Fezlulla Zahidi - Wikipedia
Fəzlulla Zahidi (1897, Həmədan-2 sentyabr 1863, Cenevrə) — İran Kazak diviziyasının generalı, İranın baş naziri.
Fəzlulla Zahidi | |
---|---|
fars. فضلالله زاهدی | |
19 avqust 1953 – 30 aprel 1955 | |
Əvvəlki | Məhəmməd Müsəddiq |
Sonrakı | Hüseyn Əla |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Həmədan, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Cenevrə, İsveçrə |
Partiya | |
Fəaliyyəti | hərbi qulluqçu, siyasətçi |
Atası | Əbülhüseyn xan Bəsiridivan |
Uşağı | Ərdəşir Zahidi |
Dini | şiəlik |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHərbi məktəbi bitərəndən sonra İran Kazak diviziyasında xidmət etməyə başladı. Naib (leytenant) rütbəsindən sərtibi-əvvəl (general-mayor) rütbəsinədək yüksəldi. 1925-1926-cı illərdə Gilan əyalətinin Rəşt şəhərində diviziyanın briqadasına rəhbərlik etdi. 1927-1935-ci illərdə İran jandarmeriyasının rəisi oldu. 1941-ci ildə İsfahan diviziyasına başçılıq etdi.
Fəzlulla Zahidi II Dünya müharibəsində alman faşistləri ilə əməkdaşlıq etdiyi üçün 1943-cü ildə ingilislər tərəfindən tutulub Fələstinə sürgün edildi. Burada 3 il sürgün çəkdi. 1947-1949-cu illərdə Fransada yaşadı.
Fəzlulla Zahidi 1949-cu illərdə İranın polis rəisi təyin olundu. 1951-ci ildə İranın daxili işlər naziri vəzifəsinə irəli çəkildi. 1953-cü ildə baş nazirə qarşı qiyamda iştirak etdi. Məhəmməd Müsəddiq devrildi.
Fəzlulla Zahidi 1953-1955-ci illərdə İranın baş naziri oldu. Sonra İranın Avropada BMT-dəki nümayəndəsi vəzifəsinə göndərildi.