Felis Silvestris Caucasia - Wikipedia
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Qafqaz çöl pişiyi[2], və ya Qafqaz meşə pişiyi[3] (lat. Felis silvestris caucasica) — Çöl pişikləri növünə daxil olan yarımnöv. Əsasən Qafqaz və Türkiyə ərazilərində yayılmışdır.
Qafqaz çöl pişiyi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: ???: Qafqaz çöl pişiyi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Xüsusiyyətləri
redaktəQafqaz çöl pişikləri xarici görünüş baxımından Ortaavropa çöl pişiklərinə bənzəyirlər. Kütlələri 4-11 kq arasında dəyişir. Erkəkləri iri olmaqla yanaşı daha ağır çəkiyə sahib ola bilirlər. Erkəklərdə uzunluq 63—75 sm, dişilərdə isə 52—63 sm təşkil edir. Bu yarımnöv çöl pişikləri arasında ən iriləridir. Yumru başa və böyük cəzbediçi gözə sahibdirlər. Dişiləri cəlb etmək məqsədi ilə aşağı tonlu səslər çıxarırlar. Qış zamanı tükləri quru və uzun olur. Baş hissəsindən quyruğuna qədər qara zolaqların keçdiyi aşkar şəkildə görünür.
Arealı və yayılma şəraiti
redaktəQafqaz çöl pişiyi əsasən Qafqazın hündürlüyü 2500-3000 metr olan ərazilərində yayılmışlar.[4] Enliyarpaq meşələrin sıx sahələrində tənha həyat sürür. Əsasən gəmiriçilər, kiçik quşlar ilə qidalanır. Bəzən onlar özlərindən həcmcə böyük olan fazan, dovşan hətta cavan dırnaqlı məməliləri ovlaya bilirlər. Onlar insanların yaşadığı ərazilərdə fərdi təsərrüfatlara hücum edir və quşları ovlayır.[5].
Pişiklər üzmək xüsusiyyətinə malik olsa da, buna ehtiyac olmayınca suya girmirlər.
Çoxalması
redaktəÇütləşmə dövrü əsasən fevral-mart aylarına təsadüf edir. Boğazlıq dövrü 70 gün davam edir. Bir qayda olaraq üç bala verir. Dişi öz balalarını dörd ay müddətində südlə bəsləyir. Bununla belə öz balalarını daha tez ova alışdırır.
Qoruması
redaktəQafqaz çöl pişiyi Rusiyanın Qırmızı kitabına daxil edilmişdir.
İstinadlar
redaktə- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ Аристов А. А., Барышников Г. Ф. Млекопитающие фауны России и сопредельных территорий. Хищные и ластоногие (В серии: Определители по фауне России, издаваемые Зоологический институт РАН. Вып. 169). — СПб., 2001. — С. 408. — 560 с.
- ↑ Кавказская лесная кошка // Красная книга Российской Федерации. Том 1. Животные. — М.: АСТ, 2001. — С. 643—645. — 862 с. — ISBN 5-17-004878-5 [1] Arxivləşdirilib 2020-11-15 at the Wayback Machine
- ↑ Heyvanlar aləmi. "Çöl pişiyi" (rus). 2020-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-14.
- ↑ "Кавказская Лесная Кошка (Felis Silvestris)". 2012-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-14.