Ferid Haciyev - Wikipedia
Fərid Famil oğlu Hacıyev (25 aprel 1989, Bakı) — Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü, 2-ci dərəcə dövlət müşaviri.
Fərid Hacıyev | |
---|---|
Vəzifədədir | |
2022-ci ildən | |
Əvvəlki | Səfa Mirzəyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 aprel 1989 (35 yaş) |
Doğum yeri | |
Təhsili |
|
İxtisası | 2-ci dərəcə dövlət müşaviri |
Həyatı
redaktəFərid Hacıyev 1989-cu il aprelin 25-də Bakı şəhərində anadan olub.[1] Orta təhsilini 23 saylı orta məktəbdə almış, yüksək balla bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğunun təşkili və idarəedilməsi üzrə magistr təhsili alıb.[2][3]
Azərbaycan, ingilis və rus dillərini bilir.[3]
Evlidir, iki övladı var.[3]
Fəaliyyəti
redaktəFərid Hacıyev universitetdə təhsil aldığı dövrdə müxtəlif şirkətlərdə hüquq məsləhətçisi kimi çalışmışdır. 2012-ci ildən Azərbaycan Respublikası Milli Məclisində fəaliyyət göstərməyə başlamış və Milli Məclis aparatında müxtəlif vəzifələrdə çalışmışdır. 2020-ci ilin iyulun 4-də Milli Məclisin spikeri Sahibə Qafarovanın köməkçisi vəzifəsinə təyin olunub. 2021-ci il fervalın 4-də Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinə müdir təyin edilib. O, bu vəzifədə İlqar Fərzəliyevi əvəz edib.[1]
2020-ci il iyunun 5-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü seçilmişdir.[4]
2022-ci il iyunun 22-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.[5]
2022-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri təyin olunmuşdur. O, bu vəzifədə Səfa Mirzəyevi əvəz edib.
O, Azərbaycan Respublikasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə təmsil olunub, beynəlxalq təlimlərdə iştirak edib və müvafiq sertifikat alıb. Avropa Parlamentinin təşkil etdiyi müxtəlif layihələrdə və tədbirlərdə Milli Məclis Aparatını təmsil edib və parlamentin fəaliyyəti və büdcə nəzarəti mövzularında məruzələrlə çıxış edib.[3]
TürkPA ilə əməkdaşlıq çərçivəsində bir neçə model qanunun müəllifidir.[3]
O, Şərq Tərəfdaşlığı ölkələrinin parlamentləri ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən həyata keçirilən "Şərq Tərəfdaşlığında müasir və güclü parlament administrasiyası" layihəsində Parlament Aparatını təmsil edir.[3]
2024-cü ilin dekabrın 10-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına üzv təyin olunub.[6]
İstinadlar
redaktə- ↑ 1 2 "Milli Məclisə aparat rəhbəri təyin olunan 33 yaşlı Fərid Hacıyev kimdir? -". metbuat.az. 2023-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-19.
- ↑ "Milli Məclisə yeni Aparat rəhbəri təyin edilib – FOTO". Report İnformasiya Agentliyi (az.). 2022-05-17. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-19.
- ↑ 1 2 3 4 5 6 "Aparatın rəhbəri". Milli Məclis meclis.gov.az. 2022-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-19.
- ↑ "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". e-qanun.az.
- ↑ "Azərbaycan Respublikası Milli Məclisinin Aparatında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında və Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında inzibati vəzifə tutan dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". e-qanun.az.
- ↑ "Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya yeni üzvlər təyin edilib". Apa.az (az.). İstifadə tarixi: 2024-12-11.