Fatma Imamquluyeva - Wikipedia
Fatma Məhərrəm qızı İmamquliyeva (15 iyun 1926, Kənd Şahbuz, Naxçıvan MSSR – 29 iyul 2002, Kənd Şahbuz, Naxçıvan Muxtar Respublikası) — pambıqçı, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1951), Sosialist Əməyi Qəhrəmanı (1950).[1]
Fatma İmamquliyeva | |
---|---|
Fatma Məhərrəm qızı İmamquliyeva | |
Doğum tarixi | 15 iyun 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 29 iyul 2002 (76 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | pambıqçı |
Partiyası | |
Mükafatları |
|
Həyat və əmək fəaliyyəti
redaktəFatma İmamquliyeva 15 iyun 1926-cı ildə Naxçıvan MSSR-in (indiki Şahbuz rayonu) Şahbuzkənd kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Şahbuz rayonundakı "Kommunist" kolxozunda başlamışdır. 1950–1973-cü illərdə Kirov adına kolxozda sədr, manqabaşçısı, Nizami adına kolxozda manqabaşçısı, İliç rayonu Dəmirçi kənd sovetinin sədri kimi vəzifələrdə çalışmışdır. 1973-cü ildən Nizami adına kolxozda briqadir olmuşdur. 1951-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1949-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 12 iyul 1950-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni ilə təltif olunmuşdur. Azərbaycan SSR Ali Sovetinə (3-cü çağırış) deputat seçilmişdir. Fatma İmamquliyeva 29 iyul 2002-ci ildə Şahbuz rayonunda vəfat etmişdir.[2]
İstinadlar
redaktə- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 427.
- ↑ Fatma Məhərrəm qızı İmamquliyeva // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.