inflasiya gözləntiləri faktiki inflasiyanı yaxalayacaq və beləliklə olacaqdır. Bu uzun müddətli gözləntilər tarazlığını bildirir. Bu korreksiyanın bir hissəsi faktiki inflasiyaya gözləntilərin adaptasiyası hesabına baş verə bilər. Digəri isə digər faktlar işiğında insanlar iqtisadiyyat üçün yürütdükləri təxmin hesabına ola bilər (bu daha sonralar rasional gözləntilər ideyasını ortaya qoydu).
Uzun müddətdə bu o deməkdir ki, monetar siyasət işsizliyə təsir edə bilməz, çünki, faktiki işsizlik "təbbii səviyyə"nə geri döndüyü üçün monetar siyasətin davranışları real iqtisadiyyata neytral olacaqdır. Ancaq, monetar siyasətin uzun müddətli "neytrallığı" qısamüddətli fluktuasiyaların olmasına imkan verir və beləcə monetar siyasətiçilərə daimi olaraq qısa müddətdə inflasiyanı qaldıraraq müvəqqəti işsizliyi azaltmağa imkan verir. Gözləntilər tarazlığı bizə uzun müddətli Fillips əyrisini verir.:
Bu qısamüddətli Fillips əyrsinin üfüqi formasından başqa bir şey deyil. Əgər parametri vahiddən kiçik olduğu senariya baxarsaq, işsizlik düşdükdə inflasiya yüksəlir. Yəni, aşağı səvivyyəli işsizlik ( -dən aşağı) qısa müddətli dövrlə müqayisədə uzun müddətli dövrdə daha yüksək inflasiya ilə nəticələnəcəkdir. Bu ona görə baş verir ki, faktiki yüksək inflasiya vəziyyəti qısa müddətdə inflasiya gözləntilərini qidalandırır, nəticədə isə gələcək dövr üçün inflasiyanı yüksəldir. Eynilə, yüksək işsizlik dövründə ( -dan yüksək olduğu dövrdə) aşağı inflasiyaya səbəb olur. Bu həmçinin aşağı inflasiya gözləntilərini formalaşmasına səbəb olduğu üçün nəticədə inflasiya yenidən düşür.
Bu məntiq daha da irəliyə aparasaq, əgər vahidə bərabər olduqda, yəni, əgər işçilər özlərini gözlənilən inflasiyadan tamamilə qoruya biləcəksə üçbucaq model tənliyi aşağıdakı kimi olacaqdır:
Bundan əlavə uzunmüddətli dövrdə təklfi şoklarının baş vermədiyini fərz edərsək, o zaman tənlik aşağıdakı kimi sadələşəcəkdir:
onu bildirir ki, .
Bütün fərziyyələr onu bildirir ki, uzun müddətdə yanız bir cür işsizlik səviyyəsi mövcuddur . Bu xüsusilik iqtisadçıların nəyə görə bunu "təbii" işsizlik səviyyəsi adlandırdığını izah edir.
Yuxarıda deyilən fərziyyələr onu deməyə əsas verir ki, uzunmuddətli dövrdə iqtisadi agentlərdə tərəfindən təsbit edilən inflyasiyanın sürəti haqqında müəyyən gözləmələr yaranır. Gözləmələr əmək haqqı və qiymətlər son nəticədə qiymətlərin artım sürəti ilə uyğunlaşır, uzunmüddətli məcmu təklif əyrisi şaqulidir. Bu halda misal üçün pul təklifinin səviyyəsi ilə meydana çıxan məcmu tələbdəki dəyişikliklər iqtisadiyyatda istehsal olunan əmtəə və xidmətlərin həcminə təsir göstərmir. M.Fridmen və E.Felps belə bir nəticəyə gəldilər ki, uzunmüddətli dövrdə işsizlik öz təbii səviyyəsinə qayıdır.
Yeni klassik forma
redaktəFillips əyrisi tənliyi (qısamüddətli) Lukas məcmu təklif tənliyindən də əldə etmək mümkündür. Lukasın (1973) yanaşması klassik yanaşmadan tamamilə fərqlidir. Lukas empirik məlumatdan başalamaq əvəzinə sadə iqtsiadi prinsipləri ehtiva edən nəzəri modellə başlayır.
