Fuzuli Memmedov Aktyor - Wikipedia
Füzuli Məmmədov (tam adı: Füzuli Şahbala oğlu Məmmədov; 25 avqust 1952 – 18 mart 2009) — aktyor, teatr direktoru.
Füzuli Məmmədov | |
---|---|
Füzuli Şahbala oğlu Məmmədov | |
Digər adı | Fizuli Məmmədov |
Doğum tarixi | |
Doğum yeri | Muğan Gəncəli, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (56 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | infarkt |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Uşaqları | Zemfira, Aynur, Şahin |
Atası | Şahbala |
Anası | Zinhar |
Fəaliyyəti | aktyor, teatr direktoru |
Həyatı
redaktəFüzuli Məmmədov 1968-ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olmuş və 1973-cü ildə universiteti bitirmişdir. 1984-cü ildə Moskva Ümumittifaq Təkmilləşdirmə İnstitutunun "Teatr iqtisadiyyatı və işinin təşkili" fakültəsinə daxil olmuş və 1986-cı ildə oranı bitirmişdir. 1973-1982-ci illərdə N.b.Nəzirov adına Lənkəran Dövlət Dram teatrında aktyor işləmişdir. 1982-1984-cü illərdə N.b.Nəzirov adına Lənkəran Dövlət Dram teatrında direktor müavini, direktor vəzifələrində, 1986-1988-ci illərdə "Qaya" ansamblında icraçı direktor və 1988-2006-cı illərdə Dövlət Gənc Tamaşaçılar teatrında direktor müavini vəzifələrində işləmişdir, 1999-cu ildən Bakı Oksford məktəbində pedaqoq, 2006-cı ildən Dövlət Pantomima Teatrında direktor işləyir.
F.Məmmədov Türkiyədə (Trabzon 1-13 may 2006-ci il 7-ci uluslar arası Karadeniz tiyatro festivali) Beynəlxalq Teatr Festivalında iştirak etmişdir.
Mükafatları
redaktə- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 02.04.1979[1]
Əsas rolları
redaktə- İki sahibin qulluqçusu (K.Qaldoni) — Trufaldino
- Qış nağılı (V.Şekspir) — Antiqon
- Qəribə həkim (A.Safronov) — Koppuş
- Hacı Qəmbər (N.b.Vəzirov) — Hacı Qəmbər
- Toy (S.Rəhman) — Kərimov
- Məhv olmuş gündəliklər (İ.Əfəndiyev) — Savalan
- Dəyişmə (Elçin) — keşikçi
- Yolçular (A.Mirzəyev) — sabirabadlı
Filmoqrafiya
redaktə- Azadlığa gedən yollar (film, 1990) — Salamov
- Qara "Volqa" (film, 1994) — sahə müvəkkili
- Yük (film, 1995) — xırdavatçı
- Etimad telefonu (film, 2001) — yol polisi
- Olacağa çarə yoxdur (film, 2003)
- Yol yoldaşları (film, 2003)
- Sonuncu şahid (film, 2004)
- Qarabağa gəzinti (film, 2005)
- Koma 0,1 saniyədə (film, 2007)