Fikret Zergerli - Wikipedia
Fikrət İsmayıl oğlu Zərgərli (8 dekabr 1929, Bakı – 27 iyul 1984, Bakı) — tibb elmləri doktoru, professor. Respublikamızın tibb sahəsi milli kardiocərrahiyyənin banisi, Azərbaycanda ilk ürək cərrahiyyəsi məktəbinin yaradıcısı.
Fikrət Zərgərli | |
---|---|
Fikrət İsmayıl oğlu Zərgərli | |
Doğum tarixi | 8 dekabr 1929 |
Doğum yeri | |
Vəfat tarixi | 27 iyul 1984 (54 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | Tibb elmləri doktoru |
Elmi adı | professor |
Həyatı
redaktəF. Zərgərli 1929-cu ildə Bakı şəhərində anadan olub. Qısamüddətli xəstəlikdın sonra 1984-cü ildə vəfat edib.[1]
Təhsili
redaktə1947-ci ildə 6 №-li məktəbi gümüş medalla bitirib N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub, 1949-cu ildə isə İ. M. Seçenov adına Moskva Tibb İnstitutuna keçib və həmin tibb müəssisəsini fərqlənmə ilə bitirib.
Karyerası
redaktəBilik və savadına görə F. Zərgərlini Moskva Tibb İnstitutunun hospital cərrahiyyə kafedrasına dəvət etmişlər. Müvəffəqiyyətlə aspiranturanı bitirdikdən sonra o, 53 №-li Moskva şəhər xəstəxanasında təcili cərrahiyyə üzrə növbətçi cərrah kimi çalışırdı.
Daha sonra isə 1967-ci ildə F. Zərgərli öz fəaliyyətini A. L. Myasnikov adına Elmi Tədqiqatlar İnstitutunda ürək cərrahiyyəsi bölməsi rəhbəri vəzifəsində davam etdirdi.
1966-cı ildə bir qrup cərrahlarla könüllü olaraq zəlzələnin nəticələrini aradan qaldırmaq məqsədilə Daşkəndə yola düşmüşdü.
1968-ci ildə "Fallo kompleksinin cərrahiyyə müalicəsi" mövzusunda doktor dissertasiyasını müdafiə etdi. Həmin dissertasiya ən ağır və geniş yayılmış anadangəlmə ürək qüsurlarından birinə həsr olunub.
Azərbaycan SSR-in Səhiyyə Nazirliyinin dəvəti ilə 1976-ilin oktyabr ayında F. Zərgərli Bakıya qayıtmışdır.[1]
1978-ci ildən etibarən o, Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı oldu.[2] Nurəddin Rzayevin başçılığı Fikrət Zərgərli ilk dəfə ürək cərrahı kimi işə başlayıb.[3] Qısa bir müddətdə istedadlı alim Azərbaycanda nümunəvi cərrahi şöbə yaratmış, ürəyin ritm pozulmalarını, anadangəlmə və qazanılmış ürək qüsurlarının cərrahi üsulla müalicə metodlarını işləyib hazırlamışdır. Bu şöbə sonradan böyüyüb Respublika Kardiologiya Mərkəzinə çevrilmişdir.[4] Müxtəlif illərdə Moskva və Bakı şəhərlərində F. Zərgərlinin rəhbər etdiyi şöbələrdə açıq ürək üzərində 1500 əməliyyat aparılmışdır.
Elmi fəaliyyəti
redaktəO, məşhur akademik B. V. Petrovski tərəfindən aparılan dünyada ilk əməliyyatlardan sayılan ürək anevrizması əməliyyatında yaxından iştirak etmişdir. Həmçinin, o, 150-dən çox elmi əsərlərin, məruzə və məqalələrin müəllifidir. Fikrət həkim dəfələrlə Almaniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiya, Fransa və s. ölkələrdə "Ürəyin blokadasına" aid mövzularla simpoziumlarda çıxış edib.
İstinadlar
redaktə- ↑ 1 2 ""Ürək zərgəri"". Milli.Az (az.). 2015-12-08. İstifadə tarixi: 2024-10-03.
- ↑ "Professor Fikrət Zərgərli İsmayıl oğlu". Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (rus). 2024-07-16. İstifadə tarixi: 2024-10-03.
- ↑ musavat.com https://musavat.com/news/yasham/milli-hekimlerimize-guvenmek-lazimdir_56369.html (#bare_url_missing_title). İstifadə tarixi: 2024-10-03.
- ↑ "Tibb elminə böyük töhfələr vermiş kardioloq alimlərimiz". www.anl.az. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-03.