Ferec Ferecov Emekdar Jurnalist - Wikipedia
Fərəc_Fərəcov_(əməkdar_jurnalist) - Haqqında Məlumat
Fərəc Fərəcov (azərb. Fərəcov Fərəc Rza oğlu;1947, Yaycı, Culfa rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikası əməkdar jurnalist[1]
Fərəc Fərəcov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1947 |
Doğum yeri |
Həyatı
redaktəFərəc Fərəcov 1947-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olub.
Təhsili
redaktə1971-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirib.
İctimai-siyasi fəaliyyəti
redaktə7 il Naxçıvan Mətbuat Şurasının sədri vəzifəsində çalışıb, onun təşəbbüsü ilə "Muxtar respublika mətbuatı: Dünən və bu gün", "Jurnalist" kitabları çap olunub.
Ədəbi fəaliyyəti ilə yanaşı, muxtar respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edib. İkinci, üçüncü, dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub və hazırda beşinci cağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.[2]
Kitabları
redaktə- "Culfa şəhidləri"
- "Yaycı soyqırımı"
- "Yaycı yetirmələri"
- "Sən olmasaydın",
- "Aydın sabahlar"
- "Elə bağlıyam"
- "Ömür bir nağıldır"
- "Vətən qürurumdur mənim"
Təltifləri
redaktə- Azərbaycan Əməkdar jurnalist
- 2017 — Azərbaycan "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri fərmanı"
İstinadlar
redaktə- ↑ "Əməkdar jurnalist Fərəc Fərəcov "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri fərmanı" ilə təltif olunub". 2018-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-21.
- ↑ "Ali Məclis komitələrinin yeni sədrləri və üzvləri seçilib – Siyahı". 2020-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-21.