Ferid Mehralizade - Wikipedia
Fərid Mehralızadə (22 noyabr 1994, Bakı) — azərbaycanlı iqtisadi ekspert, vətəndaş cəmiyyəti nümayəndəsi və siyasi məhbus. Onun təhlilləri iqtisadiyyat, rifah, təhsil və iqlim siyasəti məsələlərinə yönəlib. O, Bakı Araşdırmalar İnstitutu və "Əkinçi" də daxil olmaqla bir çox platformalara töhfə verib. Mehralızadə 2024-cü il mayın 30-da Azərbaycanda müstəqil media və QHT-lərə qarşı davam edən təzyiqlər fonunda həbs edilib.
Fərid Mehralızadə | |
---|---|
| |
Doğum tarixi | 22 noyabr 1994 (30 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | İqtisadçı ekspert |
Erkən həyatı və təhsili
redaktəMehralızadə 1994-cü il noyabrın 22-də Bakıda anadan olub. 2016-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə bakalavr dərəcəsi alıb. Mehralızadə 2017-ci ildə hərbi xidmətdə olub. 2019-cu ildə İstanbul Universitetində İqtisadiyyat Siyasəti üzrə magistratura pilləsini bitirib. O, 2024-cü ilin aprelində ABŞ-də Dövlət Departamentinin Beynəlxalq Liderlik Proqramının (IVLP) iştirakçısı olub.
Fəaliyyəti
redaktəFərid Mehralızadə özəl sektorda maliyyə analitiki kimi karyerası ilə yanaşı, 2019-cu ildən Azərbaycanın vətəndaş sferasında nüfuzlu iqtisadiyyat eksperti kimi çıxış edib. O, mütəmadi olaraq tənqidi məzmunlu analitik məqalələr, siyasi icmallar və rəylər dərc edib, media və televiziyalar üçün müsahibələr vasitəsilə fikirlərini səsləndirib.[1] Mehralızadənin analitik işinin sahələrinə iqtisadi bərabərsizlik və onun gender aspektləri, sosial və təhsil siyasəti, iqlim dəyişikliyinin təsirləri və s daxildir.
Mehralizadə Bakı Araşdırmalar İnstitutunda dərc olunan məqalələrində və siyasi icmallarında Azərbaycan kontekstində ali təhsilin maliyyələşdirilməsi,[2] insan kapitalı çatışmazlığı,[3] minimum əməkhaqqı məsələləri,[4] daxili miqrasiyanın sosial-iqtisadi səbəbləri,[5] hökumətin iqtisadi siyasətinə ictimai inam səviyyəsi[6] və s. mövzularını tənqidi şəkildə təhlil edib.
"Əkinçi" onlayn maarifləndirici platformasında müsahibələr edən Mehralızadə qonaqları ilə müxtəlif sosial-iqtisadi problemlər, o cümlədən Azərbaycan iqtisadiyyatında Holland sindromu,[7] ölkənin qalıq yanacaqlardan asılılığı[8] və ictimai maraqların təmsil olunması[9] ilə bağlı məsələləri müzakirə edib.
Tanınmış iqtisadçı kimi Fərid Mehralızadə mütəmadi olaraq Azərbaycanda iqlim dəyişikliyi və sosial ədalətin aktual problemlərinə toxunurdu. "İqtisadiyyatın qeyri-neft sektorunun inkişafı ilə bağlı qızğın müzakirələrə baxmayaraq, hələ də ixracın 90 faizi, büdcə gəlirlərinin 50 faizi neft-qaz sektorunun hesabına formalaşır", — Mehralızadə qeyd edib.[10] Müstəqil media orqanı Meydan TV-yə verdiyi şərhdə o, bir tərəfdən ölkənin üzləşdiyi su çatışmazlığı probleminin ciddiliyindən, digər tərəfdən isə hökumətin problemlə məşğul olmaq istəməməsi nəticəsində yaranan əhəmiyyətli dərəcədə su israfından danışıb.[11]
Fərid Mehralızadə həbs olunmazdan əvvəl Abzas Media-ya verdiyi son müsahibəsində hökumətin minimum əmək haqqını ölkənin inkişaf siyasəti sənədlərində nəzərdə tutduğu səviyyəyə qaldırmamasına işarə edib.[12] Abzas Media media orqanının yüksəksəviyyəli korrupsiya ilə bağlı ardıcıl araşdırmalarına görə Azərbaycan hökumətinin hücumuna məruz qalıb. 2023-cü ildən "Abzas Media"nın altı əməkdaşı həbs edilib və hüquq-mühafizə orqanları da Fərid Mehralızadənin həbsini "AbzasMedia" işi ilə əlaqələndirib.
