Fallout Warfare - Wikipedia
Fallout: Warfare: Wargaming in the Fallout Universe — "Fallout Tactics" əsasında yaradılmış stolüstü oyun. Oyun Kris Teylor (SPECIAL sisteminin qurucusu) tərəfindən yaradılmışdır və "Fallout Tactics: Brotherhood of Steel" videooyununun yanında bonus disk olaraq əlavə edilmişdir.[1]
Fallout: Warfare | |
---|---|
Digər adları | Fallout: Warfare: Wargaming in the Fallout Universe |
Dizayner | Kris Teylor |
Aktiv illər | 2001 |
Növlər | Çoxnəfərli oyun |
Dil | İngilis |
Sayt | Wikia |
Məzmun
redaktə"Fallout" dünyası hal-hazırkı dünyadan tamamilə fərqlidir. Dünyanı hələ də tanımaq olur. Oyun tarixində xaos ilə nəticələnən Üçüncü Dünya müharibəsi kimi dəyişikliklər var. Müharibə Məcburi Təkamül Virusu adlı bir xəstəlik yaratmışdır. MTV və radiasiyaları hava məhv olmuş dünyanın sakinlərində xaos yaratmışdır. Çöllükdə hər kəs əzab çəkmirdi, bəzi önəmli və şanslı insanlar yeraltı sığınacaqlarda yaşadılar. Üçüncü dünya müharibəsinin sona çatmasından sonra fraksiyalar, qruplar və yaşayış məntəqələri qurulmağa başlandı. Bu qruplar və fraksiyalar bir-birləriylə vuruşmağa başladılar. Bəziləri məhv oldu, bəziləriysə ucaldı. "Fallout" dünyasındakı müharibələr zirehli vasitələr, təyyarələr, gəmilər və böyük ordulardan ibarət deyildi. Müharibənin həcmi insanların tapa biləcəyi əşyalara azalmışdı. "Polad Qardaşlığı" dünyanı daha yaxşı və təhlükəsiz etməyə çalışan bir neçə fraksiyadan biridir. Reyderlər və onların texnologiya sevən qardaşları oğrular sivilizasiyanın qalıqları üstündə vuruşurlar. Heyvan-hakimləri çöllüyü heyvanların iradəsini almaq üçün gəzirlər.[2]
Fraksiyalar
redaktə"Fallout: Warfare" stolüstü oyununda 5 fraksiya var, bunlar:[3]
- "Polad Qardaşlığı" (ing. Brotherhood of Steel) — "Polad Qardaşlığı" müharibə-əvvəli elmi icma əsasında yaradılmış olan təşkilat. Qardaşlığın üzvlərinin orijinal alimlərin nəslindən olmasına baxmayaraq, təşlikat kənar şəxsləri də üzv olaraq qəbul edir. Qardaşlığın əsas məqsədləri köhnə texnologiyaları geri qaytarmaq, sirli texnikaları araşdırmaq və yeni silahlar yaratmaqdır
- Mutantlar — Çöllükdə yaşayan qeyri-adi varlıqlardan ibarət olan ordu. Mutant ordusu iki əsgər növündən ibarətdir — xortdanlar və super mutantlar. Xortdanlar əvvəllər insan olub, daha sonra radiasiya nəticəsində vəhliləşmiş varlıqlardır. Super mutantlar da əvvəlcə insan idilər, ancaq onlar Məcburi Təkamül Virusuna yoluxduqda dəyişdilər. Xortdanlar və super mutantlar bir-birləriylə dost deyillər, ancaq mutantları qorumaq üçün birləşirlər.
- Reyderlər və oğrular — oğrular arasında qurulan ittifaq. Reyderlər həyatlarının çox hissəsini oğurluq etməklə keçirirlər. Reyder cəmiyyətində güclü zəifi idarə edir. Oğrular da reyderlər kimi çöllükdə xəzinə üçün axtarışa çıxırlar, ancaq onlar üçün xəzinə texnologiyadan ibarətdir. Reyderlər və oğrular arasında güclü bir müttəfiqlik yoxdur. Onların bir-birləriylə döyüşməsi qeyri-adi bir hal deyil.
