Fairy - Wikipedia
Fairy - Procter & Gamble şirkətinə daxil olan, 1950-ci ildə yaradılmış qabların yuyulması üçün maye markası. 1950-ci illərdə Fairy yalnız Böyük Britaniyada satılırdı. Fairy-nin ənənəvi rəngi hər zaman yaşıl olmuşdur. Marka yeni bazara çıxarıldığı dövrlərdə Artıq sizin əlləriniz özünü, bu gün siz qab yuyarkən üzünüzü hiss etdiyiniz kimi rahat hiss edəcək. devizi altında nümayiş etdirilmişdir.
Fairy | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Qabların yuyulması üçün maye |
Təsis tarixi | 1950 |
Baş qərargahın yeri | ABŞ |
Struktur | |
Ana şirkət | Procter & Gamble |
supersavvyme.co.uk/tag/f… everydayme.ru/teg/fairy supersavvyme.co.uk/tag/f… |
|
Vikianbarda əlaqəli mediafayllar |
Satıldığı bölgələrə görə markanın adında müxtəlif fərqliliklər yaransada bu gün marka məhz Fairy ilə məşhurluq qazanmışdır. Procter & Gamble laboratoriyalarında inkişaf etdirilən Fairy bu gün qoxu kombinatsiyası və qırmızı başlıqlı PET plastik bağlaması ilə daha müasir bir görkəm almışdır. Fairy Böyük Britaniya əldə etdiyi məşhurluq nəticəsində bu ölkədə qabyuyan maye əfsanəsinin əsasını təşkil edir.
Belə ki, bir çox sahələrin adları çəkiləndə ağıla yalnız bir markanın gəldiyi kimi qabyuyan maye sahəsindədə bu üstünlük Fairy markasına məxsusudur. Böyük Britaniyadan kənarda marka Dreft yuyucu tozlarının tərkib hissəsində satılır. Fairy markalı sabunlar əslində hələ 1927-ci ildə Nyukasl apon Tayn şəhərində Procter & Gamble şirkəti tərəfindən istehsal edilirdi.
Tarixi xronika
redaktə- İlk Fairy 1898-ci ilin 28 dekabr tarixində satışa çıxarıldı. Maraqlı görünüşü ilə alıcıların diqqətini cəlb edən məhsul, istehlahçılar tərəfindən zəngli musiqi qutusu olaraq adlandırılmışdı.
- 1900-cı ilin 13 aprel tarixində Fairy sabunları təqdim edildi. Əslində həmin gün sabunlar satış üçün yox ümumi şəkildə təşkil edilmiş yarışda iştirak etmək üçün təqdim edilmişdi və o gün Fairy sabunları 500 funt sterlinq mükafat qazanaraq gələcək uğurlarının təməlini atmış oldu.
- 1920-ci illər Fairy sabunları və yuyucu vasitələri üçün tramvaylarda elanlar yerləşdirilməyə başlandı. Qısa zamanda Böyük Britaniyanın bir çox iri şəhərlərində mövcud olan ictimai nəqiliyyatda Fairy reklamlarına rast gəlmək mümkün idi.
- 1934-cü ildə markanın adının dəyişdirilməsi üçün təkliflər edilməyə başlanıldı. Ən uyğun adın tapılması müqavilində qalibə 1000 funt sterlinq həcmində mükafat belə ayrılmışdı. Qızğın müzakirələrdən sonra Billy Bettersuds adı qalib gəlsədə Fairy markasının adı heç bir zaman dəyişmədi və həmin addan heç vaxt istifadə olunmadı.