Ferdi Istehsal - Wikipedia
Fərdi istehsal - məhsulun müxtəlif çeşidlərdə fərdi (bir ədəd) hazırlanması ilə səciyyələnən istehsal növüdür. Fərdi istehsala böyük turbin, yayma dəzgahları, gəmi, unikal dəzgah, metallurji və dağ-mədən avadanlıqları, həmçinin təmir və sınaq zavodları daxildirlər. Kütləvi və seriyalı istehsaldan fərqli olaraq məhsulun hərəkəti üçün konkret vaxt qoyulmur, o sərbəst ritm daxilində hazırlanır. İş yerləri universal avadanlıqlarla təchiz olunur. Sifarişin yerinə yetirilməsi üçün fərdi texnoloji proseslər layihələndirilir. Sexlər arası avadnlıqlar qrupu göstərilməklə texnoloji marşrutlar işlənir.Texnoloji proses sexlərdə dəqiqləşdirilir. Məhsulun çeşidinin müxtəlifliyi və müərəkkəbliyi yüksək ixtisaslı işçilərin cəlb edilməsini tələb edir. Fərdi istehsal üçün təşkilati işlərin mərkəzləşsizdirlməsi səciyyəvidir. Xüsusi avadanlıqların və tərtibatların tətbiqi, tez-tez məhsulların dəyişilməsi əmək tutumunu və istesal tsiklini artırır.
Hissələrin və düyümlərin normallaşdırlması və sinifləşdirilməsi, texnoloji proseslərin tipləşdirilməsi sayəsində burada seriyalı istehsalın bəzi elemntləri tətbiq oluna bilər. Belə ki, bir çox hallarda universal tərtibat və dəzgahların tətbiqi ilə hissələrin qrup şəklində emalı mümkündür. Hissələrin qrup şəklində hazırlanması daha yüksək məhsuldarlığa malik olan xüsusi avadanlığın tətbiqini, texnoloji tərtibatlarına çəkilən xərclərin aşağı salınmasına,köməkçi vaxtın azaldlmasına, istehsal tsiklinin azaldılmasına şərait yaradır.