Fetulla Bey Rustembeyov - Wikipedia
Fətulla Əsəd bəy oğlu Rüstəmbəyov (1867-1946) — məşhur Azərbaycan neft sənayesi təşkilatçısı.
Fətulla bəy Rüstəmbəyov | |
---|---|
Fətulla Əsəd bəy oğlu Rüstəmbəyov | |
Doğum tarixi | |
Doğum yeri | Marışlı, Cavad qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Həyat yoldaşı | Turan xanım Kərim bəy Mehmandarov qızı |
Uşaqları | Əsəd bəy, Aliyə xanım, Züleyxa xanım |
Atası | Əsəd bəy |
Təhsili | Sankt-Peterburq Dağ-Mədən İnstitutu |
Fəaliyyəti | mühəndis |
Həyatı
redaktəFətulla Əsəd bəy oğlu 1867-ci ildə Cavad qəzasının Marışlı kəndində anadan olmuşdu.
Sonra Salyan şəhərinə köçmüşdülər. Burda ibtidai məktəbdə, Bakıda gimnaziyada təhsil almışdı.
1893-cü ildə Sankt-Peterburq Dağ-Mədən İnstitutunu bitirmişdi. Bakıda neft mədənlərində mühəndislikdən başlayıb idarə rəisi vəzifəsinə qədər yüksəlmişdi.
1898-1920-ci illərdə isə Bakı milyonçusu Musa Nağıyevin neft müəssisələrini idarə etmişdir. O, Musa Nağıyevi həmişə şəhərdə uca, yaraşıqlı binalar tikdirməyə həvəsləndirmiş və binaların tikilməsində yaxından iştirak etmiĢdir. "İsmailiyyə" kimi əzəmətli binanın tikilişi Nağıyevin xəsisliyi ucbatından arada yarımçıq qalmışdı.
Məsələ belə olmuşdu:
"İsmailiyyə"nin tikilişi layihəsində M.Nağıyevi qorxuya salmamaq üçün smetada xərc az göstərilmişdi. Binanın birinci mərtəbəsi tikilib başa çatanda smetada göstərilmiş vəsait qurtarır. Nağıyev bunu eşitdikdə hirslə deyir ki, gerisini tikdirməyəcəyəm. Məni müflis elədiniz. F.Rüstəmbəyov onu nə qədər dilə tutursa, bir nəticə vermir. Axırda Rüstəmbəyov H.Z.Tağıyevə müraciət edir. Tağıyev Nağıyevi bir təhər razı salandan sonra binanın tikilişi davam etdirilir. İndiki M.Nağıyev xəstəxanası binasının tikilməsində də F. Rüstəmbəyovun xeyirxah köməyi olmuşdur. Musa Nağıyevin işlər müdiri işlədiyi müddətdə bir nəfər də ondan narazı qalmamışdı. O bütün fəaliyyəti boyu neft quyularının amansızcasına istismar edilməsi əleyhinə olmuşdur.
1922-ci ildən 1935-ci ilədək Azərneft rəisinin birinci köməkçisi olmuşdur. Sonralar Azərneftin Dəniz komitəsinə başçılıq edmişdi. F.Rüstəmbəyovun rəhbərliyi ilə neft çıxarma və neft emalı texnikası təkmilləşdirilmiş, neft mədənlərində vurma qazması üsulundan rotorla qazma üsuluna keçilmişdir. Xəzər sualtı neft sahələrinin işlənməsinə aid yazdığı elmi məqalələri dəniz neft mədənlərinin genişlənməsinə böyük kömək etmişdir.
F.Rüstəmbəyov eyni zamanda ali texniki məktəbdə müəllimliklə məşğul olmuşdur.
1946-cı ildə vəfat edib.
Ailəsi
redaktəFətulla bəy Kərim bəy Mehmandarovun qızı Turan xanımla ailə qurmuşdu. Əsəd bəy adlı oğlu, Aliyə xanım adlı qızı vardı.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Rüstəmbəyovlar:Salyanlı, yoxsa Şuşalı? "Soy" dərgisi, Bakı, 2009,