Ferman Zeynalov - Wikipedia
Fərman Zeynalov | |
---|---|
Fərman Hüsən oğlu Zeynalov | |
Doğum tarixi | |
Doğum yeri | Cəbrayıl rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycan |
Elm sahəsi | Filoloq germanist |
Elmi dərəcələri | filologiya elmlər doktoru ,professor |
İş yeri | Azərbaycan Dillər Universiteti |
Həyatı
redaktəFərman Hüsən oğlu Zeynalov - 29 yanvar 1944-cü ildə Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Həsənqaydı kəndində kolxozçu ailəsində anadan olub. O, Hacılı yedillik və Şükürbəyli kənd orta məktəblərini bitirdikdən sonra, 1961-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitunun Qərbi Avropa Dilləri fakültəsinin ingilis dili şöbəsinə daxil olub. (Hazırkı Azərbaycan Dillər Universiteti ). O,institutda oxuduğu zaman hərbi xidmətə çağrılıb (1963). Hərbi xidməti başa vurduqdan sonra (1966), yenidən doğma instituta qayıdıb, təhsilini davam etdirib. İnstitutun 1969-cu ildə əla qiymətlərlə bitirdiyindən İnstitut Elmi Şurasının qərarı ilə o, institutda müəllim saxlanılır. O, 1969-cu ilin sentyabrından fonetika kafedrasında müəllimlik fəaliyyətinə başlayıb. 1984-cü ildə Tbilisi Dövlət Universitetində “İngilis və Azərbaycan dillərində cümlə vurğusunun fonetik xüsusiyyətləri müqayisəli təhlili (rus dilində) mövzusunda (10.02.04 – German dilləri 10.02.06 Türk dilləri ixtisasları üzrə) namizədlik dissertasiya işini uğurla müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. F.H.Zeynalov 1992-ci ildə dosent elmi adı almışdır. Namizədlik dissertasiyasının müzakirəsində çıxış edən keçmiş postsovet məkanında tanınmış türkoloq f.e.d. prof. N.N.Canaşi dissertasiya işinin bir cəhətini xüsusi olaraq qeyd etmişdir ki, “cümlə vurğusu” anlayışını ilkin olaraq Türkologiyaya Fərman Zeynalov gətirmişdir və onun ingilis dili ilə müqayisədə hərtərəfli izahını vermişdir.Fərman Zeynalov 2001-ci ildə “Dillərin quruluş müxtəlifliyi və ritmik strukturların izomorfluğu” adlı doktorluq dissertasiyasını müdafiə etmiş və 2003 – cü ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK-in qərarı ilə ona filologiya elmləri doktoru elmi dərəcəsi adı verilmişdir. O, 2007-ci ildə ingilis dilinin fonetikasında professor vəzifəsinə seçilmişdir. 2008-ci il oktyabr ayından kafedra müdiri vəzifəsində işləyir. Fərman müəllim Amerikada nəşr olunan “Babylon-Azərbaycan” , Bakı Dövlət Universitetində nəşr olunan “Dil və Ədəbiyyat” jurnallarının redaksiya heyətinin üzvüdür. Azərbaycanda ilk dəfə nəşr olunan “Azərbaycan Xarici dillər” jurnalının isə baş redaktorunun müavinidir.Fərman müəllim respublikada tanınmış bir dilçi, mütəxəssis kimi ADU-nun nəzdində doktorluq və elmlər namizədi alimlik dərəcəsi almaq üçün D.02.081 dissertasiyaların müdafiəsini keçirən Dissertasiya şurasının üzvüdür. O, 2010-2011-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında filologiya elmləri üzrə ekspert olmuşdur.Fərman müəllim 2009-cu ildə “Vektor” Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “ XX əsr Azərbaycan Ziyalılar ” Beynəlxalq layihənin qalibi olmuş və “ XX əsr Azərbaycan Ziyalısı ” Beynəlxalq diplomu ilə təltif olunmuşdur.2014 – cü ilin mart ayında Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “ Qabaqcıl Təhsil İşçisi ” adına layiq görülmüşdür.
Əsərləri
redaktə- Dil və real gerçəklik : sistem və struktur menasibətləri » ( monoqrafiya). Bakı, Mütərcim, 1999, 268 s.