Həbs edilməsi
redaktəFərid Mehralızadə 2024-cü il mayın 30-da Bakının mərkəzi küçələrindən birinə işə gedərkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb. O, günorta saatlarında axtarış üçün yaşadığı mənzilə gətirilərkən qanunsuz saxlanıldığı məlum olub.[13] İqtisadçının yaşadığı ünvanda axtarış aparılıb. Axtarış zamanı Mehralızadə vəkilinin iştirakını istəyib, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları buna icazə verməyib, Fərid Mehrəlizadə və onun həyat yoldaşı Nərgiz Muxtarovaya məxsus bütün cihazları, sənədləri və avtomobili müsadirə ediblər.
Həyat yoldaşı Nərgiz Muxtarovanın yerli mətbuata verdiyi məlumata görə, Mehralızadə saxlanılarkən döyülüb, ona kobud rəftar edilib: "Fəridlə pis davranıblar, onu oğurlayıb aparanda başına torba keçiriblər."[14] Mehralızadəni saxlayarkən mülki geyimli hüquq-mühafizə orqanlarının əməkdaşları onun başına torba keçirərək zorla aparıblar. Mehrəlizadəni tanıya bilmədiyi yaxınlıqdakı yerə aparıb, fiziki zorakılıq tətbiq edib və bir müddət orada saxlayıb. Yalnız Bakı Şəhər Baş Polis İdarəsində olarkən başından torba çıxarılıb və o, harada olduğunu müəyyən edə bilib. Mehralızadənin vəkili saat 18:30-a qədər Bakı Şəhər Baş Polis İdarəsinə buraxılmayıb. 1 iyun 2024-cü ildə ərizəçiyə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. 2024-cü il iyunun 1-də Xətai Rayon Məhkəməsi "Abzas işi" üzrə "bir qrup şəxslə qabaqcadan əlbir olaraq qaçaqmalçılıq" ittihamı ilə ərizəçinin barəsində üç ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib.[15] Nə məhkəmənin, nə də müstəntiqin qərarında Mehralızadənin "Abzas işi" adlanan işdə iştirakını təsdiqləyən heç bir sübut yoxdur.[16] Abzas Media da bəyanat yayaraq Mehrəlizadə ilə heç bir əməkdaşlığı olmadığını bəyan edib.
Mehralızadə apellyasiya şikayəti verib ki, həbsdə saxlanmasına heç bir əsas yoxdur. 06 iyun 2024-cü ildə Bakı Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin göstərdiyi səbəbləri təkrarlayaraq apellyasiya şikayətini təmin etməyib.[17] Onun vəkilləri Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, zaminə və ya ev dustaqlığına buraxılmasını istəyiblər. 03 iyul 2024-cü ildə Xətai Rayon Məhkəməsi ərizəni təmin etməyib, 10 iyul 2024-cü ildə Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.
