Fatime Binti Esed - Wikipedia
Fatimə bint Əsəd (az:Fatimə Əsəd qızı),(ər:فاطمه بنت اسد) — Əbu Talibin zövcəsi, Əli bin Əbu Talibin anası.
Fatimə binti Əsəd | |
---|---|
ərəb. فاطمة بنت أسد | |
Doğum tarixi | 568 |
Doğum yeri | |
Vəfat tarixi | 625 |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı | |
Uşaqları |
Həyatı
redaktəFatimə bint Əsəd bin Haşim bin Əbdimənaf Qureyşi, Əbu Talib bin Əbdülmüttəlib bin Haşimin əmiqizisi və bircə zövcəsidir ki, onlardan dörd oğlan – Talib, Əqil, Cəfər, Əli və iki qız – ümmü Hani və Cəmanə yadigar qalıb. Fatimə islama iman gətirən ikinci xanım və 11-ci şəxsdir. peyğəmbər Mədinəyə hicrətindən bir az sonra Fatimə bint Məhəmməd və oğlu Əli ilə Mədinəyə yola düşüb, Quba adlı yerdə Əlinin yolunu gözləyən Peyğəmbərlə birləşmişlər. O, Mədinədəki qohumları arasında yaşadı, Əli və Fatimənin toyu, iki nəvəsi Həsən və Hüseyni görüb. Hicrətin III və ya IV ilində bəzi sənədlərə görə 60, yaxud 65 yaşında dünyasını dəyişib. Bəqi qəbiristanında dəfn olunmuşdur.[2]
Əlini dünyaya gətirməsi
redaktəƏli bin Əbu Talib-ə hamilə olduğu zaman Kəbə təvafına çıxıb orada doğum sancısı onu bürümüşdür. Kəbə Allahını çağırıb və ondan yardım istədi, birdən Kəbə divarı ayrıldı və Fatimə kəbənin içinə keçib Əlini orada dünyaya gətirdi.[3]
İslam peyğəmbəri
redaktəMəhəmməd peyğəmbərin ata və anasının vəfatından sonra babası Əbdülmüttəlib onun qəyyumluğunu üzərinə götürdü onunda vəfatından sonra Əbu Talib və Fatimə binti Əsəd Peyğəmbərin qəyyumluğunu üzərlərinə götürdülər. Fatimə onu öz oğlu kimi və hətta ondan da yaxşı bəsləyib və böyütmüşdür. Odur ki, Peyğəmbər onu öz anası kimi xatırlamışdır. Fatimənin vəfatı zamanı, bunun xəbərini Əli, Məhəmmədə yetirdi və dedi: anam Fatimə öldü. Peyğəmbər cavabında dedi: o, yalnız sənin anan deyil, mənim də anam idi.
Torpağa tapşırılması
redaktəİslam Peyğəmbəri Fatimənin vəfatından çox üzülüb köynəyin onun kəfəni üçün vermişdir və dəfn zamanı onun qəbrinə girmişdir. Peyğəmbərdən bu işinin nədənini soruşmuşlar və o da cavabda demiş:
{{{1}}} اِنَّهُ لَمْ یَکُنْ أَحَدٌ بَعْدَ أَبِی طالِب أَبَرّ بی مِنْها، اِنَّما أَلْبَسْتُها قَمِیصی لِتُکْتَسی مِن حُلَلِ الْجَنَّة وَ اضْطجعت مَعَها لِیُهَوّن عَلَیها ضغطة القبر.
Əmim Əbu Talibdən sonra heç kim onun kimi mənimlə mehriban davranmırdı, buna görə köynəyimi ona geyindirdim ki, cənnət bəzəkləri ilə geyindirilsin və onunla üzüldüm ki, qəbir ağırlıqları ona asan gəlsin.[4][5][6][7][8]
Ondan sonra Peyğəmbər ona namaz qılıb və onu ağlayaraq qəbrə qoydu və ona söylənirdi:
{{{1}}} رَحِمَک اللّه یا اُمّی بعد امّی
Allah sənə rəhmət eləsin, ey anamdan sonra anam.[9]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Али-заде А. Али ибн Абу Талиб (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007. С. 68.
- ↑ Nəhcül-Bəlağə şərhi,İbni Əbilhədid
- ↑ Əllamə Əmini,Əlğədir kitabında bu macərani çoxlu sünnü mənbələrindən nəql edib və onu ən məşhur nəqllərdən sayıbdır.
- ↑ Əli Ələhmədi, "Əl Təbərrük", s.194 (التبرک (علی الأحمدی)، ص۱۹۴.)
- ↑ Əlisabə, c.8, s.60 (الاصابه، ج۸، ص۶۰.)
- ↑ Əl Estiab, c.4, s.382 (الاستیعاب، ج۴، ص۳۸۲.)
- ↑ "Kənzül Ummal", c.6, s.228, hədis: 4049 (کنزالعمال، ج۶، ص۲۲۸، ش۴۰۴۹.)
- ↑ "Vəfaül Vəfa",c. 3,s. 897,898 (وفاء الوفا، ج۳، ص۸۹۷-۸۹۸.)
- ↑ Tərğib Əhlil Məvəddə vəlvəfa, s.94 (ترغیب اهل المودة والوفاء، ص۹۴.)