- A Great Azebaijani Culture in the light of Crystallography” .USA, Seattle , WA, 1997, 28 p.
- On isomorphism in crystals, genetic and linqvisticcodes. USA, Babylon – Azerbaijan journal, Seattle, 2002, N/1 vol 1. p.7-13.
- What causes languages to be different.USA, Seattle, 1999, p.43-49.
- On isomorphism in different informational systems: Tbilisi, Works – Application Appendix to the journal Newsletters of Acedemy of Education sciences of Georgia, 2010, N/1(16), pp.46-49.
- Сопоставительное исемдование фонотических харахтеристик Фразого ударение в английском и азербайджанском языких: авторед. дис. канд. Филолог. Наук – Тбилиси, 1984, 27 ст.
- Функциональный – структурный анализ единиц языка; тематический сборник научных шрудов. (МТУ им.Кирова ) 1988 ср. 17-*20.
- intaqmın intonativ təbiətinə dair. Bakı, Dil və ədəbiyyat (BDU), 2004, N/ 1. s.13-15.
- Dil strukturlarının genezisinə dair qeydlər. Bakı, Dil və ədəbiyyat jurnal (ADU), 2006, N/1. s.32-39.
- К проблеме изоморфизма ритмическая структур. Bakı, Azərbaycan xarici dillər (ADU), 2007, N/3, s.14-20 İzomorfizm anlayışı və onun dil *hadisələrinə münasibəti. Bakı, Azərbaycan xarici dillər (ADU), 2007, N/1, s.47-53.
- Fonotaktik və sintaktik səviyyələr arasında izomorfloğa dair. Bakı, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri (BSU), Mütərcim, 2004, N/4, s.60-66.
- Некоторые вопросы структурного различие языков. Bakı, Müasir dilçiliyin problemləri: beynəlxalq elmi konfransın tezisləri (BSU) 2005, s.49-51.
- Genetik və linqvistik kodların kristalloqrafiya ilə əlaqəsi. Bakı, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri (BSU), 2007, N/7, s. 33-37.
- İngilis və Azərbaycan dillərində emfatik səslərə dair qeydlər. Bakı, Dilçilik institunun əsərləri, Elmi, 2012, s.172-177.
- Ritm rabitəli nitqin bir aspekt kimi. Bakı, Məqalələr toplusu: humanitar elm sahələri üzrə (ADDI) , 1999, N/3, s.8-15.
- İxtisas qruplarında ingilis dili tələffüzünün aşılanmasında kontrastiv fonetika və fonologiyanın rolu. Bakı, Tətbiqi dilçiliyin müasir problemlıri: Respublika elmi- praktik konfransın materialları, 2013 10-11 dekabr, s. 47-51.
- Pronunciation and spelling in English. Bakı, Print Service, 1998, 262 s.
- Practical English Phonetics» Book I, Book II. Baki,Mütərcim, 2007, 275 s, 308 s.
- Nitq praktikasına dair orfotonetik mətnlər toplusu (dərs vəsaiti). Bakı, 1993, 100.
- İngilis dilinin fonetikasına dair praktikum (dərs vəsaiti). Bakı, APRDƏ, 1994, 242 s.
- İngilis və Azərbaycan dillərində vurğunun ritmik-melodik xüsusiyyətləri (dərs vəsaiti). Bakı, BDU, 1996, 252 s.
- İngilis dilində orfofonik çalışmalar (dərs vəsaiti). Bakı, 1996, 137 s.
- Dillərin quruluş müxtəlifliyi və ritmik strukturların izomorfluğu problemi: f.e.d.alimlik dərəcəsi və təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı, 2001, 55 s
İstinadlar
redaktə- www.bsu-edu.org
- f.e.d.alimlik dərəcəsi və təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı, 2001, 55 s
- Bakı, Tətbiqi dilçiliyin müasir problemlıri: Respublika elmi- praktik konfransın materialları, 2013 10-11 dekabr, s. 47-51.
- Tbilisi, Works – Application Appendix to the journal Newsletters of Acedemy of Education sciences of Georgia, 2010, N/1(16), pp.46-49.