Fazil Memmedov Nazir - Wikipedia
Fazil Əsəd oğlu Məmmədov(28 mart 1964, Şamaxı – 4 noyabr 2022[1], İstanbul) — Azərbaycan Respublikasının ilk vergilər naziri (2000–2017), 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri (2015), Azərbaycan Otüstü Hokkey Federasiyasının prezidenti (2001–2015), Azərbaycan Güləş Federasiyasının prezidenti (2007–2018), Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti (2011–2021).
Fazil Məmmədov | |
---|---|
| |
11 fevral 2000 – 5 dekabr 2017 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Mikayıl Cabbarov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 mart 1964 |
Doğum yeri | |
Vəfat tarixi | 4 noyabr 2022[1] (58 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | böyrək çatışmazlığı[d] |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | iqtisadçı |
Uşağı | 3 |
Hərbi xidmət | |
Xidmət illəri | 1985–1987 |
Rütbəsi |
1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Polkovnik |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMəmmədov Fazil Əsəd oğlu 28 mart 1964-cü ildə Şamaxı rayonunda məmur ailəsində anadan olmuşdur. 1980-ci ildə Şamaxı rayonu Cəmo Cəbrayılbəyli adına 5 nömrəli orta məktəbi nümunəvi davranış və əla qiymətlərlə bitirmişdir. 1980-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə və kredit ixtisasına daxil olmuş, 1985-ci ildə məzun olmuşdur.
1985–1987-ci illərdə Ukraynada hərbi xidmətdə olmuşdur. Hərbi xidmət keçdiyi dövrdə "Hərbi xidmətdə fərqlənməyə görə" döş nişanı ilə təltif olunmuşdur.[2]
Çernobıl faciəsi veteranıdır. 1986-cı ildə Kiyev yaxınlığındakı Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzanın nəticələrinin aradan qaldırılmasında könüllü olaraq iştirak etmişdir. Burada vacib dövlət tapşırıqlarının yerinə yetirilməsində göstərdiyi yüksək şücaət və fədakarlığa görə Ukrayna Çernobıl Birliyi tərəfindən "Çernobıl Xaçı: Cəsarətli, Şərəfli, Humanist" ordeni ilə təltif olunmuşdur.[2]
2022-ci il noyabr ayının 4-də Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada böyrək çatışmazlığından vəfat etmişdir. 5 noyabr 2022-ci ildə Yasamal qəbiristanlığında dəfn olunmuşdur.[3]
Ailəli idi. 3 övladı var.
Fəaliyyəti
redaktə1987–1989-cu illərdə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri və Bakı Sənaye-Tikinti Bankının Əməliyyat İdarəsində iqtisadçı vəzifələrində çalışmışdır. 1989-cu ildən 1993-cü ilə qədər Maliyyə-Kredit texnikumunda müəllim, kafedra müdiri işləmişdir. 1993-cü ildə "Ünsal" Kommersiya Bankı İdarə Heyətinin sədri seçilmişdir. 1994-cü ildə Aqrar Sənaye Bankının Şəmkir şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1995–1999-cu illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin müavini və rəisi, həmin sahə üzrə Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışmışdır.[4]
1999-cu il iyun ayının 20-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edilmişdir.[5] 2000-ci il fevral ayının 11-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yaradılmış və Fazil Məmmədov Azərbaycan Respublikasının ilk vergilər naziri təyin edilmişdir.[6][7] 5 dekabr 2017-ci il tarixinə qədər bu vəzifəni icra etmişdir.[8]
2015-ci il fevral ayının 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilmişdir.[9]
2015-ci il iyun ayının 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən I Avropa Oyunlarında qazanılan yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə "Şöhrət ordeni" ilə təltif olunmuşdur.[10]
2016-cı il yanvar ayının 15-də müdafiə nazirinin əmri ilə ehtiyatda olan polkovnik hərbi rütbəsi verilmişdir.
2001–2015-ci illərdə Azərbaycan Otüstü Hokkey Federasiyasının prezidenti olmuşdur.[11]
2007–2018-ci illərdə Azərbaycan Güləş Federasiyasının prezidenti olmuşdur.[12]
2011–2021-ci illərdə Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti olmuşdur.[13]
Təltif və fəxri adları
redaktə- 2005-ci il noyabr ayının 18-də AHİK İcraiyyə Komitəsi tərəfindən Həmkarlar İttifaqı hərəkatında xidmətinə görə "Yubiley medalı" ilə təltif olunmuşdur.
- 2006-cı il yanvar ayının 30-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən "Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə" döş nişanı ilə təltif olunmuşdur.
- 2008-ci il iyun ayının 30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən "Azərbaycan Polisinin 90 illiyi" yubiley medalı ilə təltif olunmuşdur.
- 2008-ci il sentyabr ayının 26-da Azərbaycan Respublikası Prokurorluğu tərəfindən "Azərbaycan Respublikası Prokurorluğunun 90 illiyi" yubiley xatirə medalı ilə təltif olunmuşdur.
- 2008-ci il noyabr ayının 20-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən "Azərbaycan Ədliyyəsinin 90 İlliyi Xatirə Medalı" ilə təltif olunmuşdur.
- 2009-cu il mart ayının 26-da Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919–2009)" yubiley medalı ilə təltif olunmuşdur.
