Ferdinand Barbedinni - Wikipedia
Ferdinand Barbedinni (fr. Ferdinand Barbedienne; doğum 10 yanvar 1810, Sent Martin-de-Fresnay, Kalvados - ölüm 21 mart 1882, Paris) — fransız karxanaçı və dəmirçi. Bürüncdən hazırladığı əsərləri ilə məşhurdur. Barbedinni Aşil Kolla ilə birlikdə heykəllərin nüsxələrini yaradan firma yaratmışdır. Firma 1200-ə qədər əsərin nüsxəsini yarada bilmişdi.
Ferdinand Barbedinni | |
---|---|
Ferdinand Barbedienne | |
Doğum tarixi | |
Doğum yeri | Sent Martin-de-Fresnay, Kalvados |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | Paris |
Dəfn yeri | |
Fəaliyyəti | mühəndis |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və karyerası
redaktəFerdinand Ferdinand Barbeddinin atası Kalvadosdan olan kiçik fermer olub. 1822-ci ilə kimi Paris kağız düzəldən məktəbdə şagirdlik edib. 1834-cü ilə kimi Barbedinni uğurlu divar kağızı istehsalçısı olub. Onun əsas məqsədi Antik və İntibah dövründən əsərləri yenidən istehsal etmək idi. O, karyerasına Parisdə divar kağızı satıcısı kimi başlayıb. 1838-ci ildə o, heykəllərin bürüncdən dəqiq miniatür surətlərini yarada bilən qurğu hazırlamış Aşil Kolla ilə əməkdaşlığa başladı. Onlar birlikdə Avropa üzərində muzeylərdən antik heykəllərin miniatürlərini satmaq biznesinə başladılar. Onların firmaları Kolla & Barbedinni adlanırdı və antik və müasir dövr heykəl nümunələrinin yenidən hazırlanmasına ixtisaslaşmışdır. Bu, incəsənətin məişətə daxil olmasını mümkün etdi. 1843-cü ildən onlar yaşayan rəssamların əsərlərini artıraraq öz hüdüdlarını genişləndirdilər və həmçinin minalanmış ev əşyalarını yaradaraq çeşidləri artırırdılar. 1870-ci ildə Fransa–Prussiya müharibəsinin başlaması ilə firma qısa müddətə metal çatışmazlığına görə artilleriya toplarının istehsalına başladı, amma sonra iş qaldığı yerdən bərpa edildi.
"The F. Barbedinni" zavodu Parisdə 1838-ci ildə Ferdinand Barbedinni və ilk mexaniki heykəl çevirənin ixtiraçısı olan Aşil Kolla tərəfindən yaradılıb. Onlar ilk növbədə Yunan və Roma mənşəli antik heykəllərin bürünc nüsxəsini istehsal etdilər. Onlar 1843-cü ildə həmin dövrdə yaşayan François Rudun əsərlərinin bürünc nüsxələrini hazırlamaq haqda onunla ilk müqavilələrini bağlayırlar. Bir çox rəssamı və zavodu müflis edən 1848-ci il maliyyə süqutu və inqilabı onlara da təsir etdi. Barbedinni David D'Angers, Yan Baptiste Klesinqer ilə razılığa gələn və hətta Anton Luis Barye və başqaları üçün şans yaradan Parisin bir çox heykəltəraşları ilə müqavilələr həyata keçirdi. 1850-ci ilə qədər firma həmçinin geniş çeşiddə dekorativ obyektlər hazırlayırdı: çilçıraqlar, vazlar və mebellər. 1850-1854-cü illərdə firma Parisdəki Hotel de Ville üçün İntibah üslubunda mebellər hazırladı. 1851-ci ildən firma beynəlxalq sərgilərdə müxtəlif medallar almağa başladı, bu medallara 1862-ci ildə Londona Beynəlxalq Sərgidə 3 nominasiyada qazandıqları medallar da daxil idi.
Aşik Kolla 1859-cu ildə vəfat etdi və Ferdinand Barbedinni firmanın yeganə sahibi oldu. Bu vaxt Parisdə 63 Rue de Lancry küçəsində yerləşən firmanın 300-dən çox işçisi var idi. Barbedinni 1865-ci ildə Bürünc İstehsalçılarının Birləşməsinin prezidenti təyin edildi və 1885-ci ilə qədər bu postda qaldı. 1870-ci ildə Fransa–Prussiya müharibəsinin başlanması ilə metal xammalının çatışmazlığı onların heykəltəraşlığı dayandırmasına gətirib çıxardı, lakin o, firmanın bağlanmaması məqsədilə artilleriya toplarının istehsalı üçün Fransa hökuməti ilə müqavilə bağladı. Müharibədən sonra o heykəllərin onun tökməsinə davam etdi və müxtəlif heykəltəraşlarla müqavilələr imzalamaq üçün daha çox səy göstərdi.
Barbedinni 1876-cı ildə Anton Luis Baryenin satışından 125 tökmə model alıb. O, bu heykəllərin çox uğurlu metaltökmə və satış nüsxələrini hazırladı. Ferdinand Barbedinni 21 mart 1892-ci ildə vəfat etdi və o, Per-Laşez məzarlığında dəfn edildi. onun ölümü bütün heykəltəraşlıq dünyasını kədərləndirdi. Albert Susse onun haqda "millətin qüruru" fikrini söyləmişdir. Ölümündən sonra firmaya rəhbərlik onun qohumu Qustab Leblanka keçdi və o da Barbedinninin yüksək standartlarını davam etdirdi. Barbedinninin minadan düzəldilmiş işləri ilk dəfə bu sərgidə nümayiş etdirilmişdir. Bu, 19-cu əsrdə Fransada minadan düzəldilmiş işlərin başlanğıcı edirdi. 1886-cı ildə o, Société d’Encouragement pour l’Industrie Nationale tərəfindən the Jean Goujon Qızıl Medalına layiq görüldü. Firma satış həyata keçirmək üçün Almaniya, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarında filiallar yaratdı. Leblank modellərin və məhsulların hüquqlarını Auquste Rodinin də daxil olduğu heykəltəraşlardan aldı, həmçinin Emmanuel Fremietin də daxil olduğu heykəlləri aldı. Firma 1952-ci ilədək Leblankın rəhbərliyi altında fəaliyyət göstərdi.[3] Firmada təxminən 1200 əsər yenidən hazırlanmışdı, onların arasında Mikelancelo, Luka della Robbia və Anton-Luis Baryenin də işləri var idi. Həmçinin firma tarixi əhəmiyyəti olan büstlər də hazırlayırdı.
-
Minotavrla savaşan Tesey, Deyton İncəsənət İnstitutu.
-
Çay tanrısı, Valters İncəsənət Muzeyi.
-
Təknədə oturmuş ayı, Valters İncəsənət Muzeyi.
-
Tazı, Valters İncəsənət Muzeyi.
-
Edip və Sfinks, Azərbaycan Milli İncəsənət Muzeyi.
İstinadlar
redaktə- ↑ Jouin H. La sculpture dans les cimetières de Paris (fr.). // Nouvelles archives de l’art français 1897. Vol. 3e série, tome 13. P. 117. ISSN 0994-8066; 2419-2465
- ↑ Moiroux J. Le cimetière du Père-Lachaise (fr.). Paris: 1908. P. 57.
- ↑ "Bronze Gallery". 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-15.