Fexreddin Abbasov - Wikipedia
Fəxrəddin Fərman oğlu Abbasov (25 dekabr 1956, Blaband, Lerik rayonu – 9 noyabr 2020, Qobustan həbsxanası) — talış ictimai xadimi və politoloqu. Talış-Muğan Muxtar Respublikası Milli Məclisinin (parlament) sədri (1993). Talış-Muğan Muxtar Respublikasının keçmiş başçısı Ələkrəm Hümbətovla birlikdə Talış milli hərəkatının liderlərindən biri olmuşdur.[1]
Fəxrəddin Abbasov | |
---|---|
Doğum tarixi | 25 dekabr 1956 |
Doğum yeri | |
Vəfat tarixi | 9 noyabr 2020 (63 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, politoloq, ictimai xadim |
Elmi dərəcəsi |
|
Azərbaycanda Fəxrəddin Abbasov dövlətə xəyanətdə və digər dövlət əleyhinə hərəkətlərdə ittiham olunub və qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilib. 2020-ci il fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə kollegiyası onu elan olunmuş ittiham üzrə təqsirli bilib və 16 il müddətinə azadlıqdan məhrum edib.[2][3]
Beynəlxalq hüquq müdafiə təşkilatı "Amnesty International" ittiham aktının verildiyi materialları öyrənərkən "Azərbaycan hakimiyyəti talış fəallarını azad etməlidir" adlı hesabatında belə qənaətə gəlib: "bu materialların heç birində beynəlxalq hüquqa və standartlara uyğun olaraq hər hansı tanınmış cinayətin sübutu yoxdur və ya zorakılıq hərəkətlərinə təhrik yoxdur. Ərazinin ayrılması çağırışları beynəlxalq hüquqla qorunur və Abbasov müstəqil Talış dövləti ilə bağlı baxışlarını müdafiə edərək ifadə azadlığı hüququndan istifadə edib".[4] Amnesty International dünyada insan haqları ilə bağlı illik hesabatında Abbasov haqqındakı məlumatda onun talış əsilli ictimai xadim olduğu və onun həbsdə öldüyünü, səlahiyyətlilərin onun intihar etdiyini iddia etdiklərini, lakin 2020-ci ilin sonunda onun ölüm şəraiti ilə bağlı obyektiv araşdırma aparılmadığını bildirib.[5]
Həyatı
redaktəFəxrəddin Abbasov 1956-cı ildə Lerik rayonunun Blaband kəndində[6] şiə müsəlman[7] talış ailəsində dünyaya gəlib. 1958-ci ildə ailə Sumqayıta köçüb, Fəxrəddin Abbasov 1963-cü ildə burda birinci sinfə gedib. İki ildən sonra, 1965-ci ildə ailə Blaband kəndinə qayıtdı və Abbasov səkkizinci sinfə qədər təhsilini burada davam etdirdi. 1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1978-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin 1978-ci ildə Blabanda qayıdıb, burada yeni tikilmiş orta məktəbdə natamam tədris ili tarix və ictimai elmlərdən dərs deyib, sonra daha iki il yerli rayon komsomol komitəsində işləyib. 1981-ci ilin may ayında ADU-nun aspiranturasına qəbul imtahanlarını müvəffəqiyyətlə vermiş və 1984-cü ildə "Yetkin sosializm şəraitində işçilərin həyat istehsal formalarının təkmilləşdirilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi adını almışdır.[8] Universiteti bitirdikdən sonra politologiya üzrə dərsliklər yazmışdır.[9] Universitetdə elmi kommunizm, dialektik və tarixi materializm, 1990-cı ildən sonra isə siyasi elmdən mühazirələr oxuyub. 1981-1995-ci illərdə həmin universitetdə dərs demişdir; həmçinin 1993-1995-ci illərdə "Tolışi sədo" qəzetinin baş redaktoru olub.[10] 1989-cu ildə "Həyat yolumuzun mənəvi əsasları" mövzusunda doktorluq dissertasiyasını bitirmiş, lakin müdafiə etməmişdir. 1992-ci ildə Q.Şirəliyevlə birlikdə politologiya dərsliyi çap etdirib, 1993-cü ildə yenidən işlənib və nəşr olunub.
