Federasiya Kompleks - Wikipedia
Federasiya (kompleks) (rus. Федерация (комплекс)) — Moskva Beynəlxalq Biznes Mərkəzində - Moskvada tikilmiş çoxmərtəbəli binaların kompleksidir. Şərq (rus. Восток) göydələni Sankt-Peterburqdakı Laxta Mərkəzindən sonra Avropanın ikinci ən yüksək tikilisi hesab edilir. Memarlıq layihəsi Serqey Çoban və Peter Şveqer ilə birlikdə hazırlanmışdır.
Federasiya | |
---|---|
Федерация | |
55°44′59″ şm. e. 37°32′13″ ş. u.HGYO |
|
Yeri | Presnenski rayonu[d] |
Tikilmə tarixi | 2003-2017 |
Status | Tikili |
Hündürlüyü | |
Dam |
242,4 m (Qərbi) 373,7 m (Şərqi) |
Texniki göstəriciləri | |
Mərtəbə sayı |
63 (Qərbi) 95 (Şərqi) |
Daxili sahəsi | 443 000 m² |
Lift sayı | 67 |
Hazırlayan | Serqey Çoban |
Xəritədə yeri | |
Emporis saytında məlumatlar və fotoşəkillər |
|
SkyscraperPage səhifəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Şərq qülləsi - 95 mərtəbəli göydələn. 2014-cü il noyabrın 25-də bu tikilinin ən yüksək göstəricisi 343 metrə çatdıqda Rusiyanın və Avropanın ən yüksək binası oldu. Monolitik çərçivənin tikintisi 9 dekabr 2014-cü ildə başa çatdırılmışdır.[1]
2015-ci ilin sonunda mühəndislik və şüşə işləri tamamlanır, tikinti tam olaraq isə 15 noyabr 2017-ci ildə başa çatmışdır. 2017-ci ildə Federasiya kompleksinin hündürlüyü 374 metrə çatmışdır.
"Şərq" (rus. Восток) qülləsi Yüksək mərtəbəli binalar və şəhərsalma üzrə Beynəlxalq Şuranın qərarına əsasən Avropanın ən yüksək göydələni kimi tanındı, lakin Sankt-Peterburqda Laxta-mərkəzi qülləsi (462 metr) tikildikdən sonra "Şərq" (rus. Восток) qülləsi ikinci ən yüksək tikili hesab edildi.[2].
Qərb qülləsi - 63 mərtəbəli bir tikili. Göydələnin hündürlüyü 242,4 metrdir.
Qərb (rus. Запад) qülləsinin ümumi sahəsi 442 915,2 kvadratmetrdir. Federasiya kompleksi ofis və mənzillərdən ibarətdir.
Tikinti müddəti
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Башню «Восток» в «Москва-Сити» введут в эксплуатацию летом 2016 года". 2014-12-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-22.
- ↑ "Самое высокое здание Европы теперь находится в Санкт-Петербурге. Новости. Первый канал". 2018-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-22.
Xarici keçidlər
redaktə- Rəsmi sayt
- Rəsmi inkişaf səhifəsi Arxivləşdirilib 2013-04-24 at the Wayback Machine