Ferman Ismayilov - Wikipedia
İsmayılov Fərman Qəhrəman oğlu (1936, Baş Göynük, Nuxa rayonu – 9 noyabr 2018, Bakı) — fəlsəfə elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin professoru.
Fərman İsmayılov | |
---|---|
İsmayılov Fərman Qəhrəman oğlu | |
Doğum tarixi | 1936 |
Doğum yeri | |
Vəfat tarixi | 9 noyabr 2018 |
Vəfat yeri | |
Elmi dərəcəsi | |
Elmi adı |
Həyatı
redaktəFərman İsmayılov 1936-cı ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. Orta təhsilini Baş Göynük kəndindəki Gülarə Göylüqızı adına məktəbdə almışdır.
1956-cı ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuş, 1962-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Ali məktəbi qurtardıqdan sonra Elmi Şuranın qərarı ilə "İngilis dilinin qrammatikası" kafedrasmda müəllim saxlanılmış, 1965-ci ildə EA-nın Fəlsəfə və Hüquq İnstitutunun (AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu) aspiranturasına qəbul olunmuşdur. 1970-ci ildə Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunun Elmi Şurasında müasir Qərb fəlsəfəsi üzrə "Fəlsəfə və ali dil (Linqvistik analiz fəlsəfəsinin metodoloji prinsiplərinin tənqidi)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin dissertasiya Azərbaycanda XX əsr Qərb fəlsəfəsi tarixinə həsr edilmiş ilk əsərdir.
Onun fəaliyyətinin böyük hissəsi M. F. Axundov adına Dillər İnstitutu ilə əlaqədardır; orada müəllim, baş müəllim, 1973-cü ildən dosent işləmişdir. 1970-ci ilin oktyabrında həmin institutun partiya komitəsinin katibi seçilmiş, müxtəlif fəxri fərmanlar almış, iki dəfə Nəsimi rayonuna deputat seçilmişdir. 1972-ci ildə "İdrak nəzəriyyəsi və linqvistik analiz" mövzusunda doktorluq dissertasiyası Tbilisi Dövlət Universitetinin Elmi Şurasında təsdiq edilmişdir. 1978-ci ilin martında BDU-nun fəlsəfə kafedrasına dosent seçilmişdir.
1996-cı ilin iyununda Azərbaycan Respublikası EA-nın Fəlsəfə və Hüquq İnstitutunun nəzdindəki D.004.06.01 İxtisaslaşdırılmış Elmi Şurası dissertasiya müdafiə etmədən fəlsəfə elmləri doktoru alimlik dərəcəsi verilməsi haqqında yekdilliklə qərar qəbul etmişdir. Bu qərar da Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmişdir.
Müdafiədən sonra "İdrak nəzəriyyəsi və linqvistik analiz" kitabı çapdan çıxmışdır.
"XX əsr Qərb fəlsəfəsinin tarixi" adlı iki cilddən ibarət əsərin birinci cildi Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərs vəsaiti kimi qəbul edilmişdir.
BDU-nun Şəki filialı yarandığı gündən F. İsmayılov onun direktoru və eyni zamanda humanitar elmlər kafedrasının müdiri olmuşdur. 1997-ci ilin mayında BDU-nun böyük Elmi Şurasında, habelə filialın nəzdində fəaliyyət göstərən namizədlik müdafıəsi üzrə İxtisaslaşdırılmış Elmi Şuranın üzvü, fılialın Elmi Şurasının sədri olmuşdur.
Müasir Qərb fəlsəfəsinə dair Azərbaycanda ilk elmlər doktorudur.
9 noyabr 2018-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Əsas elmi əsərlərin adları
redaktə- "Antikommunizm və insan problemi" (Bakı, 1978);
- "Müasir pozitivizm (tarixi-tənqidi oçerk)" (Bakı, 1979);
- "Müasir burjua fəlsəfəsinin böhranı (neopozitivizm və ekzistensializm)" (Bakı, 1981);
- "Müasır Qərb fəlsəfəsi" (Bakı, 1991);
- "XX əsr fəlsəfəsinə dair oçerklər" (Bakı, 1992);
- "İnsan və dünya" (Bakı, 1994);
- "Klassik psixoanalizin əsasları" (Bakı, Azərbaycan Milli Ensiklopediyası NPB, 2003. — 348 s.)
Mənbə
redaktə- Alim və ziyalılar. "Bakı Universiteti Nəşriyyatı", Bakı, 2002, 582 səh.