Azadlığa çağırışlar
redaktəAmerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözçüsü Metyu Miller iyulun 5-də Fərid Mehrəlizadənin həbsinə reaksiya verərək bildirib: "Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinin həbslərinin davam etməsi bizi dərindən narahat edir. Öz fundamental azadlıqlarından, o cümlədən ifadə azadlığından ifadə edənlər buna görə həbs olunmamalıdır. Biz Azərbaycan hökumətini haqsız yerə həbs edilən bütün şəxsləri dərhal azad etməyə, insan hüquqlarına və hamının əsas azadlıqlarına hörmət etməyə çağırırıq".[18]
İyunun 24-də bir qrup tanınmış azərbaycanlı iqtisadçı müvafiq dövlət qurumlarını Fərid Mehrəlizadəni azad etməyə çağırıb.[19]
İstinadlar
redaktə- ↑ ""Bölgələrdə işləmək üçün insanlarda stimul yaradılmalıdır" - iqtisadçı Fərid Mehralı". 15 noy 2022. 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09 – YouTube vasitəsilə.
- ↑ Mehralızadə, Farid Mehralizadeh Fərid. "Funding Higher Education: Student Demand and Realities". Baku Research Institute (ingilis). 2020-07-03. 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
- ↑ Mehralızadə, Farid Mehralizadeh Fərid. "On Human Capital in Azerbaijan". Baku Research Institute (ingilis). 2020-12-14. 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
- ↑ Mehralızadə, Farid Mehralizadeh Fərid. "The Minimum Wage and Wage Labor in Azerbaijan". Baku Research Institute (ingilis). 2021-03-09. 2023-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
- ↑ Mehralızadə, Farid Mehralizadeh Fərid. "Internal Migration in Azerbaijan: Causes, Consequences and Main Trends". Baku Research Institute (ingilis). 2023-09-18. 2024-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
- ↑ Mehralızadə, Farid Mehralizadeh Fərid. "To What Extent Do People Rely on the Azerbaijani Government's Economic Reforms?". Baku Research Institute. 30 may 2022. 18 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 September 2024.
- ↑ "Azərbaycan filminin inkişafı və ya dövlət nə etməməlidir? | Hacı Səfərov". 17 apr 2023. 9 September 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 September 2024 – YouTube vasitəsilə.
- ↑ "Neft və qaz hasilatı - köhnə problemlər, yeni fürsətlər | Toğrul Vəliyev". 10 mar 2023. 9 September 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 September 2024 – YouTube vasitəsilə.
- ↑ "Azərbaycanda məhkəməyə çatımlılıq | Babək Həmidov". 18 yan 2023. 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09 – YouTube vasitəsilə.
- ↑ ahmedbeyli, samira. ""End of history" or "new beginning"? Reflections of an Azerbaijani economist". English Jamnews (ingilis). 2023-10-20. 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
- ↑ mahmud. "Rəsmi: Ötən il Azərbaycanda suvarma suyunun yarıdan çoxu itkiyə gedib". MEYDAN.TV (az.). 2024-03-02. 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
- ↑ ""Minimum əməkhaqqı ilə yaşamaq yox, ancaq sürünmək olar"". 22 may 2024. 9 September 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 September 2024 – YouTube vasitəsilə.
- ↑ "Fərid Mehralızadənin taleyi məlum deyil (yenilənib)". turan.az (az.). 2024-05-30. 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
- ↑ ""Fərid Mehralızadə saxlanılarkən başına torba keçirilib, yoldan oğurlanıb"". 1 iyn 2024. 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09 – YouTube vasitəsilə.
- ↑ "İqtisadçı Fərid Mehralızadə həbs edilib". Voice of America (az.). 2024-06-01. 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
- ↑ "İqtisadçı Fərid Mehralızadə: Həbsim tamamilə qanunsuzdur". Voice of America (az.). 2024-06-06. 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
- ↑ "İqtisadçı Fərid Mehralızadə azadlığa buraxılmadı". Azadlıq Radiosu (az.). 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
- ↑ "Department Press Briefing – June 5, 2024". United States Department of State (ingilis). 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
- ↑ "İqtisadçılar Fərid Mehralızadənin ev dustaqlığına buraxılmasına çağırıblar". turan.az (az.). 2024-06-24. 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.