1993-cü il iyunun 21-də Azərbaycanın keçmiş müdafiə nazirinin müavini, Talış (Lənkəran) könüllülər batalyonunun yaradıcısı Ələkrəm Hümbətovun rəhbərlik etdiyi bir qrup talış hərbçisi Lənkəran şəhərində ölkənin 7 rayonunu əhatə edən Talış-Muğan Muxtar Respublikasını elan etdilər. Abbasov iyulun 4-də TMMR rəhbərliyinin Bakı və Sumqayıtdan olan talış ziyalılarının nümayəndələri ilə görüşünə dəvət olundu. Daha sonra Lənkəranda Talış-Muğan Respublikasının Konstitusiya Qanunu layihəsini hazırlayan komissiyaya rəhbərlik etdi.
1993-cü il avqustun 7-də parlamentin iclasında Xalq Məclisinin müvəqqəti reqlamenti qəbul edildi, Talış-Muğan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində elan edildi və onun Konstitusiya Qanunu qəbul edildi. Ələkrəm Hümbətov TMMR-ın prezidenti, Fəxrəddin Abbasov isə Xalq Məclisinin sədri seçildi.[8][11].
1993-cü il oktyabrın sonunda o, ölkədə yeganə talış qəzeti olan "Tolışi sədo"nun rəhbəri postuna Əvəz Sadıxov keçdi və 1994-cü ilin sentyabr ayının sonuna qədər (baş redaktorun müavini vəzifəsində) rəhbərlik etdi. 1995-ci ilin iyununda Bakı Dövlət Universitetindəki işini tərk edərək Rusiyaya köçməyə məcbur oldu.[1][6]
2002-2005-ci illərdə Sankt-Peterburqda çıxan "Tolış" qəzetinin baş redaktoru olub. Qəzetin səhifələrində talış ədəbiyyatı, mədəniyyəti və tarixinə dair materiallarla yanaşı, əsasən talışların Azərbaycanda üzləşdiyi problemlərə, habelə onların mümkün siyasi həlli yollarına diqqət yetirilirdi: məsələn, Abbasov Azərbaycanda milli məsələnin həlli yolu kimi talış muxtariyyətinin yaradılmasını fəal şəkildə təklif edirdi.[6][12][8]
2000-ci illərdə digər fəallarla yanaşı o da müxtəlif talış kitablarının nəşrinə dəstək verməyə başladı. 2002-ci ildə Əvəz Sadıxovun Azərbaycan dilində "Talış dilinin qrammatikası" və Hilal Məmmədovun tərtib etdiyi talış şairi və maarifçisi Zülfüqar Əhmədzadənin seçilmiş əsərlərindən ibarət kitab nəşr edilmişdir. Hər iki kitabın redaktoru Abbasov idi. 2003-cü ildə Yədulla Sayadanın talış şerləri toplusu, həmçinin Abbasov tərəfindən yazılmış ilk rus-talış danışıq kitabçası nəşr edilmişdir.
2003-cü il oktyabrın 15-də Azərbaycanda prezident seçkiləri keçirilməli idi. Bu ərəfədə Abbasov "Tolış" qəzetinin səhifələrində "Xural" qəzeti tərəfindən gözlənilmədən Bakıda yenidən çap olunan "Talış Milli Hərəkatının Seçki Platforması"nı dərc etdirmiş, 2003-2004-cü illərdə onun nəşrləri qəzetdə dərc olunmaqda davam etmişdir.
2003-cü il oktyabrın əvvəllərində Abbasov ilk dəfə İrana səfər etmiş və burada Bakıda sensasiya doğuran "Kompas" analitik proqramının çəkilişlərində iştirak etmişdir. 2004-cü ildə Rusiya və Belarusdan olan talış nümayəndə heyətinin tərkibində Rəştdə keçirilən talış konfransında iştirak etmək üçün yenidən İrana səfər etmişdir.
2005-ci ilin yazında Hollandiyada Ələkrəm Hümbətovla görüşüb və onların görüşündən sonra Talış Milli Hərəkatı Haaqada qeydiyyatdan keçib. TMH-nın Nizamnaməsi və Proqramı Abbasov tərəfindən hazırlanmışdır.
