Fatime Agamirzeyeva - Wikipedia
Fatimə Ağamirzəyeva Ayıbxan qızı (10 yanvar 1953 – 25 iyun 2023[1], Bakı) — Azərbaycanlı xalçaçı, sahibkar, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2017).
Fatimə Ağamirzəyeva | |
---|---|
Digər adı | Fatima Agamirza |
Doğum tarixi | 10 yanvar 1953 |
Vəfat tarixi | 25 iyun 2023[1] (70 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | xalçaçı, siyasətçi |
Partiyası | |
Mükafatları |
Həyatı
redaktəTəhsil
redaktəFatimə Ağamirzəyeva (Fatima Agamirza) 1953-cü ildə anadan olub. 1967-ci ildə KT Texnikumuna daxil olub və 1971-ci ildə bitirib. Quba Kənd Təsərrüfatı Texnikumunda (indiki Quba Dövlət Sosial-İqtisadi Kolleci) təhsil alıb. 1974-cü ildə Dağıstan Mahaçkala şəhərində Politexnik İnstitutunun Texnologiya fakültəsinə daxil olub.
1974-cü ilin martında Quba Müəllimlər Evində biçmə-tikmə kursları açıb və 1988-ci ilə dək kurslar fasiləsiz davam edib. Bu kurslar eyni zamanda Bakıda Folklyer sarayında 3 il davam etmişdir. Kursları aparmaq üçün tədris proqramının olmadığına görə, "Biçməyi-Tikməyi öyrənin" adlı tədris kitabı hazırlayır və bu kitab Azərnəşrdə dövlət proqramına qəbul olunur və tiraja çıxarılır. Daha sonra "Biçib-tikmənin praktikası", "Gözəllik ondur" kitabları da dövlət tərəfindən qəbul olunub templanda qalmışdır.[2]
Sahibkarlıq fəaliyyəti
redaktə1988-ci ildə sahibkarlıq fəaliyyətinə başlayıb və modelyerlik və xalçaçılıq üzrə xüsusi peşə məktəbini yaradıb. "AYGÜN" Tədris İstehsalat Firması adlanan bu müəssisə İngiltərə, Kanada, ABŞ və Fransadan beynəlxalq ekspertləri dəvət edərək beynəlxalq bazarın araşdırılması, bazarın problemlərini və həlli yollarını öyrənməklə məşğul olmuşdur.
Avropanın "Lider xanımlar", ERENET kimi təşkilatların fəxri üzvüdür, Cenevrədə Layihələr üzrə Komitədə layihələr müzakirəsində iki dəfə iştirak edib.
2002-ci ildə 55 Avropa ölkəsi arasında aparılan müsabiqədə birinci yer alaraq "İlin ən yaxşı sahibkarı" mükafatını alıb. Türkiyənin Beynəlxalq KAGİDER təşkilatının üzvüdür.[2] ABŞ və Rumıniyada dövlət proqramlarında "Biznes inkubatorların yaranması", TOT təlim proqramlarında iştirak edib. Almaniya və Türkiyədə keçirilən sərgilərdə iştirak edib. 2014-cü ildə xaricdə fəaliyyət göstərən "Sənətkarları Dünyaya Tanıdaq" dərnəyinin dəvəti ilə 2014-cü ildə Küveyt, Türkiyədə, 2015-ci ildə İranda Beynəlxalq dərnəklərdə Azərbaycan xalçalarını təqdim edən çıxışları və master-klassları olub. 2006-cı ildə Xalça Dünyası Assosiasiyası (XDA) İB yaradıb, hazırda assosiasiya YUNESKO-nun rəsmi üzvüdür. XDA dövlət strukturları qarşısında xalçaçıların və xalça sahəsində yaranmış problemlərin qaldırılması və həlli yollarını tapmaqla məşğuldur.[2]
Azərbaycanın ilk sahbkar qadını idi. Xalçaçılıq və tikiş üzrə kitablar müəllifidir. Minlərlə qadını sənət və işlə təmin edib həyatı boyu. Azərbaycan Xalçaçılıq Assosiasiyasını yaradıb və ömrünün sonunadək rəhbərlik edib.
Mükafatlar
redaktə2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülüb.[2]
UNESCO tərəfindən Avropanın xalq sənəti sahəsində ən yaxşı sahibkarı kimi tanınıb.
İstinadlar
redaktə- ↑ 1 2 Azərbaycanda Əməkdar mədəniyyət işçisi vəfat edib.
- ↑ 1 2 3 4 "Xarici ölkələrdə başqa xalqların xalçası kimi təqdim olunan xalçalarımız var". 2014-11-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-14.