- 2009-cu il avqust ayının 17-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919–2009)" yubiley medalı ilə təltif olunmuşdur.
- 2009-cu il sentyabr ayının 20-də SOCAR tərəfindən Azərbaycan Respublikasında neft-qaz sənayesinin inkişafında xidmətlərinə görə "Əsrin Kontraktı – 15 il" xatirə medalı ilə təltif olunmuşdur.
- 2010-cu il fevral ayının 11-də Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" yubiley medalı ilə təltif olunmuşdur.
- 2012-ci il yanvar ayının 26-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992–2012)" yubiley medalı ilə təltif olunmuşdur.
- 2013-cü il fevral ayının 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən "AHİK-20 il" yubiley döş nişanı ilə təltif olunmuşdur.
- 2013-cü il iyun ayının 25-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən "Azərbaycan Polisinin 95 illiyi (1918–2013)" yubiley medalı ilə təltif olunmuşdur.
- 2014-cü il mart ayının 14-də Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919–2014)" yubiley medalı ilə təltif olunmuşdur.
- 2017-ci il yanvar ayının 12-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992–2017)" yubiley medalı ilə təltif olunmuşdur.
- 2017-ci il mart ayının 17-də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007–2017)" yubiley medalı ilə təltif olunmuşdur.
- 2002-ci il sentyabr ayının 6-da Ukrayna Dövlət Vergi Administrasiyası tərəfindən 4-cü dərəcəli "Qızıl Qılınclı Müqəddəs Qalib Georgi" ordeni ilə təltif olunmuşdur.
- 2003-cü il noyabr ayının 1-də Ukrayna Dövlət Vergi Administrasiyası tərəfindən "Ukrayna DPA-nın Fəxri Adı" döş nişanı ilə təltif olunmuşdur.
- 2005-ci il yanvar ayının 26-da Ukrayna Çernobıl Birliyi tərəfindən VQO seriyalı "Çernobıl Xaçı: "Cəsarətli, Şərəfli, Humanist" ordeni ilə təltif olunmuşdur.
- 2008-ci il noyabr ayının 13-də Ukrayna Dövlət Vergi Administrasiyası tərəfindən "Vergi orqanlarına köməyinə görə" döş nişanı ilə təltif olunmuşdur.
- 2008-ci ildə Beynəlxalq Güləş Federasiyası tərəfindən dünya güləş növlərinin inkişafı istiqamətində göstərdiyi xidmətlərinə görə təşəkkürnamə ilə təltif olunmuşdur.
- 2010-cu il aprel ayının 12-də Rusiya Federasiyasının İctimai Mükafatlar Komitəsi tərəfindən "65 illik Zəfər Ordeni" ilə təltif olunmuşdur.
- 2015-ci il iyun ayının 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən I Avropa Oyunlarında qazanılan yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə "Şöhrət ordeni" ilə təltif olunmuşdur.[10]
- 2016-cı il sentyabr ayının 20-də MDB ölkələrində vergi xidmətlərinin möhkəmlənməsi və inkişafı istiqamətlərində göstərdiyi xidmətlərə görə MDB ölkələrinin İcraçı Komitəsi tərəfindən "Fəxri Fərman" ilə təltif olunmuşdur.
- 2016-cı il oktyabr ayının 7-də Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsi tərəfindən "Gəlirlər Komitəsinin yubiley medalı" ilə təltif olunmuşdur.
- Bakı Nobel İrsi Fondu tərəfindən medalla təltif olunmuşdur.
İstinadlar
redaktə- ↑ 1 2 Azerbaijan's former Minister of Taxes dies in Turkiye.
- ↑ 1 2 "525-ci Qəzet - "Bir mən vardır məndə məndən içəri..." Səadət Əliyeva yazır". 525.az. 2022-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-17.
- ↑ "Fazil Məmmədov dəfn olunub". Apa.az (az.). 2022-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-11.
- ↑ "85 - F. Ə. Məmmədovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilməsi haqqında". e-qanun.az. 2022-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-10.
- ↑ "141 - Fazil Əsəd oğlu Məmmədovun Azərbaycan Respublikasının Baş Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edilməsi haqqında". e-qanun.az. 2022-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-10.
- ↑ "281 - Azərbaycan Respublikası Vergilər Nazirliyinin yaradılması haqqında". e-qanun.az. 2022-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-10.
- ↑ F. Ə. Məmmədovun Azərbaycan Respublikasının vergilər naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Arxivləşdirilib 2022-08-08 at the Wayback Machine taxes.gov.az
- ↑ "3451 - F.Ə.Məmmədovun Azərbaycan Respublikasının vergilər naziri vəzifəsindən azad edilməsi haqqında". e-qanun.az. 2022-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-10.
- ↑ "1036 - F.Ə.Məmmədova 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında". e-qanun.az. 2022-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-10.
- ↑ 1 2 "I Avropa Oyunları qaliblərinin və Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2022-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-11.
- ↑ "İdman Federasiyaları". mys.gov.az. 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-11.
- ↑ "Azərbaycan Güləş Federasiyanın yaranma tarixi - Azərbaycan Güləş Federasiyası". awf.az (polyak). 2021-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-11.
- ↑ "Fazil Məmmədov Velosiped Federasiyasının prezidenti seçilib". Milli.Az (az.). 2011-08-25. 2022-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-11.