2005-ci il mayın 21-23-də Ermənistanın Dərəçiçək qəsəbəsində Talışşünaslıq üzrə Birinci Beynəlxalq Konfrans keçirilmişdir. Azərbaycanda talışların orada iştirak etməməsini tələb ediblər, buna cavab olaraq talış fəalları konfransın Bakıda və ya Lənkəranda keçirilməsini tələb ediblər. Lakin onların şərti qəbul edilməyib. Nəticədə iki talış xadimi - Abbasov və Z.İbrahimi konfransda iştirak etmək üçün Ermənistana getdilər.[8] Fəxrəddin Abbasov konfransda "Dilin qorunub saxlanması - xalqın qorunub saxlanması: ədəbi talış dilinin formalaşmasının bəzi problemləri" mövzusunda təqdimatla çıxış edib.[8][13] Azərbaycanda bu konfrans separatizmə dəstək kimi qiymətləndirilib. Abbasov isə Azərbaycan tərəfinin reaksiyasını "anormal" adlandırıb.[14] Daha sonra Abbasov bu konfransda iştirakını belə izah etmişdir: "Düşündüm ki, bu auditoriyadan istifadə etməklə talışların problemlərini daha da geniş auditoriyanın diqqətinə çatdıra bilərəm."[6]. O, başqa bəyanatında deyib: "Bizə informasiya dəstəyi lazımdır, o cümlədən Ermənistandan. Bu şansı dəyərləndirməsəydik, axmaq olardıq. Ermənistanın bu konfransı keçirməklə hansı məqsəd güddüyü başqa sualdır. Bu, onların problemidir".[15]
İstinadlar
redaktə- ↑ 1 2 "AMNESTY INTERNATIONAL'S SUBMISSION TO THE COUNCIL OF EUROPE COMMITTEE OF MINISTERS" (ingilis). www.amnesty.org. 2020-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-03.
- ↑ "В Баку вынесен приговор изменнику Родины". 2020-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-29.
- ↑ "Фахраддин Аббасов получил 16 лет тюрьмы за госизмену". 2020-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-04.
- ↑ Amnesty International. "Azerbaijan authorities must release Talysh activists". www.amnesty.org (ingilis). 2020-06-08. 2020-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-09.
However, none of these materials, as listed in the court decision and which Amnesty International has reviewed, provide evidence of any recognizable offence in line with international law and standards, or contain any calls to acts of violence. Calls for secession of territory is protected speech under international law, and Fakhraddin Abbasov was exercising his right to freedom of expression when advocating his vision for an independent Talysh state.
- ↑ Amnesty International. "Права человека в Азербайджане 2020". https://eurasia.amnesty.org (rus). 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-10.
- ↑ 1 2 3 4 Sitat səhvi: Yanlış
<ref>
teqi;faxr
adlı istinad üçün mətn göstərilməyib - ↑ "Фахраддин Абосзода: Любая активность в районах компактного проживания талышей в Азербайджане подавляется". http://noev-kovcheg.ru/. 2020-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-10.
- ↑ 1 2 3 4 5 Игбал Абилов. "Жизнь и смерть Фахраддина Абосзода". regnum.ru. Талышская Национальная Академия. 2021-01-14. 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-23.
- ↑ "Последнее слово Фахраддина Абосзода на суде в Баку" (rus). Regnum. 2020-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-03.
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;tolishpress
adlı istinad üçün mətn göstərilməyib - ↑ Сергей Иванов. ТАЛЫШСКАЯ МУГАНСКАЯ РЕСПУБЛИКА: НАЧАЛО И КОНЕЦ Arxivləşdirilib 2011-04-27 at the Wayback Machine//Независимая газета, август 1994
- ↑ "TolishPress.org - Фахраддин Абосзода-62". tolishpress.org. 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-04.
- ↑ Яна Амелина. "Ставка на талышей". Росбалт. 2005-08-03. 2013-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-18.
- ↑ "Фахреддин Аббосзода: "Азербайджанское государство в очередной раз опозорило себя". memo.ru. 2005-05-21. 2009-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-11-14.
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;Day.Az
adlı istinad üçün mətn göstərilməyib