Məcmu təklif tənliyindən başlayaq:
Burada Y faktiki məcmu buraxılışın loqarifmiq formasıdır, məcmu buraxılışın təbii səviyyəsinin logarifmik forması, müsbət konstanta, isə faktiki qiymət səviyyəsinin loqarifmik forması, və isə gözlənililən qiymət səviyyəsinin loqarifmik formasıdır. Lukas fərz edirki, xüsusi bir dəyəri vardır.[4]
Bu tənlik onu bildirir ki, agentlərin gələcək inflasiya gözləntiləri tamamilə dəqiq və doğrudursa, o zaman fakttiki qiymət səviyyəsi və gözlənilən qiymət səviyyəsi bərabərləşir və sonuncu ifadə tənlikdən düşür, beləcə faktiki buraxılış real ÜDM-nin təbii adlanan (potensial) səviyyəsinə bərabər olur. Bu o deməkdir ki, Lukas məcmu buraxılış əyrisində faktiki ÜDM-nin potensial ÜDM-dən kənarlaşmasına – və faktiki işsizliyin təbii işsizlikdən kənarlaşması- yeganə səbəb qeyri-dəqiq inflasiya gözləntiləridir.
Bu fikir Fillips əyrisindən fərqlənir, belə ki, məcmu buraxılışın təbii səviyyəsini çata bilməmə kimi bazarların qeyri mükəmməl və ya natamamlığı, qiymətlərin gecikməsi kimi səbəblər göstərilir. Lukas olmayan fikrə görə isə, qeyri dəqiq gözləntilər məcmu buraxılışın kənarlaşmasına səbəb ola bilər, ancaq bu yalnızbaşına səbəb ola bilməz. Lukasın yeni klassik davamçıları, bazarların hər zaman mükəmməl və tarazlıqda fərz edirlər ( inflasiya gözləntiləri verilməsi şərti ilə).[5]
Tənliyi aşağıdaki kimi çevirmək olar:
Daha sonra, dünya təklifində gözlənilməyən ekzogen şokları daxil edirik:
Keçmiş dövrün qiymət səviyyəsini çıxdıqda bizə inflasiya səviyyəsini verəcəkdir, çünki,
- və
Burada və uyğun olaraq inflasiya və inflasiya gözləntiləridir. Burada həmçinin buraxılış ilə işsizlik arasında mənfi əlaqə mövcuddur ( Okun qanunu). Ona görə aşağıdakı kimi yaza bilərik,
Burada müsbət konstanta, işsizlik, və isə işsizliyin təbii səviyyəsi, sonda biz qısa müddətli Fillips əyrisinə gəlib çıxdıq:
Bu tənlik, bizə inflasiya ilə işsizlik arasında aşağıya doğru yönəlmiş əmsallı əyrini verəcəkdir. Beləliklə Lukasın fərqli hipotezləri ilə də Fillips əyrisini əldə etmək mümkündür.
Yeni Keynes tipli Fillips əyrisi (YKFƏ)
redaktəÜmumi tarazlıq modelləri və biznes tsiklləri istiqamətində aparılan bir sıra əhəmiyyətli tədqiqat işləri (Lucas 1972,1973; Kydland and Prescott 1982; Long və Plosser 1983; Clarida, Galí; və Gertler 1999) inflasiyanın qeyri-mükəmmək monopolistik bazarlarda marjinal xərc üzərindən formalaşdığını ortaya qoydu. Həmçinin, Lukas (1972, 1973) tərəfinən rasional gözləntilər hipotezinin ortaya atılması Fillips əyrsinin ciddi dəyişlikliyə və modeifikasiyaya səbəb oldu. Daha sonralar yeni Keynes tipli Fillips inflasiya tənliyi DSGE modellərində də geniş şəkildə istifadə edilməyə başlandı [6][7]
YKFƏ qeyi-mükəmməl monopolistik rəqabət nəzəri çərçivəsində qurulub. Belə ki, model fərz edir ki, qiyməti təyin edilən mallar mənfəətini maksimallaşdıran monopoliya tərəfindən istehsal edilir. Həmçinin, monopolist mallar üçün qeyri mükəmməl əvəzedicilər mövcud ola bilər, yəni ki, əmtəə üçün tələb şirkətin yalnız öz qiymətindən deyil həmçinin, o əmtəəni əvəzləyə biləcək malların qiymətindən də asılıdır. Digər bir fərziyyə isə budur ki, monoplistik rəqabət olduğu üçün istehsalçı öz əmtəəsinin qiymətini təyin edərkən əvəzedicilərin qiymətini verildiyi kimi götürməsidir. Beləliklə, davamlı olaraq nominal qiymətlərini tənzimləyən monopolist qiyməti hal-hazırdakı marjinal gəlir və xərclərini bərabərləşdirəcək qədər təyin edəcəkdir və qiymət marjinal xərc üzərindən marja olacaqdır. Əgər nominal qiymətlər daimi olaraq korreksiya edilə bilinmirsə, o zaman, monopolist qiymətlərin təsbit olduğu dövr üzrə cari nominal qiyməti elə təyin edəcəkdir ki, bu qiymət marjinal gəlirin gözlənilən indiki dəyərini və xərcini bərabərləşdirsin.
