Fikrimin Ince Gulu Sari Mersedes Film 1992 - Wikipedia
Sarı Mercedes— Tunc Okanın rejissoru olduğu, İlyas Salmanın baş rolda oynadığı 1992-ci ildə çəkilən Türkiyə filmi.
Sarı Mercedes | |
---|---|
fr. Mercedes mon Amour | |
Janr | komediya filmi, dram filmi |
Baş rollarda |
|
Bəstəkar |
|
İlk baxış tarixi | 1993, 25 may 1995[1] |
Müddət | 90 dəq.[2] |
Ölkələr | |
Dil | türk dili |
IMDb | ID0200637 |
Mövzu
redaktəOrta Anadoluda yaşayan Bayram adlı gənc bir az pul-para qazanmaq üçün Almaniyaya gedir. Yetim Bayram orda süpürgəçilik edir, əl-ayaq işlərinə baxır, yemir-içmir, pul toplayır, axırda qızıl sarısı bir "Mersedes" markalı avtomobil alır və təşər-təşər öz şəxsi avtomobili ilə üz qoyur vətəninə tərəf. Türkiyənin sərhəd qapısına dirənənə qədər Bayramın və sarı maşının başına heç nə gəlmir, amma sərhəddən içəri keçəndən sonra Bayramın qara saatları başlayır. Əvvəlcə maşınının burnundakı ulduzu oğurlayırlar, sonra tıxacda arxa stopunun şüşəsini qırırlar, daha sonra öndə gedən yük maşınının təkərindən çıxan daş sarı "Mersedes"in ön şüşəsinə dəyib yumruq boyda ağ ləkə əmələ gətirir. Lap axırda Bayramın yoluna kombayn çıxır və o sürətlə kombayna girməmək üçün maşını yoldan sapdırır, maşın dərəyə aşır. Bayramın "Balqız" adı verdiyi təzə avtomobil əzik-əzik, cırıq-cırıq olur, qırx ilin istismardan çıxarılıb qaraja atılmış maşınlarına dönür.
Filmdə bir detal qabarıq verilib. Bayram yol boyu irəlilədikcə hər 5–10 kilometrdən bir sağda, solda qəzaya uğramış maşınları görür və başını bulaya-bulaya deyir: "Bu nə məmləkət ya?"
Aktyorlar
redaktə- İlyas Salman — Bayram Ünal
- Valerie Lemoine — Kezban
- Savaş Yurttaş — Veli
- Saadet Gürses — Solmaz
- Serra Yılmaz — Gümrük memuru
- Menderes Samancılar — İbrahim
- Filiz Küçüktepe — Veli'nin Karısı
- Hakkı Kıvanç
- Hikmet Karagöz -Vapurdaki Garson
- Tuncay Akça — Otopark Kahyası
- Ferdi Akarnur — Gardaki adam
- ↑ Lexicon of international films (alm.). Zweitausendeins.
- ↑ IMDb (ing.). 1990.