- Heyvan-hakimləri: — Heyvanları idarə edən bilən şəxslar. Heyvan-hakimləri xüsusi bir mutasiyaya malikdirlər. Onlar heyvanlarla psixi əlaqəyə girə bilirlər. Heyvan-hakimləri bu gücdən istifadə edərək öz heyvan ordularını qururlar.
- Robotlar — stasionar və ya hərəkətli şəkildə fəaliyyət göstərən maşınlar. Robotlar çöllüyə yeni gəliblər. Robotlar qorxu hissi yaşamış və ağrını hiss etmirlər. Robotlar onların vəziyyətinə nəzarət edən mərkəzi bir kompüter tərəfindən idarə edilir.
Birliklər
redaktə"Fallout: Warfare" stolüstü oyununda birliklərin 3 variantı var, bunlar:[3]
- Qrantlar: Qrantlar orduların əksəriyyətini təşkil edir. Qrantlar mütləq bir dəstələrdə olmalı və bir dəstə rəhbəri və ya qəhrəman tərəfindən idarə edilməlidirlər.
- Dəstə rəhbərləri: Dəstə rəhbərləri qrantlara rəhbərlik edirlər. Onlar mütləq hansısa bir dəstəyə aid olmalıdırlar, ancaq silah məhdudiyyətindən azaddırlar. Dəstə rəhbərləri yalnız bir əşya daşıya bilirlər.
- Qəhrəmanlar: Qəhrəmanlar tək başına və ya hansısa dəstənin bir tərkibi olaraq fəaliyyət göstərirlər. Onlar bacarıqlardan istifadə edə bilirlər və silah məhdudiyyətindən azaddırlar. and they have no weapon restrictions. Qəhrəmanlar iki əşya daşıya bilirlər.
Ssenarilər
redaktə"Fallout: Warfare" stolüstü oyununda 4 oyun ssenarisi var, bunlar:[3]
- Atışma — oyunun əsas ssenarisi. Ssenari iki tərəfin döyüşdüyü bir ölüm oyunu ehtiav edir. Ssenari bir tərəfin məğlub olub və ya qaçmasına qədər bitmir. Xallar oyunçuya qalan və öldürülən birliklər əsasında verilir.
- Karvan! — Reyder komandanın karvan komandayla döyüşdüyü oyun ssenarisi. Reyderlərin karvan tərəfindən aparılan mərmini oğurlamalıdır. Karvan komanda oyunun xəritəsinin şimalından cənubuna qədər mərmini itirmədən getməlidir.
- Xəzinı ovu! — iki komandanın, xilas edicilər və reyderlərin 6 xəzinə sandıqları üçün döyüşdükləri oyun ssenarisi. Bu sandıqlar əvvəlcə seçilən və nizamsız şəkildə yerləşdirilən 6 xəzinəni daşıyırlar. Xallar oyunçuya sandıqları açmaq, rəqibləri öldürmək və düşmənləri sandıqlardan uzaqlaşdırmaqla əldə edilir. Ssenari bir tərəfin məğlub olub və ya qaçmasına qədər bitmir.
- Vəhşi Amerika — iki tərəfin vəhşi məxluqlarla dolmuş bir ərazi üçün vuruşduğu oyun ssenarisi. Ssenaridə heç bir tərəf qaça bilmir. Oyun yalnız bir tərəf məğlub olduqda bitir. Vəhşi məxluqların sayı oyunçu tərəfindən idarə olunan birliklərin sayından aslıdır.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ "Fallout Warfare" (ingilis). boardgamegeek.com. 2022-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.
- ↑ "Fallout: Warfare: Wargaming in the Fallout Universe" (PDF) (ingilis). 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.
- ↑ 1 2 3 "Fallout: Warfare". 2018-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.