İqtisadi ədəbiyyatda şirkətlərin qiymətləri mexanizmlərini izah etməyə çalışan müxtəlif modellər irəlli sürülmüşdür; bir çoxu qiymət korreksiya etmə imkanını ekzogen amil kimi götürülmüşdür. Bunlardan biri də Kalvo-tipli qiymət korreksiyasıdır ki, hər bir period, şirkət qiyməti müəyyən zaman intervalında qiymətin sabit olması ehtimalı ilə təyin edir. Kalvo-tipli qiymət korreksiyasından istifadə edərək Woodford (2003) göstərir ki [8], hər bir şirkət üçün xəttiləşdirilmiş optimal qiymət korreksiyası qaydasının cəmlənməsi cari və gözlənilən gələcək inflasiya və məcmu marjinal xərc üçün aşağıdakı ifadəni verir,
Burada, və parametrləri YKFƏ-nin struktur parametrləridir, həmçinin qiymət tənzimlənməsi ehtimalını , və isə təsadüfi xətalardır. Növbəti dövr inflasiya üçün mövcud gözləntilər şəklində verilmişdir. Təsadüfi dəyişən adətən şirkətlərin marjasına ekzogen şoklar kimi izah edilir. Tənliyi həll etdikdə aydın olur ki, cari və gözlənilən gələcək marjinal xərc bügünkü inflasiyanın əsas yarıdıcı səbəbləridir. YKFƏ modelinin klasik Fillips əyrisindəən fundamental fərqi bu idi ki, klassik yanaşmada tənlik adaptiv gözləntilər hipotezinə söykəndiyi halda YKFƏ rasional gözləntilər hipotezinə söykənirdi.
Hibrid model
redaktəYKFƏ modelinin empirik qiymətləndirmələr zamanı statistik məlumatlara adekvatlığı aşağı olması səbəbilə modelin yenidən təkminləşdirilməsinə ehtiyac olmuşdur. Buna səbəb kimi inflasiyanın marjinal xərcə nisbətən daha ətalətli davranış göstərməsini göstərirlər. Buna görə də iqtisadçılar, YKFƏ-ni təkminləşdirərək "gözəyarı qayda" qiymət tənzimləyicilərini, məsələn, inflasiya laqının (inersiyanın) modelə daxil edilməsini rəli sürüblər,
Beləcə yeni model YKFƏ və standard Fillips əyrisinin hibrid forması olur.
Siyasət əhəmiyyəti
redaktəMonetar siyasətin YKFƏ ilə inflasiyanı nəzarət edə bilməsi modelin əmsallarının nisbi ölçüsündən asılıdır. Belə ki, monetar siyasət inflasiyaya marjinal xərclər üzərindən təsir edir. Ona görə də marjinal xərcə olan əmsal nə qədər kiçikdirsə, monetar siyasətin inflasiyaya təsir gücü bir o qədər zəif olacaqdır. Daha kəskin senaridə, , inflasiya monetar siyasətdən tamamailə müstəqil proses sərgiləyir. İnflasiyanı azaltmağın “xərci” isə keçmiş və gələcək inflasiyanın əmsalllarının nisbi ölçüsündən asılıdır. Əgər inflasiyanın inersiyası böyükdürsə, o zaman inflasiya daha çox özünün keçmiş dəyərləri ilə təyin edilir və beləcə siyasət addımlarının inflasiyaya təsiri müəyyən zaman alacaqdır. Digər tərəfdən gələcək inflasiya əmsalının qiymətinin yüksək olması monetar siyasətin addımlarının inflasiyaya təsiri ani (tez) olacaqdır. Ona görə də monetar siyasətin effektivliyini ölçmək üçün tənliyin parametrlərini qiymətləndirməliyik.
İstinadlar
redaktə- ↑ Friedman, Milton (1968). "The role of monetary policy". American Economic Review 68 (1): 1–17.
- ↑ Irving Fisher. The Journal of Political Economy, Vol. 81, No. 2, Part 1 (Mar. - Apr., 1973), pp. 496-502. Reprint of 1926 article by Irving Fisher.
- ↑ Phillips, A. W. (1958). "The Relationship between Unemployment and the Rate of Change of Money Wages in the United Kingdom 1861-1957". Economica 25 (100): 283–299.
- ↑ Lucas (1973). "Some International Evidence on Output-Inflation Trade-offs". American Economic Review 63: 326–334.
- ↑ Lucas, R. E., Jr. (1972). "Expectations and the Neutrality of Money". Journal of Economic Theory 4 (2): 103–124.
- ↑ Clarida, Richard; Galí, Jordi; Gertler, Mark (1999). "The science of monetary policy: a New-Keynesian perspective". Journal of Economic Literature (American Economic Association) 37 (4): 1661–1707.
- ↑ Kydland, Finn E., and Edward C. Prescott. 1982. "Time to Build and Aggregate Fluctuations." Econometrica 50 (November): 1345–70
- ↑ Woodford, Michael. 2003. Interest and Prices. Princeton, N.J.: